Icma.az
close
up
RU
Azərbaycanın xarici siyasətində qardaşlıq və strateji əməkdaşlıq modeli TƏHLİL

Azərbaycanın xarici siyasətində qardaşlıq və strateji əməkdaşlıq modeli TƏHLİL

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 27 may, AZƏRTAC

Müstəqil Azərbaycanın xarici siyasəti milli maraqlara, beynəlxalq hüququn prinsiplərinə və regional sabitliyin qorunmasına əsaslanır. Rəsmi Bakı beynəlxalq arenada balanslı və çoxşaxəli siyasət yürütməklə, qonşu ölkələrlə dostluq münasibətlərini inkişaf etdirməyə, qlobal təşəbbüslərdə fəal iştirak etməyə və strateji tərəfdaşlıqları gücləndirməyə önəm verir.

Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli formatda bir sıra dövlətlərlə, o cümlədən Türkiyə və Pakistan kimi qardaş ölkələrlə yüksək səviyyəli əməkdaşlıq münasibətləri qurub. Bu əməkdaşlıq münasibətləri, yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmayaraq, humanitar, mədəni və hərbi sahələri də əhatə edir. Bu gün Azərbaycan, Türkiyə və Pakistan bir-birinə yaxın dost və qardaş ölkələr kimi beynəlxalq münasibətlər tarixində xüsusi yer tuturlar. Bu əlaqələrin əsasını xalqlarımızın ortaq tarixi, dini-mənəvi dəyərləri və bir-birinə olan sarsılmaz bağlılığı təşkil edir. Tarixi köklərə dayanan bu münasibətlər zamanın sınaqlarından keçərək daim güclənib və müasir dövrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

AZƏRTAC ölkəmizin xarici siyasətində qardaş Türkiyə və Pakistanla olan münasibətlərin inkişaf tarixinə nəzər salır.

2020-ci ildən etibarən yeni mərhələyə qədəm qoyan bu üçtərəfli əməkdaşlıq, siyasi və hərbi koordinasiya ilə yanaşı, humanitar, təhsil və iqtisadi sahələrdə ortaq təşəbbüslərlə zənginləşib.

Azərbaycan–Türkiyə münasibətləri: Qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol

Azərbaycan–Türkiyə münasibətləri tarixi, mədəni və etnik bağlar üzərində qurulmuş, zaman keçdikcə dərinləşərək müttəfiqlik səviyyəsinə yüksəlmiş strateji tərəfdaşlıq nümunəsidir. “Bir millət, iki dövlət” fəlsəfəsi bu münasibətlərin ideoloji və emosional təməlini təşkil edir. İki ölkə arasında əməkdaşlıq enerji, nəqliyyat, hərbi, müdafiə sənayesi, mədəniyyət, təhsil və diplomatiya sahələrini əhatə edir və regional təhlükəsizlik sisteminin formalaşmasında mühüm rol oynayır.

2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında münasibətləri rəsmi müttəfiqlik səviyyəsinə çatdırdı. Bu sənəd yalnız iki dövlətin hərbi sahədə qarşılıqlı öhdəliklərini deyil, həm də siyasi, iqtisadi və mədəni sahələrdə birgə fəaliyyət mexanizmlərini müəyyənləşdirdi. Türkiyə 2020-ci il Vətən müharibəsi dövründə Azərbaycanın ərazi bütövlüyünə və haqlı mübarizəsinə göstərdiyi birmənalı və ardıcıl dəstəklə qardaşlığını praktik olaraq nümayiş etdirdi. Eyni zamanda, Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlığa dair imzalanmış saziş əsasında təşkil olunan “Qardaş Yumruğu” birgə təlimləri bir daha bütün dünyaya nümayiş etdirir ki, ölkələrimizin birliyi sarsılmaz və əbədi xarakter daşıyır.

Azərbaycan Cənubi Qafqazın ən böyük enerji təchizatçısı olaraq, Türkiyə vasitəsilə Avropaya enerji tədarükünü uğurla davam etdirir. Bu əməkdaşlığın əsasını Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi strateji layihələr təşkil edir. 2020-ci ildən tam fəaliyyətə başlayan TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) layihəsi isə Azərbaycan qazını Türkiyə üzərindən Avropaya çatdırmaq üçün yeni imkanlar yaradıb. TANAP Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və Azərbaycanın enerji ehtiyatlarının dünya bazarına çıxarılmasında mühüm rol oynayır.

Genişlənən enerji əməkdaşlığı çərçivəsində Azərbaycan və Türkiyə arasında daha bir mühüm layihə isə İğdır-Naxçıvan qaz kəməridir. Bu layihə uzun illər blokada şəraitində yaşamış Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyini təmin etməklə yanaşı, regionun iqtisadi və sosial inkişafına da töhfə verir. Uzaqgörən siyasi yanaşmanın nəticəsi olan bu kəmər, Naxçıvanın təbii qaz təminatında etibarlı alternativ yaradır və bir mənbədən asılılığın aradan qaldırılmasına şərait yaradır.

İki ölkə arasında ticarət dövriyyəsi də ildən-ilə artır, qarşılıqlı sərmayə qoyuluşu genişlənir, birgə sənaye zonaları yaradılır.

Mədəni-humanitar sahədə birgə layihələr, qarşılıqlı incəsənət və təhsil proqramları, media platformalarında əməkdaşlıq xalqlar arasında qardaşlıq münasibətlərinin daha da güclənməsinə şərait yaradır. Türk Dövlətləri Təşkilatının platformasında aparılan birgə təşəbbüslər isə ikitərəfli münasibətlərin çoxtərəfli formata keçməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

2023-cü il Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra Azərbaycanın göstərdiyi dəstək – axtarış-xilasetmə dəstələrinin, tibbi yardımın göndərilməsi və humanitar dəstək kampaniyaları bu iki ölkə arasında münasibətlərin səmimi, qarşılıqlı və qardaşlıq əsaslı olduğunu bir daha sübut etdi. Azərbaycan və Türkiyə bu gün yalnız strateji tərəfdaşlar deyil, həm də regional və qlobal miqyasda ortaq maraqları müdafiə edən, bir-birinə arxa duran müttəfiq dövlətlərdir.

Azərbaycan–Pakistan əlaqələri: Qardaşlıq, strategiya və perspektivlər

Azərbaycan və Pakistan arasındakı münasibətlər yalnız diplomatik əlaqələrdən ibarət deyil. Bu iki ölkə arasında çoxəsrlik qardaşlıq və dərin mənəvi bağlılıq mövcuddur ki, bu da onların beynəlxalq səviyyədə bir-birinə dəstəyini daha da gücləndirir. Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olmaqla yanaşı, həm də keçmiş Qarabağ münaqişəsində Azərbaycanın haqq səsini dünyaya çatdıran önəmli tərəfdaşdır.

2020-ci il Vətən müharibəsində Pakistanın Azərbaycanın yanında olması, siyasi dəstək verməsi qardaşlıq əlaqələrinin ən parlaq nümunəsidir. Bu hadisə həm də iki ölkənin strateji tərəfdaşlıq baxımından nə qədər möhkəm bağlandığını nümayiş etdirdi.

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanla əlaqələrimizi belə xarakterizə edib: “Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Biz Pakistana minnətdarıq ki, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib. ... Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Əlbəttə ki, qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır”.

Prezident İlham Əliyevin bu fikirləri Azərbaycan–Pakistan münasibətlərinin dərin köklərə və qarşılıqlı etimada söykəndiyini aydın şəkildə göstərir. Həm Vətən müharibəsi dövründə, həm də beynəlxalq arenada nümayiş etdirilən dəstək iki qardaş xalq arasında sarsılmaz həmrəyliyin və strateji tərəfdaşlığın bariz nümunəsidir.

Azərbaycan ilə Pakistan arasında iqtisadi əməkdaşlıq son illərdə daha da genişlənməkdədir. Tərəflər arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı məqsədilə birgə komissiyalar və işçi qrupları yaradılıb, qarşılıqlı səfərlər və biznes-forumlar keçirilib. Kənd təsərrüfatı, enerji, əczaçılıq, ticarət, tikinti və nəqliyyat kimi sahələr əməkdaşlığın əsas istiqamətlərini təşkil edir. Hər iki ölkə qarşılıqlı sərmayə qoyuluşunda maraqlıdır və iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün potensial böyükdür. Azərbaycan bu münasibətlərin inkişafına xüsusi önəm verir və konkret güzəştlər tətbiq etməklə əməkdaşlığı təşviq edir. Nəqliyyat sahəsində birbaşa hava əlaqələri və artan yükdaşıma həcmi də əməkdaşlığın əhəmiyyətli göstəricilərindəndir.

Hərbi sahədə də əməkdaşlıq sürətlə genişlənir. Bu əməkdaşlıq regionda sabitlik və təhlükəsizlik üçün mühüm amil sayılır.

Mədəni əməkdaşlıq isə xüsusilə vurğulanmalıdır. Azərbaycan və Pakistanın zəngin ədəbiyyatı, musiqisi və incəsənəti bir-birinə yaxın olan xalqların birliyi üçün möhkəm təməl yaradır. Heydər Əliyev Fondu və Pakistanın sosial təşkilatları birgə layihələr həyata keçirərək xalqlar arasında dostluq bağlarını möhkəmləndirirlər.

Ümumiyyətlə, Azərbaycan–Pakistan əlaqələri yalnız siyasi və iqtisadi tərəfdaşlıq deyil, həm də iki qardaş xalqın səmimi dostluğunun ifadəsidir. Bu münasibətlər gələcəkdə yeni yüksəlişlərə doğru gedərək, regionda sülhün və əməkdaşlığın möhkəmlənməsində böyük rol oynayacaq.

Yeni regional arxitektura: “Üç Qardaş” formatının geosiyasi əhəmiyyəti

Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli əməkdaşlıq son illərdə yeni keyfiyyət mərhələsinə qədəm qoyaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu əlaqələr yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də üçtərəfli formatda çoxşaxəli əməkdaşlıq modelinə çevrilib. Üç dövlət arasında dərin tarixi, dini və mənəvi köklərə əsaslanan münasibətlər son dövrlərdə intensiv siyasi dialoq, iqtisadi təşəbbüslər və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətlə daha da möhkəmlənib.

Azərbaycan, Türkiyə və Pakistan liderləri arasında yüksək səviyyəli görüşlərin təşkil olunması, bu əməkdaşlığın strateji xarakterini təsdiqləyir. 2024-cü il iyulun 3-də Astanada keçirilən üçtərəfli görüş bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev, Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Məhəmməd Şahbaz Şərifin iştirakı ilə baş tutan bu görüş üç qardaş ölkənin qarşılıqlı siyasi dəstəyini nümayiş etdirməklə yanaşı, əməkdaşlığın institusional səviyyəyə keçidinin də rəmzinə çevrilib. Həmin görüşdə tərəflər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəklərini davam etdirmək əzmində olduqlarını vurğulayıb, regional və qlobal məsələlərdə birgə mövqe nümayişinin vacibliyini qeyd ediblər.

Üç ölkənin müdafiə sahəsində əməkdaşlığı isə daha da güclənməkdədir. “Üç Qardaş – 2021” beynəlxalq hərbi təlimi bu əməkdaşlığın konkret təzahürü olub. Təlimdə Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin iştirak etməsi tərəflər arasında yüksək etimadın və qarşılıqlı hərbi hazırlığın göstəricisidir.

Ümumilikdə Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli əməkdaşlıq yeni geosiyasi reallıqlar fonunda güc mərkəzinə çevrilmək potensialına malikdir. Bu əməkdaşlıq modeli təkcə regionda sabitliyə deyil, həm də beynəlxalq səviyyədə qarşılıqlı faydalı və tarazlı münasibətlərin formalaşmasına töhfə verir.

Qardaşlıq, ortaq tarix və ümumi maraqlara əsaslanan bu format gələcək illərdə siyasi, iqtisadi və təhlükəsizlik istiqamətlərində daha da dərinləşərək beynəlxalq aləmdə nüfuzlu üçtərəfli bloklardan birinə çevrilə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see779

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see325

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see261

Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq Dövlət Vergi Xidməti

28 Noyabr 2025 11:32see202

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see199

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see193

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see192

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see183

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see176

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see149

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see148

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see144

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see133

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see130

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see129

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

Oğlunun toyunda geyindiyi açıq saçıq paltardan DANIŞDI

27 Noyabr 2025 17:17see127

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see127

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see126

“Beşiktaş”da kritik dönəm: Rafa Silva qərarını bildirdi

26 Noyabr 2025 19:42see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri