Icma.az
close
up
RU
Azərbaycanın “Sarıqamış”ı 144 nəfər şəhid, 111 nəfər itkin, 1337 nəfər...

Azərbaycanın “Sarıqamış”ı 144 nəfər şəhid, 111 nəfər itkin, 1337 nəfər...

Icma.az, Oxumeni.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın “Sarıqamış”ı - 144 nəfər şəhid, 111 nəfər itkin, 1337 nəfər...

Döyüş əməliyyatları dəniz səviyyəsindən 3462 metr yüksəklikdə çox çətin şəraitdə aparıldığı 1994-cü ilin 14 fevral faciəli günün çox adam bilmir. Düzdür, Mediada yazılar gedib, bir neçə verliş də olub. Lakin Azərbaycan xalqının bu ağır gün barədə çox az məlumatı var. Tariximizin qanlı hərflərlə yazıldığı 14 fevral 1994-cü ildə baş verənlər filmə çəkilsə dünyada olan 8 milyard insan baş verənləri görsə göz yaşlarını saxlaya bilməz.

Soyuq havada dəli olan, donan, döyüşən və taleyi sonra bəlli olmayan əsgərlərimizin həyatı bir filmə, bir kitaba, bir əsərə belə sığmaz.

Zivlen – Murovdağ – Bozlu və Alaxançallı – Murovdağ – Elyasalılar istiqamətində yüzlərlə şəhidimizin ruhu indi də dolaşır. Ərzaq yox, dincəlmək üçün imkan yox, yatmaq təhlükəli, dayanmaq olmaz və bu çətin yerlərdə addım addım səssiz səmirsiz donan əsgərlərin günahsız ruhları bir bir təəccüblə öz donmuş bədənlərinə baxırlar.

O anları təsvir edin.

Döyüş gedir və dəstə insanın sümüyünü belə kəsən buzlu suyun içində düşmənlə mübarizə aparır. Soyuq su və havanın acımasız gücünə təslim olan bəzi əsgərlər ağıllarını başından ititirlər. Suyun içində dəlilər kimi ora bura qaçanları isə pusuda duran ermənilər qətl edirlər. Bəziləri soyuğun təsirindən özlərini dağlarda sığınacaq axtarır və sonradan onları tapmaq olmur, itkin hesab edililər. Ancaq onların donmuş bədənlərini qayalar, daşlar, meşələr, çaylar qucaqlayıb ağuşuna alırlar.

Hadisələrin iştirakçısı polkovnik-leytenant İntiqam Mirzəyev: “Yerdə oturub dayana bilməzdiniz. Oturmaq ölmək demək idi. Əsgərlərə mümkün qədər çox hərəkət etmələri barədə əmr edildi, çünki dayansalar və ya yerdə otursalar donacaqdılar. Şaxta üzümüzü kəsirdi. Bəzi əsgərlər soyuqdan dəli olmuşdular. Mahnı oxuyan əsgərlərin soyuq çaya necə qaçdıqlarını və soyunub suya necə girdiklərini görürdüm, yerdə oturanlar isə yerindəcə donub qalırdılar”

Sağ qalanları təsəvvür edin. 3700 metr Camışdağda oksigen almaq mümkünsüz, qızdırıcı heç nə yox, isti yemək yox və soyqudan donan əsgərlərin hallarını…

Azərbaycanın "Sarıqamış"ı Murovda qar uçqunu da can almaqda idi. Yüzlərə insanın həyatı 14 fevral 1994-cü ildə məhv oldu. O zaman isə “Sevgililər günü” ilə bağlı əksər insanlar bir birlərinə hədiyyə axtarırdılar…

Ruhunza fatihə..

Zaur Aliyev, dosent, Moderator.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 14 Fevral 2025 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri