Icma.az
close
up
RU
Azərbaycanın xarici siyasəti ölkəmizin milli maraqlarını tamamilə təmin edir ŞƏRH

Azərbaycanın xarici siyasəti ölkəmizin milli maraqlarını tamamilə təmin edir ŞƏRH

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib. Sözügedən müsahibə avqustun 26-da həmin telekanalda yayımlanıb. Eyni zamanda bu müsahibə regional və qlobal səviyyədə strateji əhəmiyyət kəsb edən mövzuları əhatə etməklə yanaşı, ölkəmizin milli maraqlarını ədalət prinsipləri əsasında özündə ehtiva edir. Müsahibədə eyni zamanda beynəlxalq auditoriyaya ünvanlanan siyasi mesajlar da açıq şəkildə təqdim edilir.

Dünya miqyasında tanınan telekanalda yayımlanan müsahibədə bir sıra önəmli məqamlara toxunulub. Son vaxtlarda ölkə baçısı İlham Əliyev Avropa və dünyanın bir sıra aparıcı informasiya agentliklərinə çoxsaylı müsahibələr verib. Azərbaycanın bölgədə aparıcı mövqe tutması, Prezident İlham Əliyevin qalib sərkərdə və uğurlu iqtisadi siyasət aparan dövlət rəhbəri kimi tanınması tanınmış KİV-lərin müsahibələrlə bağlı müraciətlərini də artırıb.

Prezident İlham Əliyev qeyd etdi ki, əgər qarşı tərəf Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edərsə, Azərbaycan da eyni yanaşmanı tətbiq edəcək və onların ərazi bütövlüyünü tanımayacaq. “Əl-Ərəbiyyə” kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərin məskunlaşdırılması ilə bağlı rastlaşılan problemlərdən danışıb. Dövlətimizin başçısı bildirib ki, bu işlərə əsas iki maneə ərazilərin minalanması və Qarabağda infrastrukturun tamamilə məhv edilməsidir. Hazırda infrastrukturun inkişafı üzrə artıq yekun mərhələyə yaxınlaşmışıq. Düşünürəm ki, bütün infrastruktur layihələri bəlkə də iki-üç il ərzində tam hazır olacaq.Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə ciddi mesajlar verərək Azərbaycanın mövqeyini açıq şəkildə ortaya qoydu. Bu bir daha göstərdi ki, Azərbaycan təkcə regional deyil, həm də qlobal proseslərdə fəal və prinsipial mövqe tutur. Şübhəsiz ki, bütün bunlar Prezident İlham Əliyevin qətiyyətli liderliyi və siyasətinin nəticəsidir.

Tarixi Zəfərimizdən sonrakı dövrün mühüm reallıqlarından biri Azərbaycanın regionda dayanıqlı sülhün təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması məqsədilə sülh müqaviləsinin imzalanmasını təklif etməsi və ona nail olmaq istiqamətində addımların atılmasıdır. Qeyd olunan müsahibədə də vurğulandığı kimi Azərbaycan danışıqlar formatının təşəbbüskarı oldu. Sülh sazişinin layihəsini təqdim etdi. Avqustun 8-də Vaşinqtonda paraflanan sənəd Ermənistan-Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır. Vaşinqtonda prezident Trampın iştirakı ilə imzalanmış sənəd uzun illər davam edən münaqişəyə son qoyaraq Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Reallıq budur ki, Azərbaycan və Ermənistan Ağ evdə prezident Trampın iştirakı ilə bu sənədin paraflanması müharibənin başa çatdığını göstərir.

Müsahibədə diqqət çəkən məqamlardan xüsusi vurğulanan ədalətsiz 907-ci düzəlişin ləğvi, ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılması, regional inteqrasiya, nəqliyyat və tranzit imkanlarının genişlənməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, Azərbaycan XX əsrin əvvəllərində üzləşdiyi faciələr, enerji siyasəti, işğaldan azad edilmiş ərazilərin bərpası və məskunlaşması və digər istiqamətdə səslənən fikirlər oldu.

Dövlət başçısının sözügedən müsahibəsində səslənən hər fikir bu günümüz və gələcəyimiz üçün mühüm çağırışları özündə ehtiva edir. Müsahibədə Türk dünyasının birliyi ilə bağlı səslənən fikirlər, Azərbaycan və Türkiyənin bu istiqamətdə səylərinin əhəmiyyət kəsb etdiyi mühüm məqamlardan idi. Prezident İlham Əliyev Türk dünyası birliyinin Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb: Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artırılması istiqamətində Azərbaycan və qardaş Türkiyənin göstərdikləri səyləri göz önündədir. Azərbaycanın təşkilata sədrlik etdiyi dövrdə həm türk dövlətləri ilə ikitərəfli əlaqələrin inkişafına, həm də TDT-nın beynəlxalq nüfuzunun artmasına xidmət edən addımlar bu ölkələr tərəfindən yüksək dəyərləndirildi. Həm də vacib odur ki, təşkilatın bütün üzvlərində siyasi sabitlik, bir-biri və hamısı arasında dost münasibətlər mövcuddur. Bu, təşkilatı həqiqətən nadir edir. Biz onu konkret layihələrlə, investisiyalarla, enerji, daşımalar, mədəniyyət layihələri ilə möhkəmləndirməliyik. Ona görə də mən gələcəkdə bu təşkilatı mühüm qlobal iştirakçılardan biri kimi görürəm. Beləliklə, bizim fikrimiz beynəlxalq arenada rol oynaya bilən, təkcə daxili məsələlərlə məşğul olmayan qlobal oyunçuya çevrilməkdən ibarətdir ki, həm də beynəlxalq arenada sabitləşdirici, müsbət rol oynasın və qonşular üçün imkanlar yaratsın. Bununla da biz belə bir nəhəng coğrafiyada heç kimə təhlükə törətməyən, lakin çoxları üçün fürsət hesab edilən güclü birlik qura biləcəyimizi nümayiş etdirək.

Nəticə etibarilə Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi Azərbaycanın çoxşaxəli xarici siyasətinin təqdimatı kimi dəyərləndirilə bilər. Azərbaycan lideri bir daha göstərdi ki, ölkə balanslaşdırılmış siyasət yürütməklə yanaşı, milli maraqlarını qətiyyətlə müdafiə edir və beynəlxalq əməkdaşlıqda konstuktiv mövqe sərgiləyir. Bu isə Azərbaycanın regional liderlik rolunu möhkəmləndirməklə yanaşı, qlobal arenada nüfuzunu daha da artırır.

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Sentyabr 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see240

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see239

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see196

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see191

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see179

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see152

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see151

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see148

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see147

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see146

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see137

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see135

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see131

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see131

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri