Icma.az
close
up
RU
Azərbaycanın xarici ticarət dövriyyəsinin hesabatları arasında uyğunsuzluq Müsbət saldo mənfiyə enib

Azərbaycanın xarici ticarət dövriyyəsinin hesabatları arasında uyğunsuzluq Müsbət saldo mənfiyə enib

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın xarici ticarət göstəricilərinə dair 2025-ci ilin yanvar-fevral ayları üzrə təqdim olunan rəsmi məlumatlarda uyğunsuzluq müşahidə olunub. Dövlət Gömrük Komitəsi (DGK) və Dövlət Statistika Komitəsinin (DSK) eyni dövr üçün açıqladıqları ticarət dövriyyəsi və ixrac göstəriciləri arasında ciddi fərqlər var.

DGK-nın hesabatı: Müsbət saldo

DGK-nın hesabatına əsasən, 2025-ci ilin ilk iki ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 8 milyard 904 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə ixracın həcmi 4 milyard 766 milyon dollar, idxalın həcmi isə 4 milyard 138 milyon dollar olub. Nəticədə, 628,5 milyon ABŞ dolları həcmində müsbət xarici ticarət saldosu yaranıb.

DSK-nın hesabatı: Mənfi saldo

Dövlət Statistika Komitəsinin eyni dövrə dair açıqladığı rəqəmlər isə fərqlidir. DSK-nın məlumatına görə, 2025-ci ilin yanvar-fevral aylarında xarici ticarət dövriyyəsi 8 milyard 211,2 milyon ABŞ dolları olub. Bu dövr ərzində ixrac 4 milyard 73,2 milyon dollar, idxal isə 4 milyard 138 milyon dollar təşkil edib. Bu göstəricilərə əsasən, 64,8 milyon ABŞ dolları həcmində mənfi ticarət saldosu qeydə alınıb.

Uyğunsuzluğun səbəbi ilə bağlı DGK-nın və DSK-nın rəsmi mövqeləri

Məsələ ilə bağlı “APA-Economics”ın sorğusuna cavab olaraq DGK-dan bildirilib ki, hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan xam neft, təbii qaz və elektrik enerjisinə dair məlumatlar nəzərə alınıb.

Qarşı tərəf, DSK-dan isə “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib ki, hesabat müvafiq dövrdə gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyərinə dair məlumatlar nəzərə alınmaqla hazırlanıb.

Tədiyyə balansına təsir

Xarici ticarət saldosu, ölkənin tədiyə balansının cari əməliyyatlar hesabının əsas komponentlərindən biri hesab olunur. Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü il üzrə tədiyə balansı hesabatında 8,8 milyard ABŞ dolları həcmində müsbət xarici ticarət saldosu göstərib. Müqayisə üçün qeyd edək ki, 2024-cü il üçün DGK bu göstəricini 5,5 milyard, DSK isə 5 milyard 280 milyon dollar səviyyəsində göstərmişdi.

AMB-dən "APA-Economics"in sorğusuna cavab olaraq bildirilib ki, Beynəlxalq Valyuta Fondunun (BVF) üzv ölkələrinin mərkəzi bankları kimi Azərbaycan Mərkəzi Bankı da tədiyə balansının xarici ticarət maddəsi üzrə statistik tərtibatı BVF-nin BMP6 metodoloji nəşrinə uyğun aparır.

“Müvafiq statistik maddənin tərtibatı zamanı Dövlət Statistika Komitəsi və Dövlət Gömrük Komitəsinin məlumatlarından istifadə olunur” - deyə, məlumatda qeyd edilir.

Büdcə sənədlərində DSK məlumatlarına üstünlük verilir

Qeyd edək ki, Maliyyə Nazirliyinin təqdim etdiyi “2026-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi” sənədində ötən il üçün xarici ticarət saldosu DSK-nın məlumatlarına əsasən, 5,28 milyard ABŞ dolları olaraq göstərilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://apa.az
archiveBu xəbər 01 May 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see658

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see273

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see253

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see248

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see219

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see185

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see178

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see177

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see151

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri