Icma.az
close
up
RU
Azərbaycanın qeyri neft məhsulları ixracında Rusiya həm birinci yarımildə, həm ötən ay ilk pillədə qərarlaşıb

Azərbaycanın qeyri neft məhsulları ixracında Rusiya həm birinci yarımildə, həm ötən ay ilk pillədə qərarlaşıb

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 31 iyul, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın iyul sayını təqdim edib. İcmala əsasən, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz artaraq 1,8 milyard dollar təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın iyul sayında təqdim edilib.

Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 19,1 faiz artaraq 564,7 milyon dollara bərabər olub.

2025-ci ilin yanvar-iyun aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 7,4 milyon dollar və ya 54,4 faiz, kimya sənayesi məhsulları 48,7 milyon dollar və ya 38,7 faiz, meyvə-tərəvəz 81,2 milyon dollar və ya 24,3 faiz, pambıq iplik 1,8 milyon dollar və ya 16,6 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 5,1 milyon dollar və ya 12,5 faiz, çay 62,5 min dollar və ya 2 faiz, alüminium və ondan hazırlanan məmulatlar 666,8 min dollar və ya 0,7 faiz artıb.

Cari ilin ilk altı ayı ərzində aqrar məhsulların ixracı 21,9 faiz artaraq 455,2 milyon dollar, aqrar-sənaye məhsullarının ixracı isə 7,7 faiz artaraq 145 milyon dollara bərabər olub. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 18,2 faiz artaraq 600,3 milyon dollar təşkil edib.

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında pomidor (tomat) (149 milyon dollar) birinci olub. Bu siyahıda qızıl (144 milyon dollar) ikinci, pambıq (98,6 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.

2025-ci ilin iyun ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında pomidor (tomat) (35,2 milyon dollar) birinci olub. Bu siyahıda qızıl (22,7 milyon dollar) ikinci, təzə albalı və gilas (18,8 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.

Cari ilin ilk 6 ayında Rusiyaya 586 milyon dollar, Türkiyəyə 287,2 milyon dollar, Gürcüstana 154,8 milyon dollar, İsveçrəyə 151,5 milyon dollar, Ukraynaya isə 95,8 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2025-ci ilin iyun ayında Rusiyaya 143,1 milyon dollar, Türkiyəyə 35,9 milyon dollar, Gürcüstana 29,3 milyon dollar, İsveçrəyə 23,6 milyon dollar, Ukraynaya isə 19,3 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

2025-ci ilin yanvar-iyun ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: "MKT İstehsalat Kommersiya" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Baku Steel Company" QSC, "Export Stream" Məhdud Məsuliyyətli Cəmiyyəti, P-AQRO MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Avrora" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Sahdag SY" Məhdud Məsuliyyətli Cəmiyyəti, UYTROP Məhdud Məsuliyyətli Cəmiyyəti, "Green Tech" MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "SOCAR-Dalğıc" MMC, "Azərbaycan Dəmir Yolları" QSC, "İstisu" mineral su zavodu Məhdud Məsuliyyətli Cəmiyyəti, Naxçıvan MR Dövlət Energetika Xidməti.

Hesabat dövründə “Azərkosmos”un peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 2,3 milyon dollar ilə Birləşmiş Krallıq, 1,8 milyon dollar ilə Lüksemburq, 436 min dollar ilə Nigeriya, 385,1 min dollar ilə Türkiyə, 357,9 min dollar ilə Misir qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 İyul 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see300

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see165

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see151

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see150

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see149

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see147

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see147

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri