Azərbaycanın qadınlardan ibarət basketbol millisi tarixdə ilk dəfə Avropa Kubokunun finalına yüksəlib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 7 sentyabr, AZƏRTAC
Danimarkanın paytaxtı Kopenhagendə qadınlardan ibarət Azərbaycan millisinin də iştirak etdiyi basketbolun 3x3 növü üzrə Avropa Kubokunun oyunları keçirilir.
AZƏRTAC xəbər verir ki, turnirin qrup mərhələsində qadın millimiz ilk oyunda Fransa üzərində 21:16, ikinci oyunda isə Ukrayna seçməsinə 21:14 hesabları ilə qalib gələrək, qrup lideri kimi 1/4 finala vəsiqə qazanıb. Milli 1/4 finalda Polşa yığmasını 16:13 hesabı ilə məğlub etdikdən sonra yarımfinalda son Avropa çempionu olan İspaniya üzərində 21:17 hesablı qələbə qazanaraq, 3x3 basketbol tariximizdə ilk dəfə olaraq finala vəsiqəni təmin edib.
Bildirək ki, həlledici görüşdə millimiz son dünya çempionu olan Niderland yığması ilə qarşılaşacaq. Oyun bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 07 Sentyabr 2025 19:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















