Icma.az
close
up
RU
Azərbaycanla İranın sıx münasibətlər saxlamasının əleyhinə olan şəxslər mövcuddur ANALİZ

Azərbaycanla İranın sıx münasibətlər saxlamasının əleyhinə olan şəxslər mövcuddur ANALİZ

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident Məsud Pezeşkian Azərbaycan Respublikasından İrana hava hücumu edildiyini qəbul etmir.

Bunu Təbrizin İran parlamentindəki nümayəndəsi Əlirza Novin deyib.

“Prezident Məsud Pezeşkianın Təbrizə son səfəri zamanı onunla görüşümdə ölkənin şimal-qərbinin müdafiəsinin gücləndirilməsinin vacibliyini vurğuladım. Azərbaycan Respublikasından hücumların qeyri-rəsmi sübutlarına baxmayaraq, prezident bunu qəbul etmədi”, - millət vəkili bildirib.

Əlirza vurğulayıb ki, Pezeşkian qarşısında Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan və Kürdüstan əyalətlərində müdafiə infrastrukturunun gücləndirilməsi barədə məsələ qaldırıb.

Qeyd edək ki, Əlirza Novinin keçirdiyi bu mətbuat konfransı və Azərbaycandan İrana hücumlar barədə cəfəng iddialarından bir gün sonra Şərqi Azərbaycan əyalətinin Nümayəndələr Məclisinin iclası baş tutub və Əlirza Novin Nümyəndələr Məclisinin sədrliyindən çıxarılaraq onun yerinə Əhər və Heris şəhərlərinin millət vəkili Beytullah Abdullahi seçilib.

Xatırladaq ki, 12 günlük müharibə zamanı guya İsrail PUA-larının Azərbaycandan qalxaraq, İrana zərbə endirməsi haqda bəzi iranlı ekspertlərin səsləndirdiyi iddialarla bağlı heç bir sübut təqdim edilməyib. Azərbaycan isə bu cəfəng iddiaları tamamilə rədd edib və Azərbaycan ərazisinin 3-cü ölkələrə qarşı heç vaxt istifadə edilmədiyini və edilməyəcəyini bir daha bəyan edib.


Politoloq İlyas Hüseynov Sherg.az-a bildirib ki, Azərbaycan və İran arasında münasibətlər hazırda inkişaf dövrünü yaşayır:


"Baxmayaraq ki, bu münasibətlərdə kifayət qədər çətin, ziddiyyətli və anlaşılmaz məqamlar mövcud olub. İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Bakıya, daha sonra isə Xankəndinə səfəri bu münasibətlərin inkişafına stimul yaratdı. Qarşıdakı dövrdə də əlaqələrimiz daha da dərinləşəcək.

Lakin buna baxmayaraq, İranda elə dairələr var ki, Azərbaycanla münasibətləri gərgin saxlamağa çalışırlar, saxta və həqiqətdən uzaq fikirlər ortaya atırlar. Məqsədləri Bakı və Tehran arasında gərginlik yaratmaq və bundan istifadə etməkdir. Eyni zamanda, ermənipərəst qüvvələr və Azərbaycanla İranın sıx münasibətlər saxlamasının əleyhinə olan şəxslər mövcuddur. Bu şəxsləri İran dövləti özü neytrallaşdırmalıdır. Azərbaycanla İran arasında mehriban qonşuluq siyasəti bərqərar olmalıdır".


Analitik qeyd edib ko, İran və Azərbaycanı tarixi köklər və möhkəm bağlar birləşdirir:

"Əgər münasibətlərin hərtərəfli potensialından istifadə etmək üçün siyasi iradə ortaya qoyulubsa, bu fəaliyyət davamlı, sarsılmaz və ardıcıl şəkildə inkişaf etməlidir.

Saxta narrativlər yayan qüvvələr ifşa olunacaq. Həmçinin onların məkrli niyyətləri üzə çıxacaq və bu qüvvələrin kimliyi barədə bizdə ətraflı məlumat olacaq. Bu cür şayiələr və münasibətləri kökündən zədələyən fikirlərin ortaya atılması arzuolunmazdır və nə Azərbaycan, nə də İran bunu qəbul etməyəcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 İyul 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see258

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see240

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see230

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see228

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see226

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see215

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see210

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see204

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see178

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see169

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see168

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see166

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see161

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see155

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see153

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see151

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see149

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri