Icma.az
close
up
RU
Azərbaycanın Vyetnamla yarım əsrlik dostluğu strateji tərəfdaşlığa yüksəldi

Azərbaycanın Vyetnamla yarım əsrlik dostluğu strateji tərəfdaşlığa yüksəldi

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın həyata keçirdiyi çoxşaxəli xarici siyasət ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artırmaqla yanaşı, əməkdaşlıq coğrafiyasını da əhəmiyyətli dərəcədə genişləndirir. Avropanın enerji xəritəsini dəyişən və Cənub Qaz Dəhlizi vasitəsilə etibarlı tərəfdaş statusunu təsdiqləyən Azərbaycan artıq Asiya ölkələri ilə də siyasi və iqtisadi münasibətlərin inkişafına xüsusi önəm verir. Bu baxımdan, Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri strateji xarakter daşıyır və iki ölkə arasında tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir.

Azərbaycan və Vyetnam arasında münasibətlər tarixi dostluq və qarşılıqlı hörmətə əsaslanır. 1959-cu ildə Vyetnam Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycana səfəri və 1983-cü ildə Ümummilli lider Heydər Əliyevin Vyetnama səfəri bu münasibətlərin təməlində duran əsas hadisələrdəndir. Prezident İlham Əliyevin “Vietnam News Agency” Agentliyinə müsahibəsində vurğuladığı kimi, ölkələrimiz arasında dostluq münasibətlərinin qurulmasında dahi şəxsiyyət Heydər Əliyevin müstəsna rolu olmuşdur.

Azərbaycanın müstəqillik əldə etməsindən sonra Vyetnamla münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. 2014-cü ildə Prezident İlham Əliyevin Hanoya dövlət səfəri, 2015-ci ildə isə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Bakıya səfəri münasibətlərdə dönüş nöqtəsi olub. Bu səfərlər nəticəsində siyasi dialoqla yanaşı, iqtisadi və enerji sahələrində də yeni əməkdaşlıq imkanları formalaşıb.

Azərbaycan və Vyetnam arasında ticarət dövriyyəsi dinamik inkişaf edir. 2024-cü ilin göstəricilərinə əsasən, iki ölkə arasında əmtəə dövriyyəsi 223,93 milyon ABŞ dolları təşkil edib. Bu, əvvəlki illərlə müqayisədə ciddi artım deməkdir. Əsas ticarət sahələrinə neft-kimya məhsulları, kənd təsərrüfatı malları və sənaye avadanlıqları daxildir. Eyni zamanda, hər iki ölkə qarşılıqlı investisiyalar üçün hüquqi baza və biznes mühiti yaratmaq istiqamətində addımlar atır. Bu sahədə Azərbaycan – Vyetnam Hökumətlərarası Komissiyasının fəaliyyəti xüsusilə önəmli rol oynayır.

Komissiya çərçivəsində keçirilən görüşlərdə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, ticarətin şaxələndirilməsi və nəqliyyat-logistika imkanlarının inkişafı kimi vacib məsələlər gündəmdədir. Hər iki ölkə beynəlxalq ticarət dəhlizlərində iştirakı gücləndirməkdə maraqlıdır.

Enerji sahəsində zəngin təcrübəyə malik olan Azərbaycan son illərdə “yaşıl” enerji mənbələrinin inkişafına strateji yanaşma nümayiş etdirir. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmiz 2030-cu ilə qədər bərpa olunan enerji istehsalının ümumi enerji balansında əhəmiyyətli yer tutmasına nail olmağı qarşıya məqsəd qoyub. Bu kontekstdə Vyetnamla əməkdaşlıq geniş imkanlar vəd edir.

Vyetnam da, öz növbəsində, Cənub-Şərqi Asiyada alternativ enerji potensialına malik ölkə kimi tanınır. Hər iki ölkə günəş, külək və biokütlə enerjisi sahəsində təcrübə mübadiləsi aparmağa, texnoloji biliklərini bölüşməyə və birgə investisiya layihələrini həyata keçirməyə maraqlıdır. Gələcəkdə Azərbaycanın Qaradağ və Neftçala bölgələrində, Vyetnamın isə Mekonq deltasında həyata keçiriləcək pilot layihələr tərəfdaşlığın praktiki mərhələsinə keçəcəyini göstərir.

Baş katib To Lamın Azərbaycana səfəri zamanı imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat münasibətlərin gələcək inkişafı üçün mühüm yol xəritəsidir. Bu sənəddə siyasi dialoqdan müdafiə və təhlükəsizlik məsələlərinədək, iqtisadi əməkdaşlıqdan tutmuş informasiya təhlükəsizliyi, kibercinayətkarlıqla mübarizə, mədəniyyət, turizm və təhsilə qədər çoxşaxəli istiqamətlər əhatə olunub. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu sənədin “çox ciddi siyasi bəyanat” olduğu qeyd edilərək, onun əlaqələrin daha yüksək səviyyəyə çatmasına zəmin yaradacağı vurğulanıb.

Azərbaycan – Vyetnam münasibətləri yarım əsrdən artıq tarixi dostluğa söykənsə də, bu gün həmin əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bərpa olunan enerji və ticarət sahəsində geniş əməkdaşlıq imkanları, siyasi dialoq və beynəlxalq platformalarda səmərəli əməkdaşlıq bu tərəfdaşlığın gələcək inkişafının əsas təminatçısına çevrilib. To Lamın Azərbaycana səfəri və imzalanan Birgə Bəyanat isə bu inkişaf yolunda yeni səhifənin açılması ilə nəticələnib.

Prezident İlham Əliyev mətbuata bəyanatında bildirib ki, Baş katib To Lamın Azərbaycana səfəri Vyetnam – Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısı daha sonra səfərin nəticələrinin uğurlu olacağını və əldə edilmiş razılaşmaların konkret layihələrə çevriləcəyini və Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri vasitəsilə qarşılıqlı ticarətin stimullaşdırılacağını əminliklə vurğulayır: “Bu gün imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusilə qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir. Bu, əslində, Vyetnam – Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Əminəm ki, artıq bu yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaq”.

Lətif ZEYNALLI,
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi

Vyetnam Kommunist Partiyası Baş katibi To Lamın Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin dərinləşməsi, hökumətlərarası və siyasi dialoqun inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu səfər Azərbaycan – Vyetnam əməkdaşlığında yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Azərbaycan və Vyetnam arasında yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə uğurla inkişaf edir. Xüsusilə 2014-cü və 2015-ci illərdə reallaşan qarşılıqlı yüksək səviyyəli dövlət səfərləri əməkdaşlığın yeni mərhələyə keçidinə təkan verib, iqtisadi-ticari münasibətlərin genişlənməsi məqsədilə Hökumətlərarası Komissiya yaradılıb.

Azərbaycan və Vyetnam neft, energetika, tikinti, informasiya-kommunikasiya, nəqliyyat, turizm, təhsil və mədəniyyət kimi sahələrdə əməkdaşlıq edir. Respublikamız bu ölkə ilə iqtisadi və ticarət sahəsində əməkdaşlığın dərinləşdirilməsinə strateji baxımdan xüsusi əhəmiyyət verir.

Qarşılıqlı iqtisadi münasibətlərin davamlı inkişafı hər iki ölkənin milli maraqlarına cavab verməklə yanaşı, regional iqtisadi inteqrasiyanın möhkəmlənməsinə xidmət edir. Rəsmi statistikaya əsasən, 2024-cü ildə Azərbaycan ilə Vyetnam arasında xarici ticarət dövriyyəsi 223,93 milyon ABŞ dolları təşkil edib ki, bu da ikitərəfli iqtisadi münasibətlərin genişlənməsi və qarşılıqlı ticarət potensialının reallaşdırılması baxımından mühüm göstəricidir.

2025-ci ilin mart ayına olan məlumatlara əsasən isə Vyetnam ilə xarici ticarət dövriyyəsi 35,5 milyon ABŞ dolları olub, bu rəqəm ümumi xarici ticarət dövriyyəsinin 0,3 faizini təşkil edib. Bu göstəricilər ticarət münasibətlərində müəyyən stabilliyi və artım tendensiyasını nümayiş etdirir. Bununla yanaşı, son beş il ərzində Azərbaycan ilə Vyetnam arasında xarici ticarət dövriyyəsinin 20,5 faiz artması əməkdaşlığın davamlı xarakter daşıdığını və iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün əlverişli zəmin formalaşdırdığını göstərir.

Bu artım həmçinin ticarət strukturunda şaxələndirmənin və qarşılıqlı investisiya imkanlarının genişləndirilməsinin mümkünlüyünü önə çıxarır. Belə dinamika iki ölkə arasında yeni iqtisadi təşəbbüslərin və layihələrin reallaşdırılması baxımından da əlverişli perspektivlər vəd edir.

Qarşılıqlı turizm proqramlarının təşviqi, müştərək mədəniyyət layihələrinin intensivləşdirilməsi, eyni zamanda səhiyyə və ekologiya sahələrində birgə humanitar təşəbbüslərin həyata keçirilməsi Azərbaycan-Vyetnam əlaqələrinin çoxşaxəli inkişafında mühüm rol oynaya bilər.

Vaqif BAYRAMOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 May 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri