Icma.az
close
up
RU
Azərbaycanın UNESCO nun Ümumdünya İrs Mərkəzinə dəstəyi davam etdiriləcək Səfir Elman Abdullayev FOTO

Azərbaycanın UNESCO nun Ümumdünya İrs Mərkəzinə dəstəyi davam etdiriləcək Səfir Elman Abdullayev FOTO

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Mərkəzinə dəstəyi gələcəkdə də davam etdiriləcək.

Trend-in məlumatına görə, bunu Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev qurumun Parisdə keçirilən 47-ci sessiyası çərçivəsində İçərişəhərin Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25-ci ildönümünə həsr olunmuş tədbirdə açılış nitqində deyib.

Səfir E.Abdullayev bildirib ki, "İçərişəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi" Azərbaycanın Ümumdünya İrs Siyahısına daxil edilmiş ilk tarixi ərazisi kimi xüsusi əhəmiyyət daşıyır.

Səfir 2000-ci ilin dekabr ayında baş tutmuş bu tarixi və qürurverici hadisənin Azərbaycanın Ümumdünya İrs Komitəsi ilə fəal əməkdaşlığının başlanğıcı olduğunu vurğulayıb.

"Bu tarixi hadisənin 25 illiyini qeyd edərək, keçmişə hörmətimizi ifadə edir, eyni zamanda, gələcək nəsillər üçün mədəni irsimizin qorunmasına və tanıdılmasına sadiqliyimizi bir daha təsdiqləyirik", - deyə bildirib.

Səfir E.Abdullayev vurğulayıb ki, 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılmış "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu bu unikal irs ərazisinin qorunması, yenidən qurulması və müasirləşdirilməsi istiqamətində yeni mərhələnin əsasını qoyub.

Çıxışı zamanı səfir E.Abdullayev UNESCO-nun Ümumdünya İrs Mərkəzi ilə səmərəli əməkdaşlığı yüksək qiymətləndirərək, Azərbaycanın sözügedən Mərkəzə dəstəyini qeyd edib və bu dəstəyin bundan sonra da davam edəcəyini vurğulayıb.

Qeyd edək ki, UNESCO-nun 6-16 iyul tarixlərində keçirilən Dünya İrs Komitəsinin 47-ci sessiyası çərçivəsində müxtəlif mövzularda tədbirlər təşkil olunub. Bu tədbirlər arasında xüsusi yer tutanlardan biri, 11 iyul tarixində baş tutan və İçərişəhərin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunan təqdimat olub.

Tədbir "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü və Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının, Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin və Trend Beynəlxalq İnformasiya Agentliyinin dəstəyi ilə təşkil olunub. Tədbirin mövzusu - "Dünya irsinin qorunması: İrsin konservasiyası və kommunikasiyası təcrübələri" olub.

"Baku Network"un təşkilatçılığı ilə tədbir zamanı erməni təcavüzü nəticəsində həlak olmuş Azərbaycan jurnalistlərinin xatirəsinə həsr olunmuş bukletlər paylanıb.

Tədbirin moderatoru Azərbaycanın UNESCO-da daimi nümayəndəsi Elman Abdullayev olub.

Tədbirdə mədəni irsin qorunması, bərpası və cəmiyyətə təqdim olunması sahəsində beynəlxalq təcrübə, müasir yanaşmalar və kommunikasiya strategiyaları müzakirə edilib. İştirakçılara "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bu sahədəki fəaliyyəti və əldə olunan nəticələr təqdim olunub.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:43
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 14 İyul 2025 21:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see140

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see138

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see137

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see133

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see132

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri