Icma.az
close
up
RU
Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 9 700 MVt ı keçib

Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 9 700 MVt ı keçib

Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AzVision.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazovun Energetiklər Günü ilə bağlı rəsmi qəzetdə dərc edilmiş məqaləsində deyilir.
Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1317 MVt və ya 15,6 % artım deməkdir: "Bu əhəmiyyətli artımda ölkəmizin və bütövlükdə Cənubi Qafqazın ən böyük enerji müəssisəsi olan, şanlı Zəfərimizi əbədiləşdirən 1 880 MVt gücündə "8 Noyabr" Elektrik Stansiyasının istismara verilməsinin mühüm rolu var. Mingəçevirin yalnız Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi kimi mövqeyini gücləndirən bu stansiya enerji səmərəliliyi ilə yanaşı, Çin və İtaliya şirkətləri ilə əməkdaşlıq timsalında elektroenergetikada beynəlxalq tərəfdaşlığın parlaq nümunəsidir".
Nazir qeyd edib ki, elektroenergetika sistemində hazırda ümumi gücü 7 903 MVt olan 24 istilik elektrik stansiyası, 1 443,5 MVt-lıq 65 su elektrik stansiyası, 278,2 MVt gücündə 9 günəş elektrik stansiyası, 63,5 MVt gücündə 5 külək elektrik stansiyası, 37 MVt gücündə bərk məişət tullantıları elektrik stansiyası və ümumi gücü 7,3 MVt olan 3 hibrid elektrik stansiyası fəaliyyət göstərir: "Su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1 829,6 MVt-dır ki, bu da ümumi istehsal gücünün təxminən 18,8 %-ini təşkil edir. Bu dövrdə generasiya ilə yanaşı, elektrik şəbəkəsinin gücü də artaraq 29 714 MVA-a çatıb".
P.Şahbazov vurğulayıb ki, son illər artan istehsal gücü Azərbaycanın enerji balansında sabitliyi qoruyur: "Ötən il ölkədə 28,4 milyard kVt·st elektrik enerjisi istehsal olunub, bunun 24,1 milyardı daxili tələbatın ödənilməsinə, 1,4 milyardı ixraca yönəlib. İdxal isə 70,7 milyon kVt·st təşkil edib. Bu ilin ilk 9 ayında 21,8 milyard kVt·st enerji istehsal edilib, ixrac 989,6 milyon, idxal isə 145 milyon kVt·st həcmində olub".
Nazirin fikrincə, elektrik enerjisi istehsalında müşahidə olunan əsas tendensiya ondan ibarətdir ki, burada artım dinamikasını məhz bərpa olunan enerji mənbələri formalaşdırır: "Xüsusilə, 230 MVt gücündə "Qaradağ" GES fəaliyyətə başladığı iki ilə yaxın müddət ərzində günəş enerjisindən elektrik enerjisi istehsalının 10 dəfə artmasına imkan yaradıb. Bu dövrdə stansiyada 1 milyard kVt·st elektrik enerjisinin istehsalı onun tam gücü ilə işləməsini təsdiqləməklə yanaşı, bir daha göstərir ki, Azərbaycan "yaşıl enerji" ilə bağlı qarşısına reallığa əsaslanan və özünü doğruldan hədəflər qoyub və onları ardıcıl şəkildə həyata keçirir".
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azvision.az
archiveBu xəbər 20 Oktyabr 2025 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri