Azərbaycanla İran bu məsələni müzakirə etdi FOTOLAR
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Energetika naziri Pərviz Şahbazovla İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Nazirlikdən Globalinfo.az-a verilən məlumata görə, dövlət başçılarının dostluq və tərəfdaşlıq münasibətlərinin dərin tarixi köklərə malik Azərbaycan-İran əlaqələrinin bütün sahələrdə yeni mərhələdə inkişafına təkan verdiyi məmnunluqla qeyd olunub. İkitərəfli münasibətlərdə enerji sahəsinin mühüm rol oynadığı vurğulanıb. “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadiyyat, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası”nın 17-ci iclasının Protokolunda enerji məsələlərinin də əks olunması bu istiqamətdə tərəfdaşlığa verilən önəmin göstəricisi kimi qiymətləndirilib.
Görüşdə birgə layihələrin, o cümlədən “Xudafərin”, “Qız Qalası” və “Ordubad” su elektrik stansiyalarının icrası və elektrik enerjisinin ixracı ilə bağlı müzakirələr aparılıb. Gündəlikdə olan layihələrin həyata keçirilməsinin sürətləndirilməsi məqsədilə birgə fəaliyyətin gücləndirilməsi razılaşdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 24 Fevral 2026 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















