Icma.az
close
up
RU
Azərbaycanın qaz ixrac etdiyi ölkələrin SİYAHISI

Azərbaycanın qaz ixrac etdiyi ölkələrin SİYAHISI

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ötən həftəsonu Suriya keçid hökumətinin prezidenti Əhməd Əl Şaara Azərbaycana səfər edib. Bu səfər çərçivəsində 1 mlrd. kubmetr qazın Türkiyə üzərindən Suriyaya ixracı məsələsi müzakirə olunub. Suriya həm özü Azərbaycan qazını idxal edə bilər, həmçinin tranzit ölkə rolunu oynaya bilər. 
Beləliklə, Suriya Azərbaycan qazını idxal edəcək 13-cü ölkə olacaq.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar bayramov Modern.az-a bildirib ki, Azərbaycanın Suriyaya qaz ixracı potensial olaraq mümkündür:

"Azərbaycanla Suriya arasında münasibətlərin normallaşması prosesi başlayıb. Sözsüz, Suriya Prezidentinin Azərbaycana səfəri onu göstərir ki, iki ölkə arasında münasibətlər yeni mərhələyə qədəm qoyub. Enerji əməkdaşlığı vacib məqamlardan biri ola bilər. Uzun müddət Suriya iqtisadiyyatı tənəzzül keçirib. O kontekstdən hansı sahələrdə əməkdaşlığın mümkün olması müəyyənləşəcək. Təbii ki, Azərbaycan Suriyanın yeni hakimiyyəti ilə əməkdaşlıqda maraqlı olduğunu, fərqli sahələrdə əməkdaşlığın inkişaf etdirmək niyyətini bəyan edib. Mavi qaz ixracı və enerji əməkdaşlığı hazırda müzakirə edilən və potensial olaraq mümükün olan məsələlərdəndir".

Qeyd edək ki, Azərbaycan hazırda 12 ölkəyə qaz ixrac edir:

- Türkiyə
- Gürcüstan
- İtaliya
- Yunanıstan
- Bolqarıstan
- Rumıniya
- Macarıstan
- Serbiya
- Sloveniya
- Xorvatiya
- Şimali Makedoniya 
- Slovakiya.

Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlərə görə, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycandan 5 milyard 899 milyon kubmetrdən çox təbii qaz ixrac olunub.

Bu ixracın ümumi dəyəri 2 milyard 206 milyon ABŞ dolları təşkil edib.

Müqayisə üçün, 2024-cü ilin eyni dövründə təbii qaz ixracı 4 milyard 933 milyon kubmetr təşkil etmişdi və bunun dəyəri 1 milyard 752 milyon  dollar idi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 İyul 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri