Azərbaycanın tədiyyə balansında 9 ayda 182 milyon dollar profisit yaranıb
Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyyə balansının ümumi profisiti 181,6 milyon ABŞ dolları təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,2 dəfə azdır.
Ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 3 milyard 952,9 milyon ABŞ dolları profisit (1 il əvvələ nisbətən 40,8 % az), maliyyə hesabındakı 3 milyard 570,5 milyon ABŞ dolları kəsir (1 il bundan əvvəl profisit olub) və balanslaşdırıcı maddələr üzrə 200,8 milyon ABŞ dolları kəsir (1 il bundan əvvəl profisit olub) hesabına formalaşıb.

Azərbaycanın tədiyyə balansında 9 ayda 182 milyon dollar profisit yaranıb
11 Dekabr 2024 13:36
Azərbaycanın dövlət büdcəsində 3,5 milyard manata yaxın profisit yaranıb
18 Noyabr 2024 16:54
Azərbaycanın dövlət büdcəsində 3 milyard manatdan çox profisit yaranıb
17 Dekabr 2024 15:04
Tədiyyə balansının ehtiyat aktivləri 182 mln. dollara qədər azalıb
11 Dekabr 2024 10:49

