Azərbaycanın və Qazaxıstanın silahlı qüvvələri arasında tərəfdaşlığın artırılması yolları müzakirə edilib AZƏRTAC
Azertag saytına istinadən Icma.az xəbər verir.
Astana, 19 dekabr, AZƏRTAC
Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov Azərbaycan bu ölkədəki səfiri Ağalar Atamoğlanov ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüş zamanı səfir Azərbaycan və Qazaxıstan arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri barədə ətraflı danışıb, həmçinin birgə layihələrin həyata keçirilməsi gedişatını müzakirə edib.
Birgə təlimlərin keçirilməsini müsbət qiymətləndirən tərəflər hər iki dövlətin silahlı qüvvələri arasında tərəfdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb və müdafiə sahəsində, eləcə də hərbi kadrların hazırlanması sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 19 Dekabr 2024 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















