Azərbaycanın Sloveniyadakı səfiri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib
Icma.az bildirir, Report.az portalına istinadən.
Sloveniyanın Maribor şəhərində yerləşən "Dobrava" memorial-park kompleksində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Sloveniyadakı səfiri Rövşən Sadıqbəyli özünün “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Azərbaycan parlamentinin üzvləri, ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətimizin rəhbəri Hikmət Məmmədov və Sevinc Fətəliyeva ilə birlikdə Maribordakı "Dobrava" memorial-park kompleksində 1992-ci ildə erməni hərbçiləri tərəfindən Azərbaycan mülki əhalisinə qarşı törədilmiş cinayət - Xocalı qətliamı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyduq", - paylaşımda qeyd edilib.
Səfir anım mərasiminə qoşulan Sloveniya Milli Assambleyasındakı Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvlərinə, hökumət nümayəndələrinə, Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinə, Sloveniya müharibə veteranları assosiasiyasına və Sloveniya İslam İcmasının Müftiliyinə təşəkkürünü bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 19 Fevral 2025 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















