Icma.az
close
up
RU
Azərbaycanın sülhsevər siyasəti dünyaya nümunədir Bayram Aslanov

Azərbaycanın sülhsevər siyasəti dünyaya nümunədir Bayram Aslanov

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

"Azərbaycanın Prezidenti cənab İlham Əliyev 25 sentyabr 2025-ci ildə BMT Baş Assambleyasının 80-ci sessiyasında qalib və ədalətli sülh yaradan lider kimi dövlətimizi təmsil etdi".

Bunu "Unikal"a açıqlamasında YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib. 

Onun sözlərinə görə, Prezident cənab İlham Əliyev nüfuzlu qurumun ali tribunasından Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətləri nəticəsində bir milyon azərbaycanlının öz yurd-yuvasından didərgin salındığını bir daha xatırlatdı:

“Uzun illər ərzində bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam. Otuz ilə yaxın müddətdə Azərbaycanın suveren ərazisinin təqribən iyirmi faizi Ermənistanın hərbi işğalı altında qaldı.

Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlı öz yurd-yuvasından didərgin salındı. Onların fundamental insan hüquqları kobud şəkildə pozuldu. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olundu. Təəssüf ki, bu qətnamələr heç vaxt icra edilmədi. Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən heç bir sanksiyaya məruz qalmadığı üçün qətnamələrə nümayişkaranə şəkildə məhəl qoymadı.” Qalib Lider cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində BMT Təhlükəsizlik Şurasının onilliklər boyu kağız üzərində qalan məlum qətnamələri yerinə yetirildi, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edildi. Dövlətimizin başçısı BMT Baş Assambleyasının 80-ci sessiyasında müstəqil ölkəmizin tarixi nailiyyətlərini dünyaya bəyan etdi: "Azərbaycan yeni bir dövrə qədəm qoyub. Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq. Son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur".

Müstəqil Azərbaycanın Prezidenti cənab İlham Əliyevin Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasının tribunasından çıxışı yalnız Azərbaycanın beynəlxalq aləmdə mövqeyini təcəssüm etdirmirdi, həm də regionda yeni geosiyasi reallıqların və sülh proseslərinin istiqamətlərini beynəlxalq auditoriyaya çatdırmaq məqsədi daşıyırdı. Qalib Lider tarix, müasir dövr və gələcək perspektivlər birləşdirərək, Azərbaycanın mövqeyini beynəlxalq hüquq prizmasından güclü şəkildə diqqətə çatdrdı. Çıxışda Azərbaycanın quruculuq işlərinə xüsusi yer ayıran Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfələrdən də danışmışdır. Bərpaolunan enerji layihələri, nəqliyyat dəhlizlərinin genişləndirilməsi və xüsusilə də Zəngəzur dəhlizinin açılması region üçün strateji əhəmiyyət daşıyan addımlar kimi təqdim edilmişdir. Düşmən işğalından azad olunmuş torpaqlarda “Böyük Qayıdış” proqramının həyata keçirilməsi nəticəsində beş il ərzində yeni yollar çəkilmiş, məktəblər, xəstəxanalar tikilmişdir. İllərlə dogma evlərindən didərgin düşmüş soydaşlarımız öz doğma yurdlarına qayıdırlar. Lakin mina təhlükəsi və itkin düşmüş şəxslərin taleyi kimi problemlərin hələ də mövcud olduğu vurğulayan Prezident İlham Əliyev dünya dövlətlərini beynəlxalq hüquqa hörmət etməyə, ikili standartlardan uzaq durmağa və ədaləti təmin etməyə çağırmışdır. O bildirmişdir ki, Azərbaycanın qələbəsi yalnız hərbi-siyasi uğur deyil, həm də beynəlxalq hüququn üstünlüyünün təsdiqidir. Dövlətimizin başçısının ali tribunadan söylədikləri Azərbaycanın sülhsevər siyasətini, beynəlxalq münasibətlərdə ədalətə və əməkdaşlığa sadiqliyini bir daha nümayiş etdirdi". 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:270
embedMənbə:https://unikal.az
archiveBu xəbər 30 Sentyabr 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri