Icma.az
close
up
RU
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır

Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır

Icma.az, Sia Az saytına istinadən bildirir.

Noyabrın 15-də COP29 çərçivəsində Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə Qoşulmama Hərəkatı ölkələrinin QHT-lərin Cənub-Cənub əməkdaşlığı üzrə beynəlxalq konfransı keçirilib. SİA xəbər verir ki, “Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafı: QHT-lərin rolu” adlı beynəlxalq konfransda Qoşulmama Hərəkatına dördillik sədrliyi dövründə Azərbaycanın mühüm qlobal təşəbbüslərə imza atması, iqlimlə bağlı fəaliyyət də daxil olmaqla, ölkələr arasında həmrəyliyin gücləndirilməsinə əhəmiyyətli töhfə verdiyi xüsusi vurğulanıb. Xarici QHT-lər Qlobal Cənubun aparıcı ölkələrindən biri olan Azərbaycan dövlətini COP29-u uğurla təşkil etdiyinə görə təbrik ediblər.

Beynəlxalq konfransın yekununda Qoşulmama Hərəkatı ölkələrini təmsil edən QHT-lər Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafında QHT-lərin roluna dair birgə bəyanat mətnini razılaşdırıb və bəyanata qoşulmağı bütün COP29-da iştirak edən QHT-lər üçün açıq elan edib.

Bəyanatda Azərbaycana güclü dəstək ifadə olunur, onun qlobal roluna diqqət çəkilir, COP29 çərçivəsində sülhün və kollektiv qlobal fəaliyyətin təşviqi üçün iqlim danışıqları zamanı müharibələrin dayandırılmasına yönəlmiş Azərbaycanın “COP Atəşkəs Çağırışı” təqdir edilir. Dünya dövlətləri iqlim dəyişmələrinin humanitar aspektlərinə, o cümlədən həssas icmaların müdafiəsinə, sosial ədalət və ekoloji böhranlara qarşı dayanıqlılığa üstünlük verməyə, öz hərəkətlərini “COP Atəşkəs Çağırışı”nın ruhuna uyğunlaşdırmağa dəvət olunur.

Sənəddə iqlimə davamlılıq və humanitar problemlərin həllində, Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılmış inklüziv siyasətlərin təşviqində QHT-lərin mühüm rola malik olması qabardılır, iqlim maliyyələşdirilməsini və yerli səviyyələrdə təşəbbüsləri dəstəkləmək üçün hökumətlər, maliyyə institutları və QHT-lər arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyi ifadə olunur. Qlobal miqyasda QHT-lər Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlimlə bağlı fəaliyyətin təşviqində, xüsusilə regional iqlim problemlərini və icma əsaslı həlləri dəstəkləyən tərəfdaşlıqların təşviqində rollarını gücləndirməyə çağırılır.

Bəyanatda, həmçinin ən yaxşı təcrübələri bölüşmək, dayanıqlı inkişafa təkan vermək üçün iqlim fəaliyyəti üzrə əməkdaşlıq şəbəkəsi kimi Azərbaycan Milli QHT Forumunun təşəbbüsünə dəstək olaraq, Qlobal Cənub QHT Platformasının yaradılmasının vaxtının çatdığı bildirilir.

COP29-da təmsil olunan vətəndaş cəmiyyəti üzvlərinə açıq olan bəyanata 137 ölkədən 1023 QHT təmsilçisi, ictimai fəal imza atıb.

Qeyd edək ki, dünya ölkələrinin 71 faizini əhatə edən regionlardan vətəndaş cəmiyyəti təsisatlarının Azərbaycan QHT-lərinin təşəbbüsünə dəstək ifadə etməsi ölkəmizin QHT tarixində ilk dəfə baş verir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Noyabr 2024 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri