Icma.az
close
up
RU
Azərbaycanın yaratdığı reallıqları qəbul etmək istəməyənlərin arzuları ürəklərində qalacaq RƏY

Azərbaycanın yaratdığı reallıqları qəbul etmək istəməyənlərin arzuları ürəklərində qalacaq RƏY

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Azərbaycanın inkişafını və yaratdığı yeni reallıqları qəbul etmək istəməyən xarici və sapı özümüzdən olan qüvvələr min oyun qursalar da dövlətimiz və xalqımız onların arzularını ürəklərində qoyacaq.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev bildirib.

Deputat deyib ki, Azərbaycanın dünya səviyyəsində nüfuzunu artıran mühüm beynəlxalq tədbirlərdən biri də BMT-nin İqlim Dəyişikliyi Konfransı COP 29-un ölkəmizdə keçirilməsi oldu: “Bu tədbir, Azərbaycanın iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə fəal iştirak etdiyini və ekoloji problemlərin həlli istiqamətində beynəlxalq tərəfdaşlıqda önəmli mövqe tutduğunu nümayiş etdirdi. Konfransın nəticələri, həm yerli, həm də qlobal səviyyədə, ekoloji sabitliyin təmin olunmasına töhfə verəcəyindən əminik.

Bütün bu nailiyyətlər Azərbaycanın davamlı inkişaf və beynəlxalq miqyasda tanınmış etibarlı tərəfdaş imicini möhkəmləndirdiyini bir daha sübut edir. Ölkəmiz, həm daxili, həm də xarici siyasətində qətiyyətlə irəliləyərək gələcəyə ümidlə baxır.

Azərbaycanın inkişafını və yaratdığı yeni reallıqları qəbul etmək istəməyən xarici və sapı özümüzdən olan qüvvələr min oyun qursalar da, dövlətimiz və xalqımız onların arzularını ürəklərində qoyacaq”.

Deputat Bəhruz Məhərrəmov bildirib ki, bu gün dünyada harada qan tökülürsə, demokratiya və insan haqları adına edilir: “Harada işğal və təcavüz varsa, bu adla pərdələnir. Amma gəl ki, saxtakar Qərb informasiya maşını və Azərbaycandakı tör-töküntüləri bu məsələni elə təqdim edirlər, sanki demokratiya cihadı edirlər. Son vaxtlar bəzi Qərb səfirləri bu prosesdə aktivləşib, amma 30 il, milyon yarım azərbaycanlının haqqını görməzdən gələnlər hansısa vətəndaşın müdafiəsində nə qədər səmimi ola bilər? Ona görə heç kim bizə nağıl danışmasın, bu gün, insan hüquqlarının ən səmimi müdafiəçisi 1 milyon məcburi köçkünün təməl haqlarını bərpa etmiş, 350 minlik Qərbi Azərbaycanlının haqlarının müdafiəsinə qalxan, dünyada vaksin millətçilyinin qarşısını alan, müstəmləkəçiliklə mübarizəyə liderlik edən Azərbaycan və onun Prezidenti İlham Əliyevdir”.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qeyd edib ki, Gürcüstanda gedən geosiyasi mübarizə yalnız bir ölkə deyil, Qafqazların ələ keçirilməsi uğrundadır: “Unutmayaq ki, xarici ticarətimizin 14 milyard dollardan çoxu Tbilisi üzərindən aparılır. Bakı-Supsadan Cənub Qaz dəhlizinə qədər strateji layihələri, 300 mindən çox azərbaycanlıların taleyini, 4 milyard dollardan çox sərmayəmizi, Türkiyə-Gürcüstan-Azərbaycan üçlüyünü nəzərə aldıqda geosiyasi döyüşlərin Bakı və Ankaranın birgə maraqlarına zərbə vurduğunu demək olar. Göründüyü kimi, Qarabağ Zəfəri ilə təhlükəsizliyini və beynəlxalq mövqeyini gücləndirən Azərbaycanın əhatə olunduğu regionda qeyri-sabitlikdir, vətəndaş toqquşmaları və silahlı qarşıdurmalardır. Xalqımız uzun illər geosiyasi müharibələrdən əziyyət çəkdiyi üçün qazandığı tarixi qələbənin, Böyük qayıdışın və Yeni Vətən quruculuğunun qədrini bilir. Yerləşdiyimiz bölgədə təhlükələrdən qorunmağın yalnız bir alternativsiz yolu var. Azərbaycan Prezidenti İlham Əliyev beynəlmiləl toqquşmaların poliqonuna çevrilməmək üçün ölkəmizi nə Qərbin, nə də qonşuların forpostuna çevirib, Brüssel və ya Strasburqdan, yaxud şimal və cənubdan gələn birtərəfli əmrlərdən qorunan müstəqil dövlət qurub, hakmiyyəti zorla dəyişmək planlarını iflasa uğradıb.

Xalqın iradəsi ilə Suriyada rejimi dəyişməyə beynəlxalq hüquq çərçivəsində kömək edən qardaş ölkə üsyanın ilk olaraq başlandığı türkmanların-azərbaycanlıların yaşadığı Hələbdə olduğu kimi Gürcüstanda da yüz minlərlə soydaşımızın mənafelərinin qorunmasında Azərbaycan lideri İlham Əliyevin strategiyası ilə hərəkət edəcəyinə, Dəməşqdə qazanıb, Tiflisdə və İrəvanda itirməyəcəyinə inanırıq. Suriyanın bütövlüyünü təmin etmək mümkün olsa, Azərbaycan və Türkiyənin yardımı ilə türkmanlar dövlət idarəçiliyinin bütün qollarında təmsil olunmalıdır. Daha sonra Zəngəzur dəhlizinin açılması, Naxçıvanın Bakı ilə quru yollarla birləşməsi Gürcüstan və Ermənistanı türk dünyasına qarşı çevirmək planlarına zərbə vuracaq, Türkiyə və Azərbaycanın Yaxın Şərqdən Cənubi Qafqaza qədər böyük regionda növbəti qələbəsi olacaq”.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib ki, COP29-un təhlükəsizlik tədbirlərində Azərbaycan dövləti ev sahibi kimi bütün beynəlxalq standartlara uyğun olaraq təşkilatçılıq məsələsinin ən vacib elementindən olan təhlükəsizlik tədbirlərini yüksək səviyyədə həyata keçirib: “Bütün dünya etiraf etdi ki, biz COP29-u ən yüksək səviyyədə təşkil etdik. Təbii ki, onu da göstərdik ki, Prezident İlham Əliyevin Azərbaycan xalqı ilə birlikdə həyata keçirdiyi daxili və xarici siyasət müstəqil və davamlıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://apa.az
archiveBu xəbər 10 Dekabr 2024 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri