Azərbaycanla Bosniya və Herseqovina arasında 1 ci Qərargah danışıqları” keçirilib
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina Müdafiə nazirlikləri arasında "1-ci Qərargah danışıqları" keçirilib.
APA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, müxtəlif idarələrin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə ikitərəfli əməkdaşlığın istiqamətləri müəyyən olunub. Tərəflər arasında 2026-cı il üçün ikitərəfli əməkdaşlıq planının layihəsi hazırlanıb.
Eyni zamanda, hər iki tərəfin təqdimatları əsasında ölkələrin Müdafiə nazirliklərinin strukturu və həyata keçirilən islahatlar haqqında ətraflı məlumatlar verilib.
Görüşdə birgə hərbi əməkdaşlığın bundan sonra da hər iki tərəf üçün faydalı olacağına əminlik ifadə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 08 Oktyabr 2025 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















