Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Kiberhücumlarla bağlı növbəti xəbərdarlıq

Kiberhücumlarla bağlı növbəti xəbərdarlıq

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Son həftələrdə Avropanın bir sıra ölkələrində soyuducu və dondurucu avadanlıqların idarəetmə sistemlərinə qarşı kiberhücumlar qeydə alınıb. 2026-cı il oktyabrın 11-də Fransada yüzlərlə supermarketin bu hücumlardan zərər çəkdiyi, noyabrın 2-də isə Belçika, İsveç, İrlandiya, Niderland və Estoniyada oxşar insidentlərin baş verdiyi bildirilir.

Təhlükə yalnız ticarət sektoru ilə məhdudlaşmır. Fransanın qan banklarından birində istifadə olunan soyutma avadanlığına müdaxilə edilməsi barədə məlumatlar bu cür hücumların səhiyyə sahəsi üçün də risk yaratdığını göstərir.

Axar.az xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) soyutma avadanlıqlarına qarşı kiberhücum riskləri ilə bağlı yaydığı xəbərdarlıqda bildirilib.

Vurğulanıb ki, hücumlar zamanı kiberdələduzlar soyuducu və dondurucu avadanlıqların idarəetmə sistemlərinə icazəsiz giriş əldə edərək onları əridilmə (defrost) rejiminə keçirir və ya temperatur göstəricilərini 50°C-dək yüksəldirlər.

İnsidentlərin əsasən gecə saatlarında baş verməsi müdaxilələrin səhərədək aşkarlanmamasına səbəb olur. Nəticədə həmin avadanlıqlarda saxlanılan məhsullar yararsız hala düşə bilər.

"Hücumların əsas hədəfləri internet üzərindən birbaşa əlçatan olan idarəetmə interfeysləridir. Bu çərçivədə istehsalçı dəstəyi dayandırılmış "Danfoss AK-SM 800" və "AK-SC 355" modelləri, köhnəlmiş proqram təminatı ilə işləyən "AK-SM 800A" kontrollerləri, eləcə də "Copeland XWEB" və "Dixell XWEB" sistemləri diqqət mərkəzindədir.

İlkin qiymətləndirmələrə əsasən, insidentlərə səbəb olan əsas zəifliklər sırasında standart giriş məlumatlarının dəyişdirilməməsi və proqram təminatının vaxtında yenilənməməsi yer alır.

Bu cür müdaxilələrin nəticələri yalnız maddi itkilərlə məhdudlaşmır. Temperatur rejiminin pozulması avadanlıqların sıradan çıxmasına, yanğın riskinin yaranmasına, həmçinin dərman vasitələrinin və digər tibbi məhsulların tələb olunan şəraitdə saxlanılmamasına səbəb ola bilər.

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) təşkilatları avtomatlaşdırılmış idarəetmə sistemlərinə, xüsusilə də soyutma sistemlərinə yönəlmiş kiberhücum risklərinə qarşı ehtiyatlı olmağa çağırır.

Bu məqsədlə aşağıdakı tədbirlərin həyata keçirilməsi tövsiyə olunur:

- İdarəetmə interfeyslərinin internet üzərindən birbaşa əlçatanlığı məhdudlaşdırılmalı, uzaqdan giriş yalnız təhlükəsiz kanallar vasitəsilə təmin edilməlidir.

- Standart istifadəçi adları və şifrələr dəyişdirilməli, mürəkkəb və unikal giriş məlumatlarından istifadə olunmalıdır.

- Proqram təminatı və avadanlıqlar mütəmadi olaraq yenilənməli, istehsalçı dəstəyi dayandırılmış sistemlərin əvəzlənməsi planlaşdırılmalıdır.

- İdarəetmə sistemlərinə girişlər və əməliyyatlar davamlı monitorinq edilməli, qeyri-adi fəaliyyətlər vaxtında aşkarlanmalıdır.

- Temperatur göstəricilərində kəskin dəyişikliklərlə bağlı xəbərdarlıq mexanizmləri qurulmalı, ehtiyat nəzarət və müdaxilə prosedurları hazırlanmalıdır", - deyə məlumatda qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://axar.az
archiveBu xəbər 04 Noyabr 2026 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see956

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see528

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see381

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see350

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see308

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see291

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see286

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see278

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see263

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see261

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see257

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see246

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see242

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see241

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see238

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see222

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see207

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see197

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri