Icma.az
close
up
RU
Azərbaycanla bağlı paylaşımları ilə məşhurlaşan türkiyəli müəllim: Dərslikləriniz daha çətindir

Azərbaycanla bağlı paylaşımları ilə məşhurlaşan türkiyəli müəllim: Dərslikləriniz daha çətindir

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şagirdləri ilə birgə çəkdiyi videolar, xüsusən Azərbaycanla bağlı paylaşımları ilə məşhurlaşan türkiyəli Səda Gökmən hazırda Əskişəhərdə vəkil Mail Büyükerman adına məktəbin ibtidai sinif müəllimidir. O, özünü ruhən və qəlbən azərbaycanlı hesab edir.

Məktəblilərə Azərbaycan dilini mahnılarımızla öyrədən Səda xanım həm sözügedən paylaşımları, həm də Türkiyədə təhsil sistemi, müəllim-şagird münasibətləri ilə bağlı "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.

- Səda xanım, sizi yaxından tanıyaq, neçə ildir müəllim kimi fəaliyyət göstərirsiniz?

- Artıq 20 ildir bu şərəfli işlə məşğulam. Müəllimlik fəaliyyətim Ərzurumda başlayıb, ölkəmizin bir çox şəhərlərində işləmişəm. Hazırda Əskişəhərdə ibtidai siniflərdə dərs keçirəm.

Azərbaycana olan sevgimi və bunu şagirdlərimə də təbliğ etməyimi sosial şəbəkələrdə yeni paylaşıram. Amma bu sevgi hərbçi həyat yoldaşı, vətənpərvər atanın övladı kimi məndə həmişə olub. Cənab Prezidentimiz Ərdoğanın dediyi kimi, Azərbaycanın qədəri qədərimiz, kədəri kədərimizdir.

Bir neçə il öncə Azərbaycan ədəbiyyatı ilə tanış oldum. Həsən Əblucun səsləndirdiyi 40 yaşla bağlı şeiri elə qırx yaşımda öyrəndim. Digər şeirlərinizi, daha sonra klassik mahnılarınızı dinləməyə, teatr nümunələri ilə tanış olmağa başladım. Beləliklə, paylaşdığım videolarla Azərbaycana olan sevgimi sizlərə də səmimi şəkildə hiss etdirə bildim.

- Maraqlıdır, köklərinizdə Azərbaycana bağlılıq varmı?

- Əslən Afyonluyam. Sizə kiçik bir hekayə danışmaq istəyirəm. Uşaq vaxtı nənəm bizə bir nağıl danışırdı, amma Türkiyədə çox insan onu bilmir. Bir gün sosial şəbəkədə "Tıq-tıq xanım” cizgi filmi qarşıma çıxdı. Xatırladım ki, nənəmin mənə danışdığı nağıldır. Öyrəndiyimə görə türkmən əsilliyəm. Başqa bənzər şeyləri də kəşf etdikdə köklərimin Türkmənistana qədər gedib çıxdığını öyrəndim. Amma özümü ruhən, qəlbən azərbaycanlı hesab edirəm. Mənə "Sən azərbaycanlısan" sözlərini yazanda çox qürurlanıram. Sərbəst məşğələlərdə şagirdlərlə birgə Azərbaycan mahnılarına qulas asırıq. O mahnıları mən də, uşaqlar da çox sevirik.

Təsəvvür edin ki, bir gün dərsdə birlikdə Azərbaycan mahnısı dinlədik və ondan sonra bu, davamlı hal almağa başladı. Artıq uşaqlar özləri dinləmək istədikləri mahnıları sərbəst seçirlər. Valideynləri də deyir ki, Azərbaycan mahnıları əzbərləyiblər, evdə də oxuyurlar.

- Sevdiyiniz Azərbaycan mahnısının adını çəkə bilərsinizmi?

- Retro, klassik mahnılarınızı sevirəm. Şövkət Ələkbərovanın "Füzuli kantatası” mənim üçün çox qiymətlidir.

- Türkiyədə müəllim-şagird münasibətləri necədir? Müəllim ancaq tədris etdiyi fənni öyrətməklə kifayətlənir?

- Xeyr, müəllim həm də həyatı öyrətməlidir. Bu balaca körpələr səhər evlərindən çıxır, bir də saat 3-də evə qayıdırlar. Günün altı saatını burda, mənimlədirlər. Sonra evlərinə gedib dərsləri ilə məşğul olur, valideynləri ilə vaxt keçirirlər. Artıq bir müddət sonra gözlərinin içinə baxanda nə hiss etdiklərini, ev tapşırığını yazıb-yazmadıqlarını və bir çox başqa şeyləri anlaya bilirəm. Ona görə də mən onlar üçün çox vacib bir nümunəyəm. Sinfə girdiyim andan saçımdan tutmuş sırğalarıma, danışığımdan tutmuş mimikama qədər hər şeyi diqqətlə izləyirlər və özləri üçün nümunə götürürlər. Müəllimdən düzgün nümunə olmayanda uşaqlar həyatları boyu büdrəyirlər. Mən bacardığım qədər bildiklərimi ən yaxşı şəkildə onlara başa salmağa, həyatı öyrətməyə çalışıram.

Sinfimizin qaydaları var: məsələn, bizdə heç kim pulla alınacaq bir şey üçün ağlamalı deyil. Bəzən uşaqlar bir əşyası itdiyinə görə ağlayırlar, mənsə onlara başa salmağa çalışıram ki, bu, problem deyil, onu pulla da alar bilərsiniz, göz yaşı isə daha dəyərlidir. Mənim sinfimdə heç kim bir-biri ilə fiziki təmasda ola bilməz. Problemləri danışaraq həll etməlidirlər. Özləri həll edə, orta yol tapa bilməyən anda duruma mən müdaxilə edirəm. Onlar bilməlidirlər ki, problemi bir-birinizi vurmaqla, incitməklə, təhqir etməklə, söyməklə həll edə bilməzlər.

- Sizin xüsusi qadağalarınız varmı?

- Mən töhmət vermirəm. Onlara deyirəm ki, düzgün danışın. Əgər ev tapşırığını etməyibsə, bu mənə qəbuldur, yetər ki, yalan danışmasınr. Niyə etmədiyini səmimi şəkildə izah etməlidir. Belə məqamlar, ümumiyyətlə birinci sinif əslində kiçik görünən, lakin öz və cəmiyyətin həyatında təməl daşı rolunu oynayır. Burada gördüklərini həyatları boyunca təhsildə, nəqliyyatda, bazarda, yəni insan münasibətlərinin qurulduğu hər yerdə həyata keçirəcəklər.

- Bakıya nə vaxt gəlmisiniz? Təəssüratlarınız necədir?

- Ötən ilin oktyabr ayında Bakıda səfərdəydim. Sizin tarixi binalarınıza, şəhərin ab-havasına aşiq oldum. Bakıda valehedici atmosfer var idi. Amma təəssüf ki, çox gəzə bilmədim, növbəti dəfə gəlsəm bu arzumu yerinə yetirəcəm. Əslində ən böyük arzum Prezidentiniz Cənab İlham Əliyevi yaxından görmək, onunla söhbət etməkdir.

- Azərbaycanda dərs kitabları, təhsil sistemi ilə tanışsınızmı?

- Bəli, ora gələndə bununla bağlı dostlarla söhbət etdik, dərsliklərə baxmaq şansı əldə etdim. Bizdən fərqli olaraq, sizin dərsliklərin mövzuları bir az gərgin, müəllimin dərsdən əvvəl və sonra yükü daha artıqdır. Məqsədim tənqid etmək deyil. Hər bir təhsil sistemi o ölkənin dinamikasından irəli gəlir və özünəməxsusdur. Əgər tələblər belədirsə, proqramın belə olması normaldır. Amma məncə, bu, müəllim və şagird kontingenti üçün gərgin və yorucudur.

- Türkiyədəki təhsil sistemindən danışaq. Əsas prioritetlər nələrdir?

- Bu ildən etibarən "Türkiyə əsrin maarif modeli"ni mərhələli şəkildə tətbiq etməyə başlayıb. Maarif modeli şagirdi bütöv şəkildə nəzərdən keçirir, onun əxlaqı, psixoloji, sosial və fiziki inkişafını əhatə edir. Milli şüurlu, əxlaqlı, millətə, bəşəriyyətə müdrik şəxsiyyətlər yetişdirmək məqsədi daşıyır. Problem həlletmə bacarığı, analitik təfəkkür, tənqidi perspektiv, məsuliyyət götürmək, üzərinə götürülmüş öhdəlikləri yerinə yetirmək bacarığı, sivilizasiyalara uyğunlaşma, sivilizasiyaların qurulması və inkişafı kimi bacarıqlara sahib olmağı hədəfləyir. Mən iyirmi illik müəllimlik fəaliyyətimdə belə şagirdlər yetişdirməyə çalışmışam. Təhsilə yeni başlayan şagirdlərin ilkin bilikləri olur. Həyatla, ətraflarında gördükləri, eşitdikləri ilə bağlı hərəsi fərqli düşüncələrə sahib olurlar. Müəllim isə onların bu dağınıq, bəzən yanlış düşüncələrini düzgün formaya salıb, onlara izah edir. Onlar yazmaq və oxumağı öyrənməklə akademik biliklərə sahib olurlar.

Təcrübəmə əsasən deyə bilərəm ki, ötən illərin şagirdləri ilə müqayisədə indikilər daha informasiyalıdırlar. Ancaq texnologiya ilə sıx bağlı olan uşaqların emosional cəhətdən zəif olduğunu deyə bilərəm. Onlar ictimai münasibətləri düzgün qura bilmirlər.

"Türkiyə əsrin maarif modeli" uşaqları bir çox yöndən əhatə edərək onların şəxsiyyət kimi formalaşmasına hədəflənib.

- Şagirdlərinizin gözündən sizə baxanda nələr görmək olar? Onların gözündə necə müəllimsiniz?

- Şagirdlərim mənə "Parlayan müəllim" ləqəbini veriblər. Deyirlər ki, siz bizə baxanda gözləriniz parlayır. Bunu çox düzgün ləqəbdir, mənim keçmiş və gələcək müəllimlik fəaliyyətimi ifadə edir. Çünki mən onlara sabahın böyükləri kimi baxıram. Düşünürəm ki, bir gün prezident, həkim, kimisi vətənimizi qoruyan hərbçi ola bilər.

İki övladım var. Bir övladımın çox nadir xəstəliyi var. Onun hər cür ehtiyacını biz - ailə olaraq qarşılayırıq. Bu, mənim müəllimlik karyeramın dönüş nöqtəsidir. Planlaşdırdığım və hədəflədiyim hər şeyi uşaqlar üzərindən həyata keçirməyə başlayanda həyatın əslində təkcə akademik biliklərdən ibarət olmadığının fərqinə vardım. Həyatın şəfqət və sevgidən ibarət olduğunu anladığım anda uşaqlarla münasibətim karyeramda dönüş nöqtəsi oldu.

- İbtidai sinif müəllimi olmağın hansı çətinlikləri var?

- Təbii ki, bəzi çətinlikləri var. Lakin tərəziyə qoyanda gözəlliklərin daha çox olduğunu düşünürəm. Ana qoynundan götürdüyünüz məsum, saf və qüsursuz uşaqlara biliklər ötürür, onları həyata hazırlayırıq: dostluq etməyin yollarını, əşyalarından necə istifadə etməyi və digər ictimai bacarıqları öyrədirik. Təbii ki, birinci siniflərdə ilk ay çox çətin keçir. Amma müəyyən bilik əldə etdikdən sonra bu, daha zövqlü və əyləncəli hal alır. Məncə, vacib olan yeganə şey onların dilini başa düşmək, hər şeyi onların gözü ilə görmək və uşaq olduqlarını unutmamaqdır. Bundan başqa, əvvəldə qeyd etdiyim kimi, xüsusi qayğıya ehtiyacı olan övladım olduğu üçün mənim çətinlik səviyyəm daha artıqdır. Amma zamanla düzəlir, nizam-intizam qurulandan sonra hər şey öz axarı ilə gedir.

Birinci siniflər texnologiyanın intensiv istifadəsi sayəsində bizə məlumatlı gəlirlər. Demək olar ki, bir çoxu yazmağı bacarır. Onlar bu məlumatı əldə ediblər, lakin onlardan düzgün istifadə etməyi bilmirlər. Mənim prioritetim xüsusilə yeni başlayan uşaqlara bu məlumatları onları çox sıxmadan şəxsi və məktəb həyatlarına düzgün şəkildə adaptasiya etməyin yolunu göstərməkdir. Amma bunu da "Sizin bildiyiniz hər şey yanlışdır" deyərək etmirəm. Mən bunu oyunlarla, məktəbdən kənar səfərlərlə öyrətməyin tərəfdarıyam.

- Bəs sizin dərsdə istifadə etdiyiniz xüsusi metodlarınız varmı?

- Bizim öyrənmə piramidamız var. Bu öyrənmə piramidasının zirvəsi passiv öyrənmə, aşağısı isə aktiv öyrənmədir. Bu passiv öyrənmə zamanı insanlar oxuduqlarının, danışdıqlarının və eşitdiklərinin yalnız kiçik bir hissəsini xatırlayırlar. Onlar oxuduqlarının yalnız 10%-ni , danışdıqlarının yalnız 20%-ni öyrənirlər. Amma edərək və yaşayaraq öyrənərkən, yəni təcrübə nöqtəsinə gələndə görürsən ki, öyrənmə 70%-ə yüksəlir. Uşaqların əldə etdikləri bilikləri təcrübədən keçirmələri üçün imkanların yaradılmasının tərəfdarıyam. Bunun üçün nə edirəm, məsələn, fövqəladə hallarda, təcili yardım, yanğınsöndürmə, polis və s. zamanı zəng ediləcək telefon nömrələrini öyrətdikdən sonra bu qurumların nə işlə məşğul olduğunu, vəzifə təlimatlarını izah edirəm. Amma mən öz sinfimdə yanğınsöndürən, təcili yardım, polis çağırıb öz vəzifələrini və ya etdiklərini ağızlarından eşitdirirəm. Qidalanma ilə bağlı danışırıqsa, nümunə üçün qidalanma proqramı yaradıram.

Hətta mən də bu qidalanma proqramında iştirak edə bilərəm. Sinifdə səhər yeməyini birlikdə yeyirik. Yaxud söhbət yol nişanı olan ərazilərdən gedirsə, bunu şəhərimizdəki yol nişanlarına baş çəkməklə izah edirəm. Məktəbin həyətindən çıxıb ətrafındakı yol nişanlarını, keçidləri, səkiləri, nəqliyyatı öyrənmələrinə dəstək oluram. Kəsrləri öyrənərkən ya pizza, ya da tort kəsirik. Kəsr hissələri nədir, say nədir, məxrəc nədir bunlardan istifadə ilə göstərirəm. Onlara daha əyləncəli və daha qalıcı təcrübələr keçmələri üçün imkanlar təqdim edirəm. Biz çox əylənirik, görürəm ki, onlar bu məlumatı heç vaxt unutmurlar. Təkcə bu məlumatları deyil, mən onlara həyatları boyu unutmayacaqları anlar yaşadıram. Bir qoxu, bir dad, bir səs- bu mənim üsulumdur. Təbii ki, hər bir müəllimin öz istedadı, xüsusiyyətləri var. Məncə, yolu sevgidən keçməyən heç bir təhsil, öyrətmə metodu faydalı deyil.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 01 May 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see247

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see226

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see224

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see200

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see169

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see155

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see148

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see146

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see145

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see141

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see140

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see138

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see137

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see136

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see136

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see135

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see134

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see129

“DTX nin keçirdiyi əməliyyatlar digərləri üçün növbəti xəbərdarlıqdır”

15 Dekabr 2025 17:13see128

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri