Icma.az
close
up
RU
Milli maraqlarımızın müdafiəsi ən ali dəyərdir

Milli maraqlarımızın müdafiəsi ən ali dəyərdir

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü xalqımız çox böyük qürurla qeyd edir. Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyi və birliyi üçün çox böyük səylər göstərmişdir.

Ümummilli Lider Heydər Əliyev 2001-ci il mayın 23-də imzaladığı Sərəncama əsasən, 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirilmişdir. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla isə Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II, 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də isə IV qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. Əlbəttə ki, keçirilmiş qurultaylar dünya azərbaycanlılarının birlik və həmrəyliyi baxımından olduqca mühüm tarixi əhəmiyyət kəsb edir.
“Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir” – deyən Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu düşünülmüş, uzaqgörən siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev qeyd edir ki, dünyada yaşayan bütün azərbaycanlılar fəxr edirlər ki, bu gün dünya xəritəsində Azərbaycan kimi dövlət var, öz sözünü deyir, deyəcək və bizim uğurlu inkişafımız bundan sonra da təmin ediləcəkdir.
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü xalqımız, dünyada yaşayan azərbaycanlılar çox böyük qürurla, fəxarətlə qeyd edirlər. Çünki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı artıq 4 ildir ki, tarixi torpaqlarına qovuşub. Erməni işğalı nəticəsində 30 ildir öz yurd yuvalarından didərgin düşmüş vətəndaşlarımız doğma ata-baba ocaqlarına qayıdırlar. Bu, milli birliyimizin təntənəsi, xalqımızın öz Liderinin ətrafında sıx birləşməsinin göstəricisidir.
Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. 27 sentyabr 2020-ci ildə başlanmış Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımız olduqca fəal şəkildə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdıraraq vətəndaşlıq borclarını yerinə yetirdilər və bununla da şanlı Zəfərimizə layiqli töhfə vermiş oldular. Vətən müharibəsi xalqımızın mübarizliyini, həmrəyliyini bir daha bütün dünyaya nümayiş etdirdi.

Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Dekabr 2024 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri