Icma.az
close
up
RU
Azərbaycanla Bolqarıstan arasında sığorta pensiya sistemi və sosial təminat sahəsində müzakirələr aparılıb

Azərbaycanla Bolqarıstan arasında sığorta pensiya sistemi və sosial təminat sahəsində müzakirələr aparılıb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 18 sentyabr, AZƏRTAC

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nümayəndə heyəti Bolqarıstanın paytaxtı Sofiya şəhərində həmin ölkənin Milli Sosial Təminat Qurumunun (MSTQ) sədri Vesela Karaivanova-Naçeva ilə görüşüb.

Fondun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə DSMF-nin İdarə Heyətinin sədr müavini Mətin Əsgər sosial sığorta və sosial təminat sahəsində son illər ərzində ölkəmizdə aparılan islahatlar barədə məlumat verib.

Azərbaycanda bu sahədə həyata keçirilən innovativ yanaşmalar, əhaliyə göstərilən proaktiv xidmətlər, sığorta-pensiya sistemi və sosial təminat sahəsində müəyyən edilmiş prioritetlər diqqətə çatdırılıb.

Vesela Karaivanova-Naçeva sosial təminat sahəsində Bolqarıstanda aparılan islahatlar barədə məlumat verib və pensiya təminatında innovativ yanaşmaların tətbiqi sahəsində Azərbaycanın təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını qeyd edib.

Görüş çərçivəsində DSMF ilə MSTQ arasında ötən il Bakıda imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumunun 2025-2026-cı illər üzrə icrası ilə bağlı Tədbirlər Planı da imzalanıb.

Sonra Bolqarıstan və Azərbaycanın pensiya-sığorta sisteminə dair təqdimatlar olub. Hər iki ölkənin sosial təminat sistemlərinin oxşar və fərqli xüsusiyyətləri müzakirə edilib, qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2025 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see164

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see161

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see127

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see127

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri