Icma.az
close
up
RU
Azərbaycanın gəlmə turizmi üçün hədəf bazarlar müəyyən edilib

Azərbaycanın gəlmə turizmi üçün hədəf bazarlar müəyyən edilib

Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Gəlmə turizmdə Azərbaycan üçün prioritet bazarlar kimi Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Almaniya, Çin və Pakistan seçilib.

Bu barədə  sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyi bildirib.

"Həmin ölkələrdən turist axınının artırılması məqsədilə hava əlaqələrinin genişləndirilməsi və vizasız rejimin tətbiqi nəzərdə tutulur", - DTA qeyd edir.

Agentlik vurğulayır ki, sözügedən ölkələr qonşu ölkələr, Körfəz regionu, Orta və Şərqi Asiya, eləcə də Avropa bazarlarını əhatə edir və bu istiqamətlər turizmin davamlı inkişafı üçün əsas hədəf hesab olunur: "Hədəf bazarlarda Azərbaycanın turizm imkanlarının tanıdılması məqsədilə sistemli marketinq və kommunikasiya tədbirləri də həyata keçiriləcək".

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 189 ölkədən 2 milyon 364 min nəfər turist gəlib ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 % azdır. Gələnlərin 24,2 %-i Rusiya, 17,6 %-i Türkiyə, 8,1 %-i İran, 6,4 %-i Hindistan, 4,3 %-i Gürcüstan, 4,2 %-i Səudiyyə Ərəbistanı, 4,1 %-i Qazaxıstan, 3,5 %-i Pakistan, 2,6 %-i Çin, 2,5 %-i İsrail, 2,4 %-i Özbəkistan, 1,6 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,5 %-i Ukrayna, 1,3 %-i Türkmənistan, hər birindən 1,1 % olmaqla Belarus və Böyük Britaniya, 1 %-i Küveyt, 12,5 %-i isə digər ölkələrin vətəndaşları olub. Turistlərin 66,7 %-ini kişilər, 33,3 %-ini isə qadınlar təşkil edib.

Əvvəlki ilin eyni dövrünə nisbətən İsraildən gələnlərin sayı 2,3 dəfə, Tacikistandan 1,7 dəfə, İordaniyadan 49,6 %, Çindən 43,1 %, Özbəkistandan 38,6 %, Qırğızıstandan 34,9 %, Yaponiyadan 26,4 %, Qazaxıstandan 20,3 %, Pakistandan 12,5 %, İtaliyadan 11,4 % və Almaniyadan 10,3 % artıb. İl ərzində Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 4,7 % artaraq 111 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 2,8 % azalaraq 380,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,8 % azalaraq 804,5 min nəfər, digər ölkələrdən gələnlərin sayı isə 2,5 % artaraq 1 milyon 67,7 min nəfər təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://banco.az
archiveBu xəbər 15 Yanvar 2026 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri