Icma.az
close
up
RU
Azərbaycanla Çin arasında qarşılıqlı anlaşma, dialoq və dəstək mövcuddur ANALİZ

Azərbaycanla Çin arasında qarşılıqlı anlaşma, dialoq və dəstək mövcuddur ANALİZ

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında mövcud olan münasibətlər uzunmüddətli və çoxşaxəli əməkdaşlığa əsaslanır. 

Azərbaycanın müstəqillik qazandığı vaxtdan etibarən Çin onun müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub və bu münasibətlər zaman keçdikcə daha da möhkəmlənib.

 Tarixi köklərə malik bu əlaqələr müasir dövrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək davam etməkdədir. Hər iki dövlət arasında siyasi, iqtisadi, mədəni və enerji sahələrində uğurlu əməkdaşlıq qurub. 


Sherg.az-a açıqlama verən politoloq Yusif Bağırzadə Azərbaycan-Çin münasibətlərinin formalaşması, inkişaf mərhələləri və perspektivindən söz açıb:


"Azərbaycan-Çin əlaqələri möhkəm təməl üzərində qurulan və zamanın sınağından uğurla çıxmış münasibətlərdir. Çin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Azərbaycanla Çin arasındakı diplomatik münasibətlər 1992-ci ilin aprelində qurulub. 1992-ci ilin avqust ayında Çinin ölkəmizdə səfirliyi açılıb. 1993-cü ilin sentyabrında isə Milli Məclis Azərbaycanın Pekində səfirliyinin açılması barədə qərar qəbul edib.

Tarixi “İpək Yolu”ndan başlanan münasibətlər ötən 34 il ərzində - Azərbaycan müstəqillik əldə etdikdən sonra hər iki xalqın rifahı naminə müxtəlif sahələrdə davamlı şəkildə inkişaf edib. Çin həmişə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, Azərbaycan isə öz növbəsində Tayvanla bağlı məsələlərdə Çinin prinsipial mövqeyini dəstəkləyir".


Ekspert ölkələr arasında münasibətlərin Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra daha da inkişaf etdiyini söyləyib:

"Ulu Öndər Heydər Əliyevin 1994-cü ilin martında Çinə rəsmi səfəri zamanı dövlətlər arasında səkkiz müqavilə imzalanıb. Bunlar dostluq münasibətlərinin inkişaf etdirilməsinin əsasları haqqında birgə bəyanat, iki ölkə arasında hava yolunun açılması, elmi-texniki və mədəni əməkdaşlıq, təbabət, radio və televiziya, turizm sahəsində qarşılıqlı fəaliyyət və s. sahələri əhatə edib.

2003-cü ildə Azərbaycan Prezidenti seçilən İlham Əliyev də Çinlə münasibətlərin inkişafına hər zaman xüsusi diqqət yetirib. Dövlət başçısı Çinə bir neçə dəfə səfər edib. 2005-ci il martın 17-19-da Prezident İlham Əliyev Çin Xalq Respublikasında rəsmi səfərdə olan zaman ÇXR-in sədri Xu Szintao Azərbaycan Prezidentinin səfərini iki ölkə arasında münasibətlərin tarixində çox mühüm hadisə kimi qiymətləndirib. 

Daha sonra 2022-ci ilin sentyabrında isə Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Prezident İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında keçirilən görüşdə ikitərəfli münasibətlərin inkişafının növbəti istiqamətləri müəyyən edilib. Azərbaycan və Çin liderləri qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək prinsiplərinə əsaslanaraq, ölkələrimiz arasında münasibətləri qarşılıqlı, faydalı, yeni və əsaslı keyfiyyətlərə yönəltməyə qərar veriblər. İki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyannamə qəbul edildi.

Həmin dövrdən keçən müddət ərzində Azərbaycanla Çin arasında bütün məsələlərdə qarşılıqlı anlaşma, dialoq və qarşılıqlı dəstək mövcuddur. Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır və ticarət dövriyyəsi müsbət dinamika nümayiş etdirir. Belə ki, Çin Azərbaycanın ticarət dövriyyəsində dördüncü yerdədir".


Politoloq ölkəmizin “Bir kəmər, bir yol” layihəsinə verdiyi önəmin Azərbaycan ilə Çin arasındakı münasibətlərdə də xüsusi yer tutduğunu vurğulayıb:

"Azərbaycanda həyata keçirilən nəqliyyat və infrastruktur layihələri “Bir kəmər-bir yol” təşəbbüsünün həyata keçirilməsinə mühüm töhfə verdiyi üçün Orta Dəhliz Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün təhlükəsiz və sərfəli alternativ marşruta çevrilib.

Ümumiyyətlə isə ölkə başçısı İlham Əliyev Azərbaycanın Çinlə olan münasibətlərinin inkişafına hər zaman mühüm əhəmiyyət verib. Hələ bu ilin əvvəlində Çinin CGTM telekanalına müsahibəsində, eləcə də bu günlərdə ADA universitetinin təşkilatçılığı ilə keçirilən “Yeni dünya nizamına doğru” beynəlxalq forumdakı çıxışında da Çinlə müxtəlif sahələrdə, xüsusən də yaşıl enerji sahəsində strateji tərəfdaşlığın perspektivlərinə toxunub. Çin şirkətləri ilə birabaşa yaşıl enerji sahəsində Azərbaycan yatırımların qoyulması üçün aktiv danışıqların aparıldığını bildirib".


Müsahibimiz sonda Prezident İlham Əliyevin Çinə planlaşdırılan səfərinin iki ölkə arasında həm yaşıl enerji, həm də ümumiyyətlə ticari-iqtisadi münasibətlərin inkişaf etdirilməsi baxımından yeni imkanlar açacağını söyləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Aprel 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see271

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see209

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see209

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see170

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see158

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see144

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see142

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see139

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see139

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri