Icma.az
close
up
RU
“Azərbaycanın siyasi sistemində yeni dövrün mahiyyəti: dövlətçilik iradəsi, milli dəyər”

“Azərbaycanın siyasi sistemində yeni dövrün mahiyyəti: dövlətçilik iradəsi, milli dəyər”

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın son onilliklərdə keçdiyi mürəkkəb siyasi trayektoriya göstərdi ki, dövlətin gücü yalnız hərbi potensialla deyil, onun siyasi sisteminin sağlamlığı, milli dəyərlərin daşıdığı ruh və cəmiyyətlə dövlət arasında mövcud olan etimad körpüsü ilə ölçülür. Hibrid müharibə texnologiyalarının sərhəd tanımadığı bir dövrdə ən böyük təhlükə tanklardan gəlmirdi – milli şüura yönələn manipulyasiya dalğalarından, siyasi institutlara qarşı aparılan məqsədli etimadsızlıq kampaniyalarından, xarici mərkəzlərin daxili siyasətə sirayət etdirdiyi “kontrollu xaos” planlarından gəlirdi. Azərbaycanın bu çətin prosesdən qalib çıxması, təkcə hərbi Zəfərin deyil, həm də siyasi sistemin dərin təmizlənməsinin nəticəsidir.

İllər boyunca müxtəlif siyasi fiqurların obrazı əks şəkildə təqdim edilib: sistemin içindəki intriqa mərkəzləri “dövlətçi” kimi göstərilib, sistemin kənarında fəaliyyət göstərən küçə siyasətçiləri isə “xalqın tribunası” kimi qabardılıb. Halbuki, Azərbaycanın siyasi anatomiyasınln təhlili göstərir ki, bu iki xətt bəzən bir-birinə zidd kimi görünsə də, mahiyyətdə eyni məqsədə xidmət edib – dövlət institutlarını zəiflətməyə, milli həmrəyliyi sarsıtmağa, siyasi müstəvidə xaos üçün münbit zəmin yaratmağa. Bu, bir partiyanın və ya bir şəxsin deyil, bütöv bir dönəmin xarakteristikasıdır.

Bu proseslərin ən təhlükəli qatı isə hibrid təhdidlər idi. Həm dövlət içi şəbəkələrin çoxillik manipulyasiya üsulları, həm də radikal müxalifətin xarici mərkəzlərin “laboratoriya ssenarilərinə” uyğunlaşdırılmış ritorikası cəmiyyətin emosional qatına yönəlmişdi. Demokratiya, hüquq, islahat şüarları ilə gələn, lakin əslində çevriliş planları daşıyan siyasi təbəqələşmə illərlə Azərbaycan dövlətini daxildən zəiflətməyə yönəlmişdi. Bu şəbəkələrin tərkibində müxtəlif adlar, müxtəlif üslublar, müxtəlif maskalar vardı – amma məqsəd eyni idi: dövlətin dirəniş iradəsini parçalamaq.

Bu zaman Azərbaycan dövlətçiliyinin ən böyük üstünlüyü xalqın milli yaddaşı və dəyərlərindən gələn instinktiv müdafiə mexanizmi oldu. Bizim xalq siyasəti yalnız siyasi institutların dili ilə dərk etmir: bu millət Vətəni qorumağı tarix boyu sinəsində, mənəviyyatında, mədəniyyətində yaşadıb. Məhz buna görə hibrid şəbəkələrin cəmiyyətin həssas qruplarını manipulyasiya etmək cəhdləri uzunmüddətli olmadı; xalqın öz iç gözü – “tərəzisi” həmişə doğru ilə yanlışın sərhədini ayırdı. Azərbaycanın milli-mədəni özünəməxsusluğu – xüsusilə dil, din, ailə dəyərləri, vətənpərvərlik ruhu – bu gün hibrid müharibənin ən güclü qalxanı kimi çıxış edir.

Digər mühüm xətt – Azərbaycan siyasi sistemində dialoq mühitinin təşviq olunmasıdır. Dövlətin son illərdə atdığı addımlar göstərir ki, fərqli siyasi partiyalar arasında sağlam rəqabət və dialoq mühiti təkcə demokratik inkişaf deyil, həm də milli təhlükəsizliyin mühüm elementidir. Bu kontekstdə Vəhdət Partiyası mərkəzçi mövqeyini qorumaqla həm dövlət, həm də digər siyasi qüvvələrlə dialoqa açıqdır və sağlam əməkdaşlığı təşviq edir. Siyasi sistemdə radikallığın azalması, destruktiv qrupların zəifləməsi və partiya institutlarının güclənməsi Azərbaycanın gələcək siyasi nizamını daha dayanıqlı edir. Bu prosesdə məsuliyyətli müxalifət seqmenti ilə demokratik əməkdaşlıq, qeyri-konstruktiv və radikal qrupların isə cəmiyyət tərəfindən təcrid olunması siyasi sistemin sağlamlaşmasını sürətləndirir.

Bu gün dünya sürətlə dəyişir. Texnologiyalar siyasəti yenidən dizayn edir, informasiya müharibələri diplomatiyanı üstələyir, qlobal güclər regionları yenidən bölüşdürür. Azərbaycan isə bu məqamda yalnız resurslara görə yox, həm də milli iradəsinə görə seçilir. Xalq, dövlət və siyasi institutlar arasındakı güclü bağ, Qarabağ Zəfəri ilə möhkəmlənmiş sarsılmaz birlik bu gün Azərbaycanın ən strateji kapitalıdır. Bu kapitalı hər hansı xarici mərkəz və ya daxili radikal qrup sarsıda bilməz.

Azərbaycanın siyasi gələcəyi artıq fərqli xəritə üzərində cızılır. Bu xəritə milli suverenlik, texnoloji inkişaf, diplomatik çeviklik, regional liderlik və bütün bunların üzərində yüksələn dövlətçilik fəlsəfəsi ilə müəyyənləşir. Siyasi partiyaların bu xəritədə rolu yalnız mübarizə aparmaq deyil – həm də dövlətçilik yükünü bölüşməkdir. Yeni dövrün siyasi modeli, faktiki olaraq, milli həmrəyliyin, siyasi məsuliyyətin və geosiyasi uzaqgörənliyin sintezindən ibarətdir.

Əgər illərlə şəbəkələr Azərbaycanı parçalamağa çalışdısa, bu gün Azərbaycan bütövləşir. Əgər keçmişdə xaos ssenariləri hazırlanırdısa, bu gün sabitlik strategiyası qurulur. Əgər bir zamanlar köhnə siyasi qruplar dövlətin enerjisini tükəndirirdisə, bu gün Azərbaycan öz enerjisini regiona diktə edir.

Azərbaycanın gələcəyi artıq başqalarının yazdığı ssenarilərdən asılı deyil. Biz öz siyasi modelimizi özümüz formalaşdırırıq: milli kimliyə söykənən modern dövlətçilik modeli, vətənpərvərliklə rəqabətliliyi birləşdirən iqtisadi-siyasi sistem, dialoq və millətçilik arasında tarazlıq yaradan demokratik mühit, xalqın inamı ilə güclənən liderlik institutu. Vəhdət Partiyası da müasir Azərbaycanın bu modelində təmsil olunmaqdan qürur duyur, milli maraqları, modern dövlətçilik prinsiplərini önəm verərək dialoq və əməkdaşlıq mühitinin genişlənməsinə töhfə verməyə çalışır.

Bu yeni nizam Azərbaycanı heç bir zaman olmadığı qədər güclü edir. Dövlət öz tarixini yazır, xalq öz iradəsini təsdiqləyir, Azərbaycan isə XXI əsrdə öz siyasi möcüzəsini gerçəyə çevirir.

Adəm İsmayıl Bakuvi,

Vəhdət Partiyasının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:41
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Dekabr 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see132

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see126

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see124

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri