Icma.az
close
up
RU
Azərbaycanın xərçəngdən sonən ULDUZLARI... ADLAR + FOTO

Azərbaycanın xərçəngdən sonən ULDUZLARI... ADLAR + FOTO

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, aktrisa Çimnaz Sultanova bağırsaq xərçəngindən dünyasını dəyişib. Mərhum bu gün dəfn ediləcək. Ümumiyyətlə, istər dünya, istərsə də yerli sənət adamlarının həyatına, yaradıcılığına son qoyan xəstəliklərdən biri məhz xərçəngdir. Çimnaz Sultanova kimi bu xəstəliyin qurbanı olan bir sıra tanınmış simalar var.

Sfera.az bu xəstəliklə mübarizə aparan, lakin dünyasını dəyişən məşhurların siyahısını təqdim edir:

Əməkdar artist Aygün Hümmətova (Bəylər) – O, Ankara şəhərində vəfat edib. Sənətçi uzun müddət, onkoloji xəstəlikdən müalicə olunub. Aygün Bəylər süd vəzi xərçəngindən dünyasını dəyişib.


Rəmiş (Rafiq Hüseynov) - Məşhur gitara ifaçısı, Xalq artisti Rəmiş uzun müddət xərçəng xəstəliyi ilə mübarizə aparıb.  O, 2021-ci ilin aprelin 5-də vəfat edib.


Xərçəngin qurbanı olan məşhurlar sırasında “Toppuş bacı” kimi tanıdığımız aktrisa Tünzalə Əliyevanın adı da yer alır. O, 22 yanvar 2023-cü il tarixində uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.


Vəfat edən digər məşhurlardan biri tanınmış aparıcı Natəvan Babayeva olub. Aparıcı da uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib. Uzun illər ANS-də çalışmış jurnalist 20 iyul 2023-cü ildə vəfat edib.


Xalq artisti Ramiz Novruz uzun müddət mədə xərçəngi xəstəliyindən əziyyət çəkib. O, 20 fevral 2023-cü il tarixində 67 yaşında vəfat edib. 


Azərbaycanın Xalq Artisti, tanınmış aktrisa Hökumə Qurbanova da xərçəng xəstəliyinə görə həyatını itirmiş sənətçilərdən biridir. O, 1988-ci ildə dünyasını dəyişib.


Tanınmış muğam ustadı Ağaxan Abdullayev də xərçəng xəstəliyindən əziyyət çəkib. O, 2018-ci ildə vəfat edib.


Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Ələsgər Məmmədoğlu qaraciyər xərçəngindən əziyyət çəkib. Aktyor öldüyü günə qədər xərçəng xəstəsi olduğunu bilməyib. Bir müddət müalicə alan sənətkar 2015-ci il dekabrın 21-də 69 yaşında vəfat edib.


Xalq şairi Vaqif Səmədoğlu da bu xəstəliyə tutulanlar sırasında yer alır. Şair mədə xərçəngindən əziyyət çəkirdi. O, 2015-ci il yanvarın 28-i Bakıda dünyasını dəyişib. 29 yanvarda Birinci Fəxri xiyabanda dəfn olunub.


Xərçəng xəstəliyindən əziyyət çəkən daha bir məşhur sima Xalq artisti Rafiq Hüseynov olub. O, oktyabrın 26-da müalicə aldığı Almaniyada dünyasını dəyişib.


Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti Fuad Poladov 4 may 2018-ci ildə 69 yaşında dünyasını dəyişib. O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirdi. Məzarı "Qurd qapısı" qəbiristanlığındadır.


Səməd Vurğun ailəsinin digər üzvü, Vaqif Səmədoğlunun böyük qardaşı Yusif Səmədoğlu da xərçəng xəstəliyindən əziyyət çəkib. O, 1998-ci il avqustun 17-də 62 yaşında vəfat edib.


Azərbaycanın Əməkdar artisti Xanım Qafarova süd vəzi xərçəngindən əziyyət çəkib. O, 11 iyul 2014-cü ildə Bakıda dünyasını dəyişib. Elə həmin gün Kürdəxanı qəbiristanlığında dəfn olunub.

Günay
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:292
embedMənbə:https://sfera.az
archiveBu xəbər 16 Yanvar 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see352

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see337

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see322

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see317

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see292

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see279

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see276

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see258

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see240

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see230

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see222

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see219

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see217

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see217

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see215

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see215

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see208

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see203

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri