Icma.az
close
up
RU
Azərbaycanın sabiq dövlət başçısının qızı: o kimdir, hansı vəzifədədir? FOTO

Azərbaycanın sabiq dövlət başçısının qızı: o kimdir, hansı vəzifədədir? FOTO

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, Maliyyə Nazirliyi yanında eyniadlı qurumun üzvü, iqtisadçı professor Elşad Məmmədovun Ali Sovetin keçmiş sədri Yaqub Məmmədovun oğlu olduğu ilə bağlı xəbərlər diqqətləri bu ailənin üzərinə yönəldib.

Globalinfo.az bildirir ki, məlumatlı mənbənin “Yeni Sabah”a bildirdiyinə görə, Elşad Məmmədov keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, hazırda Maliyyə Nazirliyinin rəhbəri olan Sahil Babayevin yaxın ətrafını təmsil edir. O, 2021-ci ilin fevralında, Sahil Babayevin  Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olduğu dövrdə İctimai Şuraya üzv seçilib, bundan 1 ay sonra isə Şura sədrliyinə irəli çəkilib.

Mənbənin sözlərinə əsasən, Elşad Məmmədovun Maliyyə Nazirliyi yanında İctimai Şuraya da cəlb olunmasında Sahil Babayev faktoru əsas rol oynayıb. Ali Sovetin eks-spikeri Yaqub Məmmədovun biri qız, biri oğlan olmaqla, daha 2 övladı var. Onlardan biri atasının yolunu seçərək həkim kimi çalışır, digəri isə hüquqşünas peşəsinə yiyələnib. Eks-spikerin 1984-cü ildə anadan olmuş qızı Aytən Məmmədzadə Azərbaycan Tibb Universitetinin (ATU) məzunudur. O, əmək fəaliyyətinə 2003-cü ildə Mərkəzi Neftçilər Xəstəxanasında tibb bacısı kimi başlayıb, sonrakı illərdə ATU-da əvvəlcə baş laborant, daha sonra assistent, 2019-cu ildən isə dosent vəzifəsində fəaliyyət göstərib.

Yaqub Məmmədovun qızı 2017–2020-ci illərdə universitetin Təhsilin Keyfiyyətinin Təminatı və İnnovasiya şöbəsində müdir müavini vəzifəsində də çalışıb. O, 2021-ci ildən ATU Tədris Terapevtik Klinikasının Nefrologiya şöbəsinin müdiri, 2022-ci ildən isə ATU-nun Daxili Xəstəliklər kafedrası I nəzdində Nefrologiya kursunun rəhbəri vəzifəsini icra edir.

Aytən Məmmədzadənin elmi fəaliyyəti, əsasən, şəkərli diabet xəstələrində nefroloji problemlərin tədqiqi istiqamətindədir. O, tibb elmləri doktoru, professordur.

Yaqub Məmmədovun digər oğluna gəlincə, onun hüquqşünas işlədiyi deyilir. Mənbənin dediyinə görə, uzun müddət işsiz qalan oğlu üçün Yaqub Məmmədov Rusiyadakı şəxsi əlaqələrini istifadə edib. Bundan sonra o, “Lukoil” neft şirkətinin  Azərbaycandakı nümayəndəliyində hüquqşünas kimi işə başlayıb.

Qeyd edək ki, 1992-ci il martın 6-da prezident Ayaz Mütəllibov istefaya getdikdən sonra və ovaxtkı Azərbaycan konstitusiyasına əsasən, parlamentin sədri olan Yaqub Məmmədov prezidentlik vəzifəsinin və səlahiyyətlərini icra etmişdi.

Məmmədov Azərbaycan prezidentinin vəzifələrini icra edərkən İranın vasitəçiliyi ilə sülh danışıqlarına başlamaq üçün Tehranda Levon Ter-Petrosyanla görüşmüşdü. Mayın 8-də Ter-Petrosyan və Məmmədov arasında Tehran Kommünikesi imzalandığı zaman erməni qüvvələri Şuşanı tutmuşdular.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Noyabr 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see134

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see129

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri