Azərbaycanın voleybol hakimi: Böyüklər arasında dünya çempionatına və Olimpiadaya təyinat almaq istəyirəm
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov böyüklər arasında dünya çempionatına, Millətlər Liqasına və Yay Olimpiya Oyunlarına təyinat almaq istəyir.
İdman.biz xəbər verir ki, təcrübəli referi bu barədə "Report"a açıqlamasında deyib.
İyulun 2-də Serbiya və Xorvatiyada start götürəcək 19 yaşadək qızların dünya çempionatının matçlarını idarə edəcək ədalət təmsilçisi bu təyinatın onun üçün gözlənilməz olmadığını bildirib: "Daha əvvəl böyüklər arasında Avropa çempionatlarının final mərhələsində 6 dəfə hakim kimi iştirak etmişəm. 2023-cü ildə həm qadınlar, həm də kişilər arasında qitə turnirində yer almışam. 19 yaşadək qızların dünya çempionatının oyunlarına təyinat alacağımı gözləyirdim. Hər gün matçlar idarə edəcəyik. Daha mötəbər yarışlarda da iş başında olmaq istəyirəm. Buna dünya çempionatı, Yay Olimpiya Oyunları və Millətlər Liqası daxildir. Çünki daha əvvəl Avropa çempionatlarına qatılmışam".
Qeyd edək ki, 24 ölkə yığmasının mübarizə aparacağı U-19 Avropa çempionatında qalib iyulun 13-də bəlli olacaq.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 01 İyul 2025 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















