Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Azərbaycanın suverenliyi əbədidir

Azərbaycanın suverenliyi əbədidir

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Dövlət üçün suverenlikdən və müstəqillikdən, vətəndaş üşünsə azadlıqdan müqəddəs heç nə yoxdur. Zəngin tarixi keçmişi olan Azərbaycan xalqı azad yaşamaq üçün həmişə mübarizə aparmışdır. Xalqımız bir gerçəkliyi heç vaxt unutmamışdır; suveren dövlət qurmadan azad yaşamaq mümkün deyildir. 

Azərbaycan 1918-1920-ci illərdə müsəlman Şərqində ilk parlamentli, demokratik, dünyəvi dövlət qurmuş, lakin xalqımızın böyük mübarizələr, savaşlar sayəsində nail olduğu bu müstəqillik uzun sürməmiş, cəmi 23 ay yaşamışdır. Tarixi nöqteyi-nəzərdən 23 ay çox qısa bir zaman olsa da, əhəmiyyəti baxımından xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur. 

1991-ci ildə yenidən əldə etdiyimiz müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin şüurlarada yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsi idi. Həmin il avqustun 30-da Azərbaycanın müstəqilliyi haqqında bəyannamə, oktyabrın 18-də isə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu. Bununla da Azərbaycan müstəqil, demokratik, dünyəvi və suveren dövlət kimi yenidən mövcudluğunu dünyaya bəyan etdi. Müstəqil, azad və suveren Azərbaycan dövlətini dünya ictimaiyyəti tanıdı və qəbul etdi. Lakin müstəqilliyimizin ilk illərində xalqımız, sözün həqiqi mənasında ağır və məşəqqətli günlər yaşamağa başladı. 
Hələ 1988-ci ildən Ermənistan Respublikası Azərbaycan Respublikasına qarşı torpaq iddiası irəli sürmüşdü. Bunun nəticəsi kimi Ermənistandakı doğma torpaqlarından deportasiya edilmiş soydaşlarımız Azərbaycana pənah gətirmişdi. Torpaqlarımızda amansız müharibə gedirdi. Qarabağın dağlıq hissəsi və həmçinin ətrafdakı ərazilər erməni quldurları tərəfindən işğala məruz qalmışdı. Bu səbəbdən də işğal olunmuş ərazilərimizdə Azərbaycanının suverenliyi pozulmuşdu. 

Azərbaycan dövlətçiliyinin başının üzərini qara buludlar aldığı bir zamanda respublikamızın o zamankı səriştəsiz və qətiyyətsiz rəhbərləri vacib taleyüklü vəzifələrin öhdəsindən gələ bilmirdilər. Belə bir ərəfədə xalqımız dövlətimizin pozulmuş suverenliyinin bərpası üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsini icra edən Heydər Əliyevə üz tutmaq məcburiyyətində qaldı. 

Görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi, dahi şəxsiyyət Heydər Əliyevin xalqın tələbi ilə Bakıya gəlməsi, əvvəl Milli Məclisin sədri seçilməsi, sonra isə Prezidentin səlahiyyətlərini icra etməsi və daha sonra Azərbaycan Respublikasının Prezidenti seçilməsi Azərbaycan Dövlətini məhv olma təhlükəsindən xilas etdi və xalqımızın üzləşdiyi vətəndaş müharibəsinin qarşısını almış oldu. 

Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin, eləcə də ölkədə cinayətkarlığın qarşısı alındı, qanunsuz silahlı dəstələr ləğv olundu, mütəşəkkil ordu yaradıldı, dövlət müstəqilliyi qorunub saxlanıldı. 

Dövlətimizin suverenliyinin pozulmasının əsasını Qarabağ uğrunda gedən döyüşlər təşkil edirdi. Ulu Öndər Heydər Əliyev bunu yaxşı bilirdi. Onu da yaxşı bilirdi ki, o dövür üçün müasir hesab olunan silah-sürsatla, hərbi texnika ilə təchiz edilmiş Ermənistan dövlətinə və Dağlıq Qarabağdakı erməni separatçılarına qarşı mütəşəkkil olmayan silahlı dəstələrlə mübarizə aparmaq çox çətin işdir. Ona görə də atəşkəs əldə edib güclü dövlət qurmaq və qüdrətli ordu yaradaraq mübarizə aparmaq lazımdır. Məhz bu prinsipləri həyata keçirməyə üstünlük verən Ümummilli Lider Heydər Əliyev 1994-cü ilin mayında Ermənistan Respublikası ilə atəşkəs haqqında müqavilə imzaladı. Bundan sonra Azərbaycan Dövlətinin intibah dövrü başlandı. Ordu quruculuğu dövlətin əsas strategiyasını təşkil etdi.  

Görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi iradəsi və böyük uzaqgörənliyi sayəsində 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Beynəlxalq əhəmiyyət daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz xətti, “Şahdəniz-2”, TANAP və TAP kimi layihələr “Əsrin müqaviləsi”nin mühüm və uğurlu nəticələridir.  

Ancaq təəssüf ki, Azərbaycan Dövlətinin pozulmuş suverenliyinin bərpası Ümummilli Lider Heydər Əliyevə nəsib olmadı. Sevindirici haldır ki, Heydər Əliyev siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyev suverenliyimizin bərpası istiqamətində yorulmadan çalışdı. Nəhayət cənab Prezident İlham Əliyev qarşısına qoyduğu vəzifənin icrasına 44 günlük müharibədə xeyli nail oldu. Amma müəyyən səbəblərdən 44 günlük Vətən müharibəsində dövlətimizin suverenliyinin bərpası tam olaraq təmin edilmədi.

Nəhayət 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlandı. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Bununla da, növbəti qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi. 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu nəzərə alaraq hər il sentyabrın 20-sinin Azərbaycan Respublikasında “Dövlət Suverenliyi Günü” kimi qeyd edilməsinə dair 19 sentyabr 2024-cü Sərəncam imzaladı. 

2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması təkcə yubiley xarakteri daşımır. Bu qərar dövlətçilik prinsiplərinin möhkəmləndirilməsinə, milli həmrəyliyin gücləndirilməsinə və hüquqi dövlətin inkişafına xidmət edir.

Azərbaycanın dövlət suverenliyinin qorunması və möhkəmləndirilməsi Prezident İlham Əliyevin siyasi fəaliyyətinin əsas istiqamətlərindən biridir və bir çox ekspertlər bunu onun ən böyük xidmətlərindən hesab edirlər. Bu fikri əsaslandırmaq üçün bir neçə mühüm məqamı vurğulamaq olar:

-2003-cü ildən bəri müstəqilliyin möhkəmləndirilməsi İlham Əliyevin prezident kimi ölkənin müstəqil xarici və daxili siyasət xəttini davam etdirərək Azərbaycanın beynəlxalq arenada suveren qərar vermə imkanlarını genişləndiridi. Azərbaycanın öz enerji resurslarının idarə olunması, transmilli layihələrdə müstəqil mövqeyi suverenlik prinsipini gücləndirdi.

-Silahlı Qüvvələrin modernləşdirilməsi və müdafiə sənayesinin inkişafı dövlətin öz ərazi bütövlüyünü qoruma qabiliyyətini artırdı. Bu isə suverenliyin əsas dayaqlarından biridir.

-44 günlük Vətən maharibəsi nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazilərinin böyük hissəsinin işğaldan azad edilməsi dövlət suverenliyinin bərpasında dönüş nöqtəsi oldu. Bu proses həm siyasi, həm də hərbi baxımdan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirildi.

-Azərbaycan müxtəlif qlobal güclərlə balanslı əməkdaşlıq siyasəti- həm Qərb, həm də qonşu region dövlətləri ilə strateji münasibətlər- suveren qərarvermə imkanlarını qoruyub saxladı...

Prezident İlham Əliyevin Fərmanı ilə 20 sentyabrın “Dövlət Suverenliyi Günü” kimi təsis olunması tarixi irsin qorunmasına və milli kimliyin gücləndirilməsinə xidmət edən addımdır. Bu kimi səbəblərə görə, dövlət suverenliyinin qorunması və möhkəmləndirilməsi İlham Əliyevin siyasi irsində əsas xidmətlərdən biri kimi qiymətləndirilir.

Azərbaycanın dövlət suverenliyi yalnız 1991-ci ildə müstəqilliyin elan edilməsi ilə deyil, sonrakı illərdə bu müstəqiulliyin praktik məzmuna qovuşması ilə gerçəkləşdi. Prezident İlham Əliyevin 2003-2025-ci illər ərzində həyata keçirdiyi çoxşaxəli siyasət- iqtisadi, hərbi, diplomatik və ideoloji sahələrdə atdığı addımlar- bu prosesi tamamladı. Buna görə də müasir dövrdə dövlət suverenliyinin möhkəmləndirilməsi və qorunması onun ən böyük tarixi xidmətlərindən biri kimi qiymətləndirilir.

Vüqar Sərdarov,
YAP Səbael rayon ərazi təşkilatının sədri,Azərbaycan Respublikası Auditorlar Palatasını Beynəlxalq Əlaqələr şöbəsinin müdiri  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 20 Sentyabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see550

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see542

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see535

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see474

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see454

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see432

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see368

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see360

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see347

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see328

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see320

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see312

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see307

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see296

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see294

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see293

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see293

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see293

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see280

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see279
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri