Azərbaycanın süni intellekt sahəsində liderlik potensialı var EANA nın baş katibi
Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu fikirləri Trend-ə Şuşada keçirilən III Qlobal Media Forumu çərçivəsində Avropa Xəbər Agentlikləri Alyansının (EANA) baş katibi Aleksandru Giboi bildirib.
"Hər bir ölkə süni intellektin tətbiqində öz reallıqları və tələblərinə uyğun yol tapmalıdır. Azərbaycanın bu sahədə real potensialı var, xüsusilə gənc əhali və təhsil sisteminə verilən diqqət buna şərait yaradır”, – deyə Giboi qeyd edib.
O, sistemli və uzunmüddətli yanaşmanın əhəmiyyətini vurğulayıb: "Diqqəti təhsilə və süni intellektin ölkənin rifahı naminə strateji və bəlkə də planlı şəkildə tətbiqinə yönəltmək lazımdır. Aydındır ki, süni intellektin tətbiq sahələri çox genişdir – tibb sahəsindən tutmuş təhsilə və digər istiqamətlərə qədər. Mən hesab edirəm ki, hər bir ölkə, o cümlədən Azərbaycan, bu texnologiyalardan cəmiyyətin maraqları naminə səmərəli istifadə üçün öz modelini formalaşdırmalıdır”.
Giboi həmçinin süni intellektə məsuliyyətli yanaşmanın vacibliyini xatırladıb: "Süni intellektin şüursuz istifadəsi zamanı ortaya çıxan riskləri də unutmamalıyıq. Biz bu məsələləri panel sessiyası çərçivəsində müzakirə etməyi planlaşdırırıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 20 İyul 2025 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















