Azərbaycanın xilaskarı
Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"3 oktyabr 1993-cü il tarixində keçirilən prezident seçkiləri Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi oldu. Həmin vaxt ölkədə hökm sürən səriştəsiz idarəçilik, daxili xaos və torpaqların itirilməsi təhlükəsi fonunda xalq öz xilasını yalnız dahi Heydər Əliyevin rəhbərliyində görürdü. Ulu Öndər xalqın təkidli dəvəti ilə Bakıya gələrək böyük risklərə baxmayaraq Gəncə qiyamının qarşısını aldı, vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Seçkilərdə qazanılan böyük qələbə müasir və qüdrətli Azərbaycan dövlətinin fundamental əsasını qoydu".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı İlham Məmmədov deyib. O bildirib ki, 10 oktyabrda and içərək fəaliyyətə başlayan ümummilli lider Heydər Əliyev ölkədə hüquqi, demokratik və dünyəvi prinsiplərə əsaslanan strateji kursu elan etdi:
"İlk növbədə, qeyri-qanuni silahlı birləşmələr ləğv edildi, ictimai-siyasi sabitlik təmin olundu və nizami ordu quruculuğuna başlanıldı. Bu sabitlik ölkənin iqtisadi suverenliyinə və qlobal enerji-kommunikasiya layihələrinin gerçəkləşməsinə zəmin yaratdı. Ulu Öndər Heydər Əliyev həyatının sonunadək xalqına sədaqətlə xidmət edəcəyinə dair verdiyi vədə tam sadiq qaldı".
Millət vəkili qeyd edib ki, Heydər Əliyev, qlobal miqyasda qəbul olunan uzaqgörən siyasətçi və peşəkar dövlət xadimi idi:
"Onun qərarlarındakı qətiyyət, milli mənafelərə bağlılıq, beynəlxalq arenada apardığı tarazlı diplomatiya ona böyük nüfuz qazandırmışdı. Dahi rəhbər həmçinin universal biliyi, qeyri-adi yaddaşı, tükənməz səbri və heyranedici natiqlik məharəti ilə seçilirdi. Ömrünü tamamilə Azərbaycanın gələcək tərəqqisinə həsr edən Ümummilli Lider, öz xilaskarlıq missiyasını uğurla tamamlayaraq xalqın yaddaşında əbədi yer qazandı.Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin müdrik siyasi irsinə sadiq şəkildə ölkəmizi uğurlu inkişaf yoluna çıxarmışdır. Müstəqil və suveren Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan şanlı Vətən müharibəsi bir daha göstərdi ki, Azərbaycan haqq yolundadır. Qürurla qeyd edə bilirik ki, bizim qədirbilən xalqımız firavan gələcəyə doğru uğurla addımlayır".
Süleyman
Bu mövzuda digər xəbərlər:Ulu Turan şəhidi Quzey Azərbaycanın xilaskarı, vitse generalisimus Ənvər Paşa
05 Avqust 2025 10:11
Heydər Əliyev: XX əsrin dühası, müasir Azərbaycanın qurucusu və xilaskarı
11 Dekabr 2025 17:48
Ailəmin xilaskarı mənəm
03 May 2025 21:39
Dağıstanın, dağlıların xilaskarı
27 İyul 2025 06:35
Biabırçılıqdır: Xilaskarı qovdular
30 İyun 2025 19:14
Baxış sayı:69
Bu xəbər 29 Sentyabr 2026 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















