Icma.az
close
up
RU
ABŞ ın böyük planı: Maduro niyə hədəf seçildi?

ABŞ ın böyük planı: Maduro niyə hədəf seçildi?

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın Venesuelaya müdaxiləsi dünya ictimaiyyətində böyük rezonans yaratdı. Bu hadisə yalnız region üçün deyil, qlobal iqtisadi və siyasi mühit üçün də ciddi mesaj oldu. Ekspertlər hesab edir ki, ABŞ-ın bu addımı yalnız regional maraqlar üçün deyil, strateji xammal və valyuta hegemonluğunu qorumaq məqsədilə də həyata keçirilib. 

Bəs bu addım qlobal güc balansına necə təsir edə bilər?

Moderator.az xəbər verir ki, İnönü Universiteti Strateji Araşdırmalar Mərkəzinin direktoru prof. Fikret Birdişli deyib ki, ABŞ bu aqressiv siyasəti ilə iki əsas məqsəd güdür:

“Birincisi, neftin özünü deyil, neft bazarını nəzarətdə saxlamaq istəyir. Çünki İkinci Dünya müharibəsindən sonrakı dövrdə dünya iqtisadiyyatının təxminən yarısına nəzarət edən ABŞ Bretton-Vuds sistemində beynəlxalq ticarəti dollara, dolları isə qızıla bağlamışdı. Həmin illərdə ABŞ bazardakı mövcud qızıl ehtiyatlarının təxminən 70 faizini öz xəzinəsində toplamışdı. 1970-ci illərə gəldikdə isə, qlobal böhranlardan sonra dövlətlər əllərindəki dolların qarşılığı olan qızılın mühüm hissəsini ABŞ Mərkəzi Bankından geri çəkdilər və bu ehtiyatlar 17 faizə qədər azaldı. Vəziyyətin ciddiliyini anlayan ABŞ beynəlxalq bazarlardakı hegemonluğunu qorumaq üçün qızıl standartından imtina etdiyini elan etdi. Beləliklə, dolların qarşılığı yenə dollar oldu. ABŞ artıq istədiyi qədər dollar çap edə biləcəkdi. Lakin bunun üçün belə bir “dayaq nöqtəsinə” ehtiyac var idi və bu da neft idi. Yəni dünya bazarlarında neftin (dolayısı ilə enerjinin) dollarla alınıb-satılması dolların nüfuzunu  saxlayan ən əsas amilə çevrildi. ABŞ-ın neftə ehtiyacı yoxdur. Ancaq neft satan ölkələrin bu ticarəti başqa valyutalarla aparması ehtimalı ABŞ hegemonluğunun sonu deməkdir.

İkinci səbəb isə ondan ibarətdir ki, enerjinin ən vacib girişi olan neftin kəşfindən artıq təxminən iki əsr keçib. Bu gün neftin yerini tədricən yeni enerji mənbələri almağa başlayıb. Nəqliyyat vasitələri neftin əsas istehlakçılarındandır, lakin elektrik avtomobilləri üçün ən kritik texnologiya batareyalardır. Batareyalar üçün isə ən vacib xammal litiumdur. Günəş enerjisi və batareya texnologiyaları sahəsində hazırda lider ölkə Çindir. Enerji saxlama texnologiyalarının inkişafı ilə yaxın gələcəkdə enerjimizin böyük hissəsini günəşdən əldə etməyimiz artıq o qədər də uzaq perspektiv deyil. Məhz buna görə də hədəf artıq neft quyuları yox, litium, nadir torpaq elementləri və Çinin bazarları dominasiya etməsi təhlükəsidir”.

Türkiyəli ekspert qeyd edib ki, hazırda Çin dünya ticarətinin təxminən 20 faizinə nəzarət edir:

 “Əgər bu göstəricini 40 faizə qaldıra və ardınca “mən artıq yuanla işləyəcəyəm” desə, Amerika əfsanəsi bitmiş olar. Çin də məhz buna görə hər yeri nəzarət altına almağa çalışır. ABŞ da öz iqtisadi gücünü toparlamaq üçün bildiyi, sınanmış üsullara yenidən əl atmağa başlayıb. ABŞ-ın Venesuelaya son müdaxiləsi də məhz “məhləni qaydaya salmaq” cəhdləridir. Prezident Maduro isə digərlərinə dərs olsun deyə bu vəziyyətə salındı”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Yanvar 2026 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri