Icma.az
close
up
RU
Azərbaycanın xarici siyasətində Qarabağ məsələsi prioritet təşkil edirdi MÜNASİBƏT BİLDİRİLDİ

Azərbaycanın xarici siyasətində Qarabağ məsələsi prioritet təşkil edirdi MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin baş tutan ard-arda olan xarici səfərləri Azərbaycanın xarici siyasətini, İkinci Qarabağ müharibəsi və anti-terror əməliyyatlarından sonrakı həyata keçirdiyi xarici siyasət kursunun təzahürü kimi dəyərləndirilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, burada bir neçə nüans var: “İstər İkinci Qarabağ müharibəsinə qədər, istərsə də antiterror əməliyyatlarına qədərki dövr ərzində Azərbaycanın xarici siyasətində Qarabağ məsələsi prioritet təşkil edirdi. Yəni Azərbaycanın atdığı bütün siyasi, iqtisadi, hərbi addımların arxasında bu və ya digər formada Qarabağ məsələsinin həllinə yönəlmiş səylər dayanırdı. Amma İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatlarından sonrakı mərhələdə Azərbaycanın tutduğu mövqeyin ən əsas məsələlərdən biri də məhz xarici siyasətdə vacib oyunçulardan birinə çevrilmək istəyi gəlir. Yəni Azərbaycan sıradan passiv bir ölkə kimi qalmadı. Bu dəfə artıq yeni bir mərhələ başladı. Düzdür, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla İran arasında müəyyən gərginliklər oldu. Amma İranda Məsud Pezeşkiyanın prezident seçilməsindən sonra dəyişikliklər müsbətə doğru çevrildi”.

Politoloq fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Azərbaycan bu gün Çində Şanxay Əməkdaşlıq Təşkilatının sammitində aktiv iştirak edir: “Baxmayaraq ki, Azərbaycan dialoq tərəfdaşıdır. Amma Azərbaycanın müşahidəçi və tamhüquqlu üzv olması ilə bağlı Çinin verdiyi mesajlar, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında, COP-29-da iştirakı, Çinlə strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi, həmçinin ABŞ və Türkiyə ilə olan sıx əlaqələr ölkənin xarici siyasətini çoxşaxəli və balanslı şəkildə formalaşdırır. Bu, Azərbaycanın öz milli maraqlarına uyğun olaraq, müxtəlif regional və qlobal qüvvələr arasında balans yaratmaq bacarığını göstərir. Belə bir çoxvektorlu siyasət, xüsusən də dünyanın geosiyasi və iqtisadi dinamizmi nəzərə alındıqda, Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirir. Bundan əlavə, Qoşulmama Hərəkatı və onun yaratdığı dividentlər və s. bunların hər birisi Azərbaycan üçün və onun xarici siyasəti üçün çox önəmlidir.

Düşünürəm ki, indiki məqamda Azərbaycanın xarici siyasəti o formada qurulur ki, burada ölkəmiz aktiv siyasi proseslərin əsas iştirakçılardan biri kimi özünü nümayiş etdirir. Bu baxımdan cənab Prezident İlham Əliyevin düşünülmüş, çoxvektorlu, milli maraqlara söykənən addımları Azərbaycanı yaxın gələcəkdə regionun əsas faktorlarından birinə çevirəcək”.

Müəllif: Arzu Qurbanlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 Sentyabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see171

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see161

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see154

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri