Icma.az
close
up
RU
Mütəxəssis: İkinci əl relsbuslar tıxacın dərmanı ola bilər

Mütəxəssis: İkinci əl relsbuslar tıxacın dərmanı ola bilər

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Elektrik qatarını gözləməyə dəyməz

“Sıxlıqdan qurtulmaq üçün mikromobillik və piyada marşrutları zəruridir”

Azərbaycanda sürüşkən iş rejiminə keçirilməsi, hətta bir sıra müəssisələr üçün bazar gününün iş günü olması təklif edilib. Belə bir təkliflə Milli Məclisin dünən keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa çıxış edib. Deputat bildirib ki, tıxac probleminin həlli ilə bağlı müxtəlif istiqamətlərdə düşünməliyik: “Bəzi ölkələrdə iş saatları səhər 7-də başlayır və 16:00-da başa çatır. Elə müəssisələr var ki, onların bazar günü iş rejiminə keçməsi mümkün ola bilər. Məsələn, banklar və başqa sektorlar iş günü çalışmaya bilərlər. Bu yaxınlarda yayımlanan bir reportajda dövlət qulluqçularından biri müsahibəsində qeyd etmişdi ki, “mən 8 saat rəsmi işdə işləyirəm, 4 saat isə tıxac üçün işləyirəm”. İnsanların böyük əksəriyyəti işə çatmaq üçün evdən 2 saat əvvəl çıxır, geri qayıdarkən də 2 saat vaxt itirir. Ona görə Bakının tıxac problemi həll olunana qədər vətəndaşların vəziyyətini yüngülləşdirmək üçün müəyyən addımlar ata bilərik. Əgər bir insan sübut edirsə ki, işə gəlmək üçün yolda 2 saat vaxt itirir, heç olmasa, ona işdən 1 saat tez çıxmaq imtiyazı nəzərdə tutulmalıdır. Bu, həm insanların işə daha keyfiyyətli yanaşması, həm də ümumi əmək məhsuldarlığı baxımından olduqca faydalıdır. Düşünürəm ki, hazırda Bakının tıxac probleminin həlli doğrudan da çətindir. Avtobusların hərəkəti və digər nəqliyyat məsələləri tənzimlənməlidir”.

Nəqliyyat və logistika üzrə mütəxəssis Rauf Ağamirzəyev Sherg.az-a açıqlamasında bildirdi ki, ictimai nəqliyyat cəlbedici olmalıdır:

- Hər gün tıxac xəbərlərini görəndə haqlı sual yaranır: biz mövcud nəqliyyat infrastrukturundan maksimum istifadə edirikmi? Abşeronda geniş və şaxələnmiş dəmir yolu şəbəkəsi mövcuddur. Xətlərin bir hissəsi artıq yenilənib, digərləri isə növbəti 5 il üçün planlaşdırılıb. Elektrik qatarını gözləmədən, yenilənmiş sahələr üzrə dizellə işləyən relsbusların (rels avtobusların) istismara buraxılması mümkündür və zəruridir. Bir relsbus 244 sərnişin, iki birləşdirilmiş tərkib isə 488 sərnişin daşıya bilir. Bu, pik saatlarda minlərlə avtomobil səfərinin qarşısını almaq potensialı deməkdir. Xüsusilə Nargilə – Sədərək Ticarət Mərkəzi istiqamətində ciddi sərnişin axını mövcuddur və bu axın hazırda avtomobil yollarını yükləyir. Halbuki dəmir yolu infrastrukturu artıq mövcuddur. Yeni elektrik qatarlarını gözləmədən, ikinci əl relsbusların alınması ilə bu gün tıxacların azalmasına real töhfə vermək, eyni zamanda gələcəkdə həmin tərkibləri regional dəmir yolu daşımalarına cəlb etmək mümkündür. Problem hər zaman yeni yol və böyük layihələrdə deyil — bəzən həll mövcud infrastrukturu vaxtında və ağıllı şəkildə işə salmaqdan keçir.

R.Ağamirzəyev qeyd etdi ki, ictimai nəqliyyat həmçinin cəlbedci olmalıdır:

- Günlük, aylıq illik bilet paketləri, 90 dəqiqəlik pulsuz transferlər, tələbə, təqaüdçülər üçün güzəştlər məsələsi həllini tapmalıdır. Əgər biz növbəti ildən ictimai nəqliyyatda Brutto müqavilə üsuluna keçiriksə, bu məsələlər də paralel icra olunmalıdır. Həmçinin ictimai nəqliyyatın əlçatanlığı prioritet olmalıdır. Dayanacaqlar piyada məsafədə əlçatan olmalıdır. Elə inteqrasiya olunmalıdır ki, rahat minib-düşmək, sərbəst hərəkət təmn edilsin. İnfrastruktur o qədər rahat olmalıdır ki, sərnişin bir növdən digərinə keçid edə bilsin. Dövlət Proqramında da qeyd olunduğu kimi bu məsələlər mərhələli icra olunacaq. Həmçinin şəhərin daxilində daha qısa piyada marşrutlarının formalaşdırılması hədəfi qoyulmalıdır və çox sürətlə icra olunmalıdır ki, istənilən istiqamətə piyada məsafədə rahat mübadilə imkanı olsun, vətəndaş səfərini bir neçə nəqliyyat növü ilə təşkil edə bilsin. Sıxlıqdan qurtulmaq üçün mikromobillik, qismən piyada, qismən avtobus və digər növlərlə də səfərini rahat təşkil edə bilsin.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:287
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Dekabr 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri