Icma.az
close
up
RU
Azərbaycanın və Türkiyənin aparıcı kitabxanaları arasında onlayn konfrans keçirilib

Azərbaycanın və Türkiyənin aparıcı kitabxanaları arasında onlayn konfrans keçirilib

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Aprelin 4-də Azərbaycan Milli Kitabxanasının, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin, Türkiyənin Cumhurbaşkanlığı Millət Kitabxanasının, Bartın, Çankırı Karatekin, Kastamonu və İstanbul 29 Mayıs Universitetlərinin Bilgi və bəlgə yönətimi bölümlərinin birgə təşkilatçılığı ilə “61-ci Kitabxana Həftəsi” tədbirləri çərçivəsində “Azərbaycanın və Türkiyənin aparıcı kitabxanaları: Azərbaycan Milli Kitabxanası və Türkiyə Cumhurbaşkanlığı  Millət Kitabxanası” mövzusunda onlayn konfrans keçirilib.

Konfransda Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı dosent Ələmdar Cabbarlı,  Bartın Universiteti Bilgi ve Belge Yönetimi Bölüm Başkanı Doç. Dr. Ahmet Altay, Bartın, Çankırı Karatekin, Kastamonu və İstanbul 29 Mayıs Universitetlərinin Bilgi və bəlgə yönətimi bölümlərinin, Bakı Dövlət Universitetininm İnformasiya və sənəd menecmenti fakültəsinin professor müəllim heyəti və tələbələri də iştirak edib. 

Çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov iştirakçıları salamlayaraq “61-ci Kitabxana Həftəsi” münasibətilə  hər kəsi təbrik edib. Azərbaycanın ən böyük və zəngin kitabxanası olan Milli Kitabxana haqqında iştirakçılara ətraflı məlumat  verib. Milli Kitabxananın Azərbaycanda kitabxana işinin  təşkilində  mühüm rol oynadığını, Azərbaycanda kitabxana sahəsində dövlət siyasətini həyata keçirən təşkilat kimi faəliyyət göstərdiyini qeyd edib. Milli Kitabxananın Azərbaycan mədəniyyətinin, ədəbiyyatının dünya miqyasında tanıdılmasında xüsusi əhəmiyyət kəsb edən layihələr həyata keçirdiyini, dünyanın 94  ölkəsinin Milli Kitabxanası ilə kitab mübadiləsi apardığını, 54 ölkənin Milli Kitabxanası ilə qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzaladığını, yaxın gələcəkdə isə Türkiyə Cumhurbaşkanlığı Millət Kitabxanası ilə əməkdaşlıq memorandumu imzalanacağını bildirib. Türkiyə və Azərbaycanın bir xalq, iki dövlət olduğunu belə tədbirlərin keçirilməsi hər iki ölkənin  kitabxana işçiləri və tələbələrinə ölkənin ən böyük və aparıcı kitabxanaları ilə tanış olmaq, onların zəngin kitab fondlarından və onlayn xidmətlərindən istifadə imkanı yaradacağına, qarşılıqlı əlaqələrin qurulmasında mühüm rol oynayacağını vurğulayıb.

Türkiyə Cumhurbaşkanlığı Millət Kitabxanasının direktoru cənab Ayhan Tuğlu çıxışı zamanı Cumhurbaşkanlığı Millət Kitabxanasının fəaliyyəti haqqında ətraflı bəhs edərək Kitabxananın 2015-ci ildə Prezident cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə yaradıldığını və Türkiyənin ən böyük kitabxanası olduğunu, öz fondlarına və xidmətlərinə görə dünyanın qabaqcıl kitabxanaları sırasında yer aldığını söyləyib. Azərbaycan Milli Kitabxanası ilə qarşılıqlı əlaqələrin qurulmasından və birgə fəaliyyətdən məmnun olacağını bildirib.

İnteraktiv müzakirələr fonunda davam edən görüşdə iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Aprel 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri