Icma.az
close
up
RU
Azərbaycanın təşəbbüsü ilə BMT də müzakirə təşkil olundu

Azərbaycanın təşəbbüsü ilə BMT də müzakirə təşkil olundu

Icma.az bildirir, Baku.ws portalına istinadən.

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi ilə Esseks Universitetinin İnsan Hüquqları Mərkəzinin birgə təşkilatçılığı və Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Sülh və həmrəylik üçün effektiv mədəniyyətlər və dinlərarası dialoqu təşviq etmək üçün yaxşı təcrübələrin müəyyən edilməsi: Əldə edilən dərslər" mövzusunda yüksəksəviyyəli panel müzakirəsi keçirilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Ümumdünya Dinlərarası Harmoniya Həftəsi və Beynəlxalq İnsan Qardaşlığı Günü çərçivəsində təşkil edilən tədbirdə Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos, BMT Baş katibinin qlobal kommunikasiyalar üzrə müavini Melissa Fleminq, BMT Baş katibinin köməkçisi və "UN Women"in icraçı direktorunun müavini Nyaradzayi Qumbonzvanda, UNESCO-nun BMT-dəki nümayəndəsi Eliot Minçenberq, Esseks Universitenin İnsan Hüquqları Mərkəzinin professoru Əhməd Şahid və "Religions for Peace International" qeyri-hökumət təşkilatının baş katibi Fransis Kuria məruzə ilə çıxış ediblər.

Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayevin moderatorluğu ilə baş tutan müzakirələrdə, həmçinin BMT-nin yüksəksəviyyəli rəsmiləri, üzv dövlətlərin səfirləri, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.

T.Musayev qeyd edib ki, panelin təşkilində əsas məqsəd mədəniyyətlər və dinlərarası dialoqu gücləndirmək üçün effektiv yanaşmaları müəyyənləşdirmək, qabaqcıl təcrübələri bölüşmək və artan qütbləşmə fonunda innovativ həlləri müzakirə etməkdir.

F.Cəfərov bildirib ki, artan geosiyasi gərginlik fonunda dialoq yalnız ideal deyil, praktik zərurətdir:

"Mədəniyyətlər və dinlərarası dialoq artıq normativ arzu deyil, münaqişələrin qarşısının alınması, etimad quruculuğu və dayanıqlı inkişaf üçün praktik alətdir".

Nazir müavini 2008-ci ildə başlanmış "Bakı Prosesi"nin bu sahədə qlobal platformaya çevrildiyini vurğulayıb və qeyd edib ki, bu proses hökumətlərlə yanaşı, dini liderləri, alimləri, gəncləri və vətəndaş cəmiyyətini bir araya gətirən inklüziv modeldir. F.Cəfərov əlavə edib ki, Azərbaycan bu il Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edəcək.

Çıxışlarda qeyd edilib ki, dünyada dözümsüzlük, ayrı-seçkilik və zorakılıq hallarının artması beynəlxalq əməkdaşlığın gücləndirilməsini zəruri edir. Bu baxımdan, Azərbaycanın təşkilatçılığı ilə keçirilən bu panel xüsusi əhəmiyyət kəsb edir.

Panel iştirakçıların sualları və müzakirələrlə davam edib.

Qalereya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://baku.ws
archiveBu xəbər 05 Fevral 2026 08:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see504

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see315

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see287

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see276

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see275

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see275

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see272

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see268

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see268

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see246

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see241

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see239

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see237

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see232

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see220

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see216

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see214

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see208

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri