Icma.az
close
up
RU
Azərbaycanın veteran futbolçuları Özbəkistanda yoldaşlıq görüşü keçirib

Azərbaycanın veteran futbolçuları Özbəkistanda yoldaşlıq görüşü keçirib

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Özbəkistan Futbol Federasiyasının dəvəti ilə Azərbaycanın veteran futbolçuları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı özbək veteran futbolçuları ilə yoldaşlıq görüşü keçirmək üçün bu ölkədə səfərdədir.

Əvvəl ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev, Bakıdan gələn veteran futbolçular, səfirliyin və bu qurumun nəzdindəki Heydər Əliyev adına  Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) əməkdaşları 1979-cu il avqustun 1-də Daşkənd-Minsk reysi ilə Belorusa uçan Özbəkistanın “Paxtakor” futbol komandasının Dneprodzerjinsk üzərində qəzaya uğrayaraq həlak olan üzvlərinin xatirəsini yad etmək üçün onların dəfn olunduğu qəbristanlığa gedərək xatirələrini yad ediblər və  məzarlarına çiçək dəstələri düzüblər. 

Sonra Hüseyn Quliyev, səfirliyimizin və AMM-nin əməkdaşları, qonaqlar Daşkənddəki Heydər Əliyev parkına gedərək Ulu Öndərin abidəsi önünə çiçək dəstələri qoyublar. 

Azərbaycan Veteran Futbolşular İttifaqının sədri Oqtay Abdullayev bildirib ki, biz Azərbaycan Gənclər və İdman Nazirliyi, AFFA-nın rəhbərliyinin dəstəyi və ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyevin dəvəti ilə bu səfərə gəlmişik. Biz müntəzəm olaraq həm Daşkənddə, həm də Bakıda bir araya gəlir, yoldaşlıq görüşləri keçiririk. 

 “Paxtakor” komandasının veteranı Toleqen İsakov  isə bildirib ki, biz hələ sabiq SSRİ zamanından Azərbaycan futbolçuları ilə dostluq edirik və bu əlaqələr bu günə qədər davam edir.  Azərbaycan futbolunun məşhur simaları Anatoli Banişevski, Nikolay Smolnikov və digərlərini Azərbaycanda olduğu kimi Özbəkistanda da seviblər. 

Həmin gün axşam saatlarında isə paytaxtın “Bunyadkor” stadionunda Azərbaycan və Özbəkistan veteran futbolşularının mini-fotbol üzrə yoldaşlıq görüşü olub.

Yarışda Hüseyn Quliyev, səfirliyimizin və AMM-nin əməkdaşları, paytaxtdakı diasporumuzun üzvləri, futbol həvəskarları iştirak edib.  

Gərgin keçən görüş 5; 5 hesabı ilə başa çatıb. 

Stadionda hamı bir ağızdan “dostluq qələbə çaldı” şüarları səsləndiriblər. 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 May 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see195

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see162

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see150

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see150

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see132

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri