Icma.az
close
up
RU
Təşəbbüslər Azərbaycanın beynəlxalq miqyasda etibarlı tərəfdaş olduğunu təsdiqləyir MÜNASİBƏT BİLDİRİLDİ

Təşəbbüslər Azərbaycanın beynəlxalq miqyasda etibarlı tərəfdaş olduğunu təsdiqləyir MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərbaycan bu gün beynəlxalq aləmdə yüksək nüfuz və söz sahibi, müstəqil siyasət həyata keçirən dünyaya həmrəylik çağırışı edən dövlət kimi tanınır. Prezident İlham Əliyevin və birinci xanımı Mehriban Əliyevanın sentyabrın 22-də BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-yə işgüzar səfəri, səfər çərçivəsində ölkə Prezidentinin qatıldığı hər bir tədbir, hər bir görüş Azərbaycana, dövlətimizin başçısına olan hörmət və etimadın barız nümunəsidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvin Kərimzadə deyib.

Onun sözlərinə görə, Prezident cənab İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci yubiley sessiyasına -"Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə" mövzusuna həsr olunmuş sessiyaya ədaləti təmin edən və sülh yaradan lider kimi qatılması Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqi oldu:

"Qlobal gündəlikdə duran məsələlərə aid, o cümlədən dünyanın bəzi yerlərində davam edən münaqişələr, Dayanıqlı İnkişaf Məqsədləri, iqlim böhranı və digər mövzularda müzakirələr aparıldığı beynəlxalq tədbirdə ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı Azərbaycanın milli maraqlarının müdafiəsi, həm də qlobal problemlərin həllinə töhfə baxımından böyük əhəmiyyət kəsb edir. Bəşəriyyəti təhdid edən məsələlərin həlli istiqamətində hər zaman beynəlxalq birliyi həmrəyliyə səsləyən və bu prosesə yüksək töhfə vermək üçün təşəbbüslərlə çıxış edən Azərbaycan bu gün artıq dünya birliyinin sadəcə iştirakçısı deyil, həm də beynəlxalq gündəliyin formalaşmasında fəal rol oynayan tərəfdir. 150-dən çox dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirən dünyanın ən mühüm platformasında Azərbaycanın fəal mövqeyi onu deməyə əsas verir ki, müasir dövrdə ölkəmiz təkcə regionda deyil, qlobal miqyasda etibarlı tərəfdaş kimi qəbul olunur. Azərbaycan 1992-ci il martın 2-dən BMT üzvüdür.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi sayəsində Azərbaycan BMT platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan münaqişəsinə daha çox cəlb etməyə başladı. Dahi rəhbər 1994-cü ilin sentyabr ayında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirakı ilə Azərbaycanla BMT arasında məzmunlu tərəfdaşlığın əsası qoyuldu. 1995-ci ilin oktyabrında BMT-nin 50 illik yubileyi ilə bağlı keçirilən BMT Baş Assambleyasının xüsusi təntənəli iclasında iştirak edən Ulu Öndər bu qurumun yüksək kürsüsündən mövcud qlobal problemlərə dair Azərbaycanın prinsipial mövqeyini açıqlamış, xüsusilə Ermənistanın təcavüzünün aradan qaldırılması ilə bağlı beynəlxalq səylərin artırılmasına çağırmışdı. Ulu Öndər 2000-ci ilin sentyabr ayında BMT-nin Minillik Zirvə Toplantısında da iştirak edib, çıxışında qlobalizasiya mövzusuna toxunub, həmçinin Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə Azərbaycanın verdiyi töhfələri xüsusilə qeyd edib.

Ölkəmizin xarici siyasətində BMT ilə əlaqələrin inkişafına mühüm önəm verən Prezident cənab İlham Əliyev bu qurumun sessiyalarında hər zaman diqqəti artıq həllini tapmış Qarabağ probleminə yönəldib, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də yerinə yetirilmədiyini bəyan edib. Prezident İlham Əliyevin 2017-ci il sentyabrın 20-də BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında etdiyi çıxış Azərbaycanın Ermənistana siyasi-diplomatik zərbəsi kimi tarixə düşdü. Artıq Qarabağ problemi başa çatıb, Azərbaycan dövləti torpaqlarını işğaldan azad edib, özünün ərazi bütövlüyünə nail olub. Beləliklə, dövlətimiz BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin yerinə yetirilməsini təmin edib. Prezident İlham Əliyevin ABŞ-a səfəri göstərir ki, Azərbaycan beynəlxalq münasibətlərdə artıq müşahidəçi və ya kənar iştirakçı deyil, proseslərə təsir göstərən, qlobal gündəliyi formalaşdıran dövlətə çevrilib. Enerji, nəqliyyat və iqlim dəyişiklikləri ilə bağlı təşəbbüslər Azərbaycanın həm regional, həm də beynəlxalq miqyasda etibarlı tərəfdaş olduğunu təsdiqləyir. Bu reallıq isə Azərbaycanın yaxın gələcəkdə qlobal əməkdaşlığın əsas mərkəzi oyunçularından biri olacağını göstərir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Sentyabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see207

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see199

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see190

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see170

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see159

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see139

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see137

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see134

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see133

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see132

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see131

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see131

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see130

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see130

Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar

09 Noyabr 2025 00:17see125

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see125

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see122

Liqa 1: “Renn” səfərdə “Paris”dən üstün oldu VİDEO

08 Noyabr 2025 02:22see122

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see121

Vətən müharibəsi mövzulu filmlər açıqlandı Siyahı

09 Noyabr 2025 01:02see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri