Icma.az
close
up
RU
Azərbaycanın ŞƏT dəki yeri: Qərb və Şərq arasında balansın qorunmasını təmin edəcək

Azərbaycanın ŞƏT dəki yeri: Qərb və Şərq arasında balansın qorunmasını təmin edəcək

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Hindistan Azərbaycanın ŞƏT-ə üzvlük müraciətini yenidən bloklayıb. Bu barədə “AnewZ” diplomatik mənbələrə istinadən məlumat yayıb. Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü dəstəkləsə də, Hindistan yenidən Bakının tamhüquqlu üzvlük təklifini bloklayıb. Mənbələrin fikrincə, bu addım Azərbaycan və Pakistanın sıx əlaqələri ilə bağlıdır, çoxtərəfli diplomatiya prinsiplərinə və “Şanxay Ruhu“na ziddir, həmçinin Hindistanın məhdud yanaşmasını nümayiş etdirir.
Politoloq Oqtay Qasımov Hindistanın Azərbaycanın ŞƏT-ə tamhüquqlu üzvlüyünə mane olması barədə danışarkən bildirib ki, Hindistanın Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyü məsələsində tutacağı mövqe əvvəlcədən bəlli idi. Azərbaycan Prezidentinin Pakistan Baş naziri ilə görüşündə səsləndirdiyi fikirlər də bunu bir daha təsdiqlədi. Son 5 ildə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsindən sonra Hindistanın Azərbaycana münasibəti normal olmayıb. Hindistan Ermənistanı fəal şəkildə silahlandıran əsas ölkələrdən birinə çevrilib.
Politoloq vurğulayıb ki, Hindistan Orta Dəhlizin aparıcı tərəfdaşlarından biri olsa da, Zəngəzur dəhlizinin açılması məsələsində konstruktiv mövqe sərgiləmir.
Azərbaycanın ŞƏT-də yeri necə görünür? Politoloq Azərbaycanın ŞƏT-ə üzvlüyünün ölkəmiz üçün yeni imkanlar açacağını qeyd edib: “Azərbaycan bu formata heç bir halda “Antiqərb bloku”nun üzvü kimi qatılmır. Bakı yalnız balanslı siyasət yürütməklə təşkilatın verdiyi üstünlüklərdən faydalanmaq niyyətindədir. Türk dövlətləri ilə yanaşı, Çin və digər tərəfdaşlarla əməkdaşlıq imkanları genişlənəcək. Orta Dəhlizin əsas hissəsinin Azərbaycandan keçməsi də bizim strateji rolumuzu daha da artırır. Azərbaycanın ŞƏT-də iştirakı regionda balansın qorunmasına, həm Qərb, həm də Şərqlə münasibətlərin inkişafına xidmət edəcək”.
Politoloq Çingiz Şahbazi isə deyib ki, Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycan bildiyimiz kimi “Dialoq tərəfdaşı” statusunda iştirak edir və bu status, Azərbaycanı təşkilatın işləridə iştirak etmək imkanı tanısa da, Azərbaycanın bu təşkilatda növbəti mərhələ, “Müşahidəçi” statusunda, yaxın gələcəkdə təşkilata qatılmağı hədəfləri arasına alması da açıq şəkildə görünür. Bu həmçinin təşkilata üzv ölkələrin də geoiqtisadi maraqlarına uyğundur. Çünki, Azərbaycan coğrafi mövqeyi və həmçinin enerji və nəqliyyat resursları fonunda Şanxay Əməkdaşlıq Təşkilatı məkanında yeri daha çox diqqətləri cəlb edir: “Bu səbəbdən Azərbaycanın ŞƏT-dəki yeri Şərq və Qərb arasında körpü rolunu oynayacaq. Azərbaycan bu təşkilatda Avrasiya məkanında olduğu qədər həmçinin Qafqaz və Xəzəryanı ölkələr üçün tranzit və kommunikasiya roluna malikdir. Həmçinin Azərbaycan Orta Dəhliz və Zəngəzur dəhlizinin reallaşması nəticəsində Şanxay Əməkdaşlıq Təşkilatının üzv ölkələri üçün vazkeçilməz mövqeyi ilə daha çox uyğunluq təşkil edir. Çin, Hindistan və Pakistan kimi enerji idxalçıları olan ŞƏT-də təmsil olunan bu ölkələr üçün Azərbaycanın coğrafi mövqeyi və potensialı heç bir halda kənarda qalma şansı yoxdur. Çinin “Bir kəmər-bir yol” layihəsi heç şübhəsiz ki, Şanxay Əməkdaşlıq Təşkilatı ilə çox bağlıdır və Azərbaycanın bu lahiyəyə uyğunluğu, xüsusi olaraq Çinin marağındadır. Bu səbəbdən Azərbaycan yaxın gələcəkdə təskilata müşahidəçi qismində qəbul ediləcəkdir, düşüncəsindəyəm və bunu əngəlləmək niyyətində olanlar Azərbaycanın bu addımı qarşısında məyus olacaqlarına inanıram. Cünki, Azərbaycanın və onun Prezidenti İlham Əliyevin dünyadakı siyasi nüfuzu və iqtisadi imkanları önümüzü kəsməyə çalışanlara cavab vermək üçün yetərincə gücə və iradəyə malikdir”.
Ç.Şahbazinin fikrincə, bütün bu üstünlüklər deməyə əsas verir ki, Azərbaycan yaxın gələcəkdə ŞƏT-ə müşahidəçi və daha sonra tamhüquqlu üzv kimi qəbul ediləcək. Bu da öz növbəsində Azərbaycan üçün yeni imkanlar deməkdir və yeni perspektivlərin meydana çıxması ilə birlikdə ölkəmiz daha da güclü iqtisadiyyata sahib olacaq və imkanlarını bütün istiqamətlərdə genişləndirəcək: “Biz bilirik ki, Şanxay Əməkdaşlıq Təşkilatının coğrafi imkanları genişdir və bu imkanlardan istifadə etməklə Azərbaycan ŞƏT-də çox böyük ticarət və nəqliyyat imkanlarına sahiblənəcək və bu ölkəmiz açısından həmçinin böyük bazarlara çıxışı təmin etmək üçün imkan qazandıracaq. Həmçinin Türkiyənin bu təşkilatda dialoq tərəfdaşı statusunda mövcudluğu Azərbaycan və Türkiyənin bu təşkilat çərçivəsində regional təhlükəsizliyi təmin etməklə yanaşı həmçinin əməkdaşlığa öz töhvəsini verəcək. Azərbaycan xarici siyasətində sabitlik və inkişaf yolunu davam etdirməkdə israrlıdır və bu da öz növbəsində bütün istiqamətlərdə çoxşaxəli şəkildə həyata keçirilir. Bu səbəbdən Azərbaycanın ŞƏT-dəki yeri həmçinin Qərb və Şərq arasında balansın qorunmasını təmin etmək kimi bilinməlidir. Azərbaycan ŞƏT-dəki fəaliyyətini Avropa ittifaqı və NATO ilə əməkdaşlıq əlaqələrinə qarşı alternativ olaraq yox, əksinə əlavə platforma kimi baxır. Doğrudur, Azərbaycan bu təşkilatda hazırda məhdudiyyətlər çərçivəsində iştirak edir, lakin perspektivdə bu təşkilat Bakı üçün yeni iqtisadi imkanlar, geniş regional əməkdaşlıq və siyasi nüfuz platforması deməkdir”.
Politoloq Vüqar Dadaşovun fikrincə, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) regional təhlükəsizlik, sabitlik və terrorizmə qarşı mübarizə məqsədilə yaradılıb və hazırda ciddi nüfuza malik beynəlxalq təşkilat hesab edilir. 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın iştirakı ilə Şanxayda təsis edilən təşkilata sonradan Pakistan, Hindistan, İran və Belarus da qoşulub. Bundan başqa, hazırda qurumun 2 müşahidəçi üzvü, habelə Azərbaycan və Türkiyə də daxil olmaqla, 14 dialoq tərəfdaşı var.
Politoloq Vüqar Dadaşov deyib ki, Azərbaycan prezidenti İlham Əliyevun Çinə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində səfəri həm iqtisadi, həm də siyasi cəhətdən yeni imkanlar açır.
ŞƏT-nın əsas moderatoru Çin üçün “Bir kəmər, bir yol” proyektinin real həyata keçirilməsi və oturuşması, onun milli maraqlarının təmini üçün vacib platforma sayılır. Cənubi Qafqazın enerji və nəqliyyat dəhlizi kimi, xüsusən də Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşmanın əldə edilməsi fonunda Çinin ŞƏT-ı vasitəsi ilə istəkləri aydın görünür. Bu baxımdan Azərbaycan və Çinin maraqları bir-birini tamamlayır: "Ümumiyətlə Azərbaycan enerji daşıyıcılarının ixracçısı kimi və həm də tranzit imkanları ilə fərqli və asılılığı məhdudlaşdıran alternativlərin tərəfdarıdır. İran, Gürcüstan və hazırda da Ermənistan üzərindən yeni lahiyələr mümkün görünür. Çinin Azərbaycandakı səfiri Lu Mey avqustun 31-dən sentyabrın 1-dək Tyantszin şəhərində keçiriləcək ŞƏT-in sammiti ilə bağlı "Azərbaycan 2016-cı ildə ŞƏT-in dialoq üzrə tərəfdaşı statusunu alıb və "ŞƏT ailəsi"nin mühüm üzvüdür" açıqlaması əslində elə Azərbaycanın imkanlarını nəzərdə tutur. Həmçinin ABŞ Çinə qarşı İqtsadi müharibəsi və Zəngəzur dəhlizinə nəzarət razılaşması Çini narahat etməyə bilməz!".
O, qeyd edib ki, əlbəttə, Azərbaycan vasitəsi ilə ixrac imkanları iqtisadi perspektivlərlə yanaşı, Azərbaycanın həm regionda və həm də dünyada strateji mövqeyinin güclənməsinə şəraiti genişləndirir.
Digər tərəfdən Azərbaycan Rusiya münasibətlərin normallaşması üçün ŞƏT müəyyən rol oynaya bilər, hətta iki ölkə prezidentinin təmasları mümkündür. Rusiyanın ŞƏT-da xüsusi mövqeyi var və Rusiya indiki çətin beynəlxalq vəziyyətində bu təşkilatın imkanlarından yararlanmağa, təsirini göstərməyə və genişləndirməyə çalışır. Təkcə bir fakt: Çin strateji tərəfdaşlıq razılaşması olan Gürcüstanı Ermənistan və Azərbaycandan fərqli olaraq Pekində İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş və azı 26 ölkə liderinin iştirakı gözlənilən sentyabrın 3-də keçiriləcək hərbi parada dəvət etməyib. Əlbəttə ki, Rusiyanın təsiri ilə. Çinin Cənubi Qafqazda maraqları danılmazdır. Həm Gürcüstan və həm də Azərbaycanla strateji tərəfdaşlıq sazişinə malikdir. Ermənistanın da ŞƏT-na üzvlüyü gözlənilir: "Azərbaycanın ŞƏT-da iştirakı və Çinlə əməkdaşlıq Azərbaycan Rusiya və Qərb arasında balansı qorumaq üçün vacibdir. Çoxqütblü dünya düzənini formalaşması və balansı qorumaq, yeni iqtisadi imkanların əldə edilməsi üçün ŞƏT mühüm platforma kimi Azərbaycanın maraqlarının tam uyğundur".
Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib ki, hazırda Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir, qlobal güc mərkəzləri ilə siyasi və iqtisadi əlaqələrinin inkişafı əməkdaşlığın daha da genişləndirilməsi baxımından böyük önəm daşıyır: “Fəal çoxtərəfli xarici siyasət yürütməsi, beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi tanınması, dünyada artan nüfuzu, coğrafi mövqeyi, iqtisadi potensialı, nəqliyyat-logistika infrastrukturu Azərbaycanı Şanxay Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu qurum üçün vacib tərəfdaşa çevirib. Prezident İlham Əliyevin son illər ŞƏT-in sammitlərində müntəzəm iştirakı bunun bariz nümunəsidir. Dövlətimizin başçısının Səmərqənd, Astana sammitlərindən sonra Tiencin Zirvə görüşündə də iştirakı Azərbaycanın artan nüfuzunun üzv ölkələr tərəfindən qəbul edilməsinin təsdiqidir”.

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 03 Sentyabr 2025 23:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see196

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see177

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see169

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see144

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see135

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see135

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see132

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see132

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see130

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see129

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see129

Rusiyanın Dərbənd xofu: Əgər Azərbaycan döyüş qərarı veribsə...

02 Sentyabr 2025 15:25see128

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see128

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see126

Rusiya Hindistana əlavə S 400 satır Danışıqlar yekunlaşır

03 Sentyabr 2025 00:13see117

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see116

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see116

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see115

Lazer faraların istehsaldan çıxarılmasının SƏBƏBİ

02 Sentyabr 2025 21:00see114

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri