Icma.az
close
up
RU
Azərbaycanın və Rumıniyanın milli xəbər agentlikləri arasında əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunub

Azərbaycanın və Rumıniyanın milli xəbər agentlikləri arasında əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunub

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Buxarest, 5 noyabr, AZƏRTAC

Rumıniyada səfərdə olan Azərbaycan nümayəndə heyəti noyabrın 5-də bu ölkənin AGERPRES xəbər agentliyinin baş direktoru Klaudiya Viktoriya Nikolae ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın və Rumıniyanın milli xəbər agentlikləri arasında əməkdaşlığın dərinləşdirilməsi, informasiya mübadiləsinin genişləndirilməsi və birgə media layihələrinin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Klaudiya Viktoriya Nikolae AGERPRES agentliyinin beynəlxalq informasiya şəbəkələrində, o cümlədən Avropa Xəbər Agentlikləri Alyansında (EANA) və Avropa İttifaqı (Aİ) Media Forumu çərçivəsində gördüyü işlər haqqında məlumat verib. O, Azərbaycanla informasiya sahəsində əlaqələrin inkişaf etdirilməsinin, eləcə də qarşılıqlı xəbər və foto mübadiləsinin genişləndirilməsinin vacibliyini bildirib.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev qeyd edib ki, agentliklə AGERPRES arasında uzunmüddətli əməkdaşlıq mövcuddur və bu əlaqələrin daha da gücləndirilməsi regional, beynəlxalq informasiya məkanında etibarlı tərəfdaşlıq üçün əsas yaradır. O, qarşılıqlı təcrübə mübadiləsinin, jurnalistlər üçün təlim proqramlarının və birgə media məhsullarının hazırlanmasının gələcək əməkdaşlıq istiqamətləri kimi nəzərdə tutulduğunu söyləyib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media sahəsində yeni kommunikasiya texnologiyalarının tətbiqindən və süni intellekt əsaslı xəbər istehsalında əməkdaşlığın perspektivlərindən danışıb. O vurğulayıb ki, bu sahədə təcrübənin və innovativ yanaşmaların paylaşılması iki ölkənin media sistemlərinin inkişafına töhfə verə bilər.

Audiovizual Şuranın sədri İsmət Səttarov isə audiovizual və rəqəmsal media platformaları üzrə tənzimləmə, ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi sahəsində Rumıniya təcrübəsinin öyrənilməsinin vacibliyini qeyd edib.

Süni intellektin tətbiqi mövzusunun davamı olaraq tərəflər Aİ texnologiyalarının fotoarxivlərin rəqəmsallaşdırılması, arxivlərin bərpası və avtomatlaşdırılmış təsnifləşdirilməsi sahəsində istifadəsini geniş müzakirə ediblər. Bu istiqamətdə birgə pilot layihələrin hazırlanması və təcrübə mübadiləsi barədə ilkin razılıq əldə olunub.

Ölkəmizin Rumıniyadakı səfiri Qüdsi Osmanovun da iştirak etdiyi görüşdə Azərbaycan nümayəndə heyətinə AGERPRES-in arxivi barədə məlumat verilib. Qonaqlara agentliyin zəngin tarixi foto və video fondları, o cümlədən Rumıniya ilə Azərbaycan arasında ötən əsrdən bu günədək baş tutmuş ikitərəfli səfərlər, dövlət başçılarının görüşləri və mədəni tədbirləri əks etdirən nadir materiallar nümayiş olunub.

Tərəflər bu materiallar əsasında ortaq fotosərgi təşkil etmək barədə razılığa gəliblər. Sərgidə sovet dövründən müasir dövrədək Rumıniya-Azərbaycan münasibətlərinin inkişafını və iki ölkə arasında dostluğun tarixi köklərini əks etdirən fotoların nümayişi nəzərdə tutulur.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:48
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar Agentliyi:”Ombudsmana cavab verəcəyik”

04 Noyabr 2025 12:04see214

Tarixə düşən kişi

04 Noyabr 2025 11:57see210

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see206

Mirədalət Talışxanova hökm oxundu

04 Noyabr 2025 17:57see193

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see189

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see175

Gülnarə Xəlilovanın kolleksiyaları Rumıniya Parlament Sarayında təqdim olunub dizayner nüfuzlu mükafata layiq görülüb FOTO

03 Noyabr 2025 18:46see159

Səmaya nəzarət: JF 17 ilə Su 30 qarşı qarşıya Qafqazın həqiqi sahibi kimdir?

04 Noyabr 2025 12:18see141

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see141

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see139

Finlandiya Prezidenti: Zelenski və Putinin G20 sammitində görüşü mümkündür

04 Noyabr 2025 01:53see137

Yaponiya Kremlə zərbə endirir...

04 Noyabr 2025 21:47see136

Keçmiş qayınanam üçün darıxıram

03 Noyabr 2025 19:48see129

İsraildə terrorçuların edam edilməsi haqqında qanun təsdiqlənib

04 Noyabr 2025 04:28see128

25 ildən sonra insanlar necə görünəcək? Mütəxəssislərdən xəbərdadlıq

03 Noyabr 2025 20:00see127

Yəməndə Əl Qaidə komandiri öldürülüb

05 Noyabr 2025 00:52see125

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see125

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see122

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see121

A Seriyası: Latsio rəqibini evə əliboş göndərdi

04 Noyabr 2025 05:38see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri