Icma.az
close
up
RU
“Azərbaycanın Suriya ilə münasibətləri ölkəmizin qarşıdurmalardan uzaq qalmaq siyasəti ilə üst üstə düşür” POLİTOLOQ ŞƏRH ETDİ

“Azərbaycanın Suriya ilə münasibətləri ölkəmizin qarşıdurmalardan uzaq qalmaq siyasəti ilə üst üstə düşür” POLİTOLOQ ŞƏRH ETDİ

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əsəd rejiminin devrilməsindən sonra Suriyada keçid dövrünün lideri kimi tanınan Əhməd Əşşarə (Məhəmməd Culani) Azərbaycana rəsmi səfər edib.

Bu, iki ölkə arasında münasibətlərin yenidən qurulması baxımından əhəmiyyətli addımdır. Səfər çərçivəsində Azərbaycanın dövlət başçısı ilə görüş keçirilib, siyasi və humanitar məsələlərlə yanaşı, iqtisadi əməkdaşlıq da müzakirə olunub.

Xüsusilə SOCAR ilə Suriya hökuməti arasında təbii qazla bağlı anlaşma memorandumu imzalanması diqqət çəkir. Bu, münasibətlərin təkcə diplomatik deyil, həm də iqtisadi müstəvidə inkişaf etdiyini göstərir.

Gununsesi.info-ya danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov bildirib ki, Suriyada ötən ilin sonunda baş verən hakimiyyət dəyişikliyindən, Əsəd rejiminin devrilməsindən sonra keçid dövrünün prezidenti kimi tanınan Əhməd Əşşarə (Məhəmməd Jolani) ölkədə dövlətçiliyin qurulması istiqamətində addımlar atmaq niyyətindədir:

“Bu prosesdə, təbii ki, Türkiyənin mövqeyi xüsusi əhəmiyyət daşıyır. Türkiyənin yanaşması nəzərə alınmaqla, Azərbaycan da Suriyada təhlükəsizliyin təmin olunması və dövlətçiliyin bərqərar edilməsi istiqamətində aparılan proseslərdə iştirak edir. Qeyd etmək lazımdır ki, bu, ilk belə hal deyil.

Əhməd Əşşarənin Azərbaycana səfəri iki ölkə arasında ilk təmas deyil. Bundan əvvəl Azərbaycanın səlahiyyətli nümayəndələrinin, o cümlədən Xarici İşlər Nazirinin Suriyaya səfəri baş tutub. Bu səfərlər nəticəsində, 12 ildən sonra diplomatik əlaqələrin bərpası və səfirliyimizin Suriyada fəaliyyətə başlaması təmin olunub. Eyni zamanda, Azərbaycan Prezidentinin Əhməd Əşşarə ilə görüşü və onun Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafına verilən önəmi nümayiş etdirir.

Ümumilikdə, bu proseslər Azərbaycanın regionda münaqişələrdən, qarşıdurmalardan və müharibələrdən uzaq qalmaq siyasətini davam etdirdiyini göstərir.

2011-ci ildən bəri, artıq 14 ildir ki, Suriyada vətəndaş qarşıdurması davam edir və bu prosesin artıq bir sonu olmalıdır. Təbii ki, uzunmüddətli qeyri-sabitlik, ilk növbədə, bizim qardaş və müttəfiq ölkəmiz olan Türkiyəyə ciddi zərərlər yetirib.

Yaxşı məlumdur ki, mərkəzi hakimiyyətin zəif olduğu, xaotik vəziyyətin hökm sürdüyü ölkələrdə terrorçu qruplaşmalar və cinayətkar birliklər aktivləşir. Onlar fərq qoymadan həm qonşu dövlətlərə, həm də mülki əhaliyə qarşı ağır cinayətlər törədirlər. Bu da, sözsüz ki, Türkiyə üçün ciddi təhlükəsizlik problemləri yaradıb”.

Politoloq vurğulayıb ki, Əsəd rejiminin devrilməsi isə Suriyada və bütövlükdə regionda təhlükəsizliyin təmin olunması baxımından həm Suriya xalqı, həm də bütün bölgə üçün tarixi bir fürsət hesab olunur:

“Bu məsələdə Azərbaycanın da fəallığı diqqətəlayiqdir. Rejimin devrilməsindən dərhal sonra Azərbaycan, Türkiyə vasitəsilə Suriyaya humanitar yardım göstərilməsində aktiv iştirak edib. Eyni zamanda, Azərbaycan Suriyanın hazırkı rəhbərliyinin xalqın iradəsinə əsaslanan dövlətçiliyi bərqərar etməsini dəstəklədiyini açıq şəkildə bəyan edib.

Humanitar yardımla yanaşı, artıq bəyan edildiyi kimi, Azərbaycan Suriyanın enerji təchizatı məsələsində də öz imkanları çərçivəsində dəstək göstərmək niyyətindədir.

Əslində, bütün bu addımlar Azərbaycanın regionda təhlükəsizliyin təmin olunmasına tərəfdar olduğunu bir daha ortaya qoyur. Çünki ölkəmiz Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsi, keçmiş münaqişələrin tarixə qovuşdurulması və sabitliyin bərqərar olunması üçün ardıcıl və ciddi addımlar atıb. Bu gün Cənubi Qafqaz artıq Orta Dəhlizin əsas həlqələrindən birinə çevrilməkdədir və həmin dəhlizin tam işlək vəziyyətə gəlməsi istiqamətində hazırlıqlar aparılır.

Təbii ki, Orta Dəhlizin üzərində yerləşməsə də, onun coğrafi yaxınlığında yerləşən Suriyada təhlükəsizliyin təmin olunması bu nəqliyyat dəhlizinə daxil olan bütün dövlətlərin, o cümlədən Azərbaycanın maraqlarına tam uyğundur. Azərbaycan bu məsələ ilə bağlı mövqeyini açıq şəkildə ortaya qoyur.

Bu prizmadan baxdıqda, Azərbaycanın Suriya ilə münasibətləri ölkəmizin münaqişələrdən, müharibələrdən və qarşıdurmalardan uzaq qalmaq siyasəti ilə üst-üstə düşür. Azərbaycan dövləti bu gün də Suriya xalqının və onun seçiminin yanında olduğunu nümayiş etdirməli və bu mövqeyini açıq şəkildə bəyan etməlidir. Biz də bunu açıq şəkildə ifadə edirik”.

Politoluqun hesab edir ki, Əhməd Əşşarə rəhbərliyindəki rejim sona qədər xalqının maraqlarına xidmət edən siyasət yürüdə bilsə, bu, Azərbaycanla Suriya arasında münasibətlərin tam şəkildə bərpasına və davamlı inkişafına gətirib çıxara bilər:

“Əlbəttə, bütü bunlara yalnız zaman cavab verə bilər. İndiki rejim bu məqsədlərinə çata biləcəkmi? Əgər Əhməd Əşşarə rəhbərliyi Suriyanın bütün ərazisində suverenliyi və təhlükəsizliyi tam şəkildə təmin edə və siyasətini xalqın iradəsinə uyğun şəkildə davam etdirə bilsə, düşünürəm ki, Azərbaycanla Suriya arasında münasibətlər daha da inkişaf edəcək. Təbii ki, bunu zaman göstərəcək”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 İyul 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see223

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see203

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see177

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see143

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see142

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see139

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see138

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see131

İngiltərə Kuboku: “Brayton” “Yunayted”i məğlub edib

11 Yanvar 2026 23:01see126

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri