İtaliyanın ixracı əsas Avropa istehsal iqtisadiyyatlarından daha çox artıb
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Roma, 15 noyabr, AZƏRTAC
Cari ilin ilk 9 ayında İtaliyanın qlobal miqyasdakı ixracı əsas Avropa istehsal iqtisadiyyatlarından daha çox artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya Milli Statistika İnstitutunun (ISTAT) məlumatında deyilir.
Bildirilir ki, hesabat dövründə ixracdakı müsbət artım tendensiyası davam edib - 3,5 faizlik göstərici qeydə alınıb. Avropa İttifaqı ölkələrinə ixrac 4,5 faiz, Aİ-yə daxil olmayan ölkələrə isə 2,4 faiz artıb. İtaliyanın ixracı aylıq müqayisədə keçən ilin sentyabr ayına görə 10,5 faiz artıb. Ticarət profisiti 35,3 milyard avro təşkil edib.
ABŞ-a ixrac isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz təşkil edib. Tariflərə baxmayaraq, İtaliyanın Amerika bazarındakı payı 2024-cü illə müqayisədə 6,9 faiz artıb, bu göstərici də Almaniyadan (-7 faiz), Fransadan (-4 faiz) və İspaniyadan (-9 faiz) daha yaxşıdır. Bu artım bütün sektorları əhatə edib.
“Geosiyasi qeyri-müəyyənliklərə və tariflərə baxmayaraq, ixracımızın müsbət trayektoriyası nazirliyin Fərdi İxrac Fəaliyyət Planının diversifikasiyası və inkişaf məqsədləri çərçivəsində İtaliya şirkətlərinin xarici bazarlardakı dinamizmini əks etdirir”, - deyə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin ixrac göstəriciləri ilə bağlı şərhində bildirilir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Baxış sayı:81
Bu xəbər 15 Noyabr 2025 04:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















