Azərbaycanın və Gürcüstanın Baş prokurorları arasında görüş keçirilib
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Tbilisi, 23 fevral, AZƏRTAC
Tbilisidə səfərdə olan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev fevralın 23-də Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Kamran Əliyev dəvətə görə gürcü həmkarına təşəkkürünü bildirib. O qeyd edib ki, Gürcüstan Azərbaycan üçün dost ölkədir.
Giorgi Qvarakidze qurumlararası münasibətlərin inkişafından məmnunluğunu ifadə edib.
Görüşdə iki ölkənin prokurorluq orqanları arasında cinayətkarlığın müxtəlif formalarına qarşı birgə mübarizə, həmçinin ekstradisiya və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahələrində praktiki əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 23 Fevral 2026 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















