Icma.az
close
up
RU
Sağlamlıqları üçün spirtli içkini tərgidən Hollivud ULDUZLARI

Sağlamlıqları üçün spirtli içkini tərgidən Hollivud ULDUZLARI

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Lüks, ziyafət və qırmızı xalı dünyasında bir qədəh şampana "yox" demək asan deyil. Lakin bəzi Hollivud ulduzları spirtli içkilərdən imtina edərək göstərirlər ki, əyləncə aləmində sağlam həyat tərzini seçmək mümkündür.

Lent.az xarici mediaya istinadla hansı ulduzların bu vacib addımı atdığını açıqlayır.

Naomi Kempbell

55 yaşlı britaniyalı supermodel və aktrisa Naomi Kempbell keçmişdə spirtli içkilər və narkotiklərlə bağlı problemlər yaşamışdı. 1998–2005-ci illər arasında o, bu maddələrdən kədər və stresslə mübarizə aparmaq üçün istifadə etdiyini etiraf etmişdi.

1999-cu ildə Kempbell kömək üçün müraciət edərək reabilitasiya kursu keçmişdi. 2010-cu ildə o, artıq spirtli içki qəbul etmədiyini və onsuz özünü daha yaxşı hiss etdiyini bildirmişdi.

2024-cü ildə o, ayıqlığın onun həyatının vacib hissəsi olduğunu bir daha təsdiqlədi və deyib: "Mən həyatımdakı spirtli içki üçün darıxmıram".

Zak Efron

37 yaşlı amerikalı aktyor və müğənni Zak Efron hazırda spirtli içkilərdən istifadə etmir. 2013-cü ildə o, spirtli içki və kokainlə bağlı problemlərinə görə reabilitasiya mərkəzinə müraciət etmişdi. Müalicədən sonra Efron ayıqlığını qorumaq və həyat tərzini dəyişmək üçün fəal çalışıb.

O bildirib ki, fiziki aktivlik ona ayıq qalmağa kömək edib. Həmçinin qorxularını aşmağın şəxsi inkişaf üçün önəmli olduğunu vurğulayıb.

Hazırda o, sağlamlığını və karyerasını qoruyaraq ayıq həyat tərzini davam etdirir.

Dru Berrimor

50 yaşlı amerikalı aktrisa və prodüser Dru Berrimor şəxsi həyatı ilə bağlı problemləri açıq şəkildə paylaşması ilə tanınır. O, çox gənc yaşda spirtli içkilər qəbul etməyə başlayıb və narkotiklər, reabilitasiya ilə üzləşib.

2019-cu ildə o, spirtli içkilərdən tamamilə imtina etdi ki, bu da onun həyatında vacib addım olub. 2021-ci ildə o, bu qərarını ictimaiyyətə açıqlayıb və spirtli içkini "zəhərli davranış" və "zəhər" adlandırıb.

2024-cü ildə o, artıq beş ildən çoxdur ki, spirtli içki qəbul etmədiyini bir daha təsdiqləyib.

Bleik Layvli

37 yaşlı amerikalı aktrisa və model Bleik Layvli spirtli içkilər qəbul etmir və heç vaxt qəbul etməyib. 2012-ci ildə verdiyi müsahibədə o, spirtli içki içmədiyini və heç vaxt narkotik qəbul etmədiyini bildirib.

2020-ci ildə o, spirtli içki qəbul etməməsinin səbəbini onun təsirlərini sevməməsi ilə izah edib, baxmayaraq ki, o, sosial tədbirləri və bayram atmosferini xoşlayır.

Bununla belə, 2023-cü ildə Layvli "Betty Booze" adlı konservləşdirilmiş alkoqollu kokteyllər seriyasını istifadəyə verdi ki, bu da müəyyən tənqidlərə səbəb olub. Çünki o, özü spirtli içki qəbul etmir. Lakin o vurğulayıb ki, bu içkiləri başqaları üçün yaradıb, çünki bişirməyi və qonaqları ləzzətli içkilərlə qonaq etməyi sevir.

Cim Kerri

63 yaşlı kanadalı-amerikalı aktyor Cim Kerri spirtli içkilər qəbul etmir və uzun illərdir ki, ayıq həyat tərzini davam etdirir.

2004-cü ildə verdiyi müsahibədə o deyib: "Mən narkotik və spirtli içkilərdən imtina məsələsinə çox ciddi yanaşıram. Həyat çox gözəldir".

O, həmçinin nadir hallarda qəhvə içdiyini vurğulayaraq hər hansı stimulyatorlardan uzaq durmağa çalışdığını bildirib.

Əvvəllər aktyor depressiya ilə mübarizə üçün müxtəlif maddələrdən istifadə etsə də, sonradan onlardan imtina edərək indiki anı daha yaxşı dərk etməyə və mənəvi inkişafına diqqət yetirməyə üstünlük verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:272
embedMənbə:https://lent.az
archiveBu xəbər 29 May 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see290

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see285

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see248

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see234

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see232

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see231

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see230

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see229

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see221

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see219

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see215

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see212

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see204

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see195

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see195

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see191

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see191

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see186

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see185

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri