Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Azərbaycanla konfrantasiya Fransaya müsbət divident gətirmir AÇIQLAMA

Azərbaycanla konfrantasiya Fransaya müsbət divident gətirmir AÇIQLAMA

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

 Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotininin Ermənistanın İctimai Radiosuna müsahibəsində Qarabağla bağlı fikirləri erməni ictimaiyyətində birmənalı qarşılanmayıb, hətta ciddi etirazlara səbəb olub.

Bakıvaxtı.az-ın məlumatına görə, Dekotini vurğulayıb ki, Qarabağ nə beynəlxalq ictimaiyyət, nə də Ermənistan tərəfindən "dövlət" kimi tanınıb:

"Ermənistan Alma-Ata Bəyannaməsini qəbul etdikdən sonra (1991-ci il - red.), Qarabağ Sovet Azərbaycanının bölgəsi olduğundan onun Azərbaycanın tərkib hissəsi olduğunu qəbul edib, tanıyıb. Ona görə də 2022-ci ildə Praqada Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanındığını iddia edənlər yalan danışırlar, çünki Alma-Ata bəyannaməsindən sonra Qarabağ Ermənistan tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Yeri gəlmişkən, Praqa yalnız Alma-Ata bəyannaməsinə istinad edir, xatırladır".

Dekotini ərazinin Sovet Azərbaycanına məxsus olduğunu qeyd edib.

“Ana Ermənistan” hərəkatının lideri Andranik Tevanyan səfirin paylaşımının həqiqəti əks etdirmədiyini deyib. Tevanyan Dekotinin 30 il əvvəlki siyasi proseslərdən xəbərsiz olduğunu söyləyib:

“Səfirin ya Alma-Atadan əvvəlki və sonrakı proseslərdən xəbəri yoxdur, ya da özünü elə göstərir. Əgər Qarabağ o bəyannamə ilə 1991-ci ildə Azərbaycanın tərkib hissəsi kimi tanınıbsa, o zaman 44 günlük müharibədən əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri 30 il nə ilə bağlı danışıqlar aparırdılar? Həqiqət budur ki, Baş nazir Nikol Paşinyan Qarabağı 2022-ci ildə Fransa Prezidenti Emmanuel Makron və Avropa Şurasının keçmiş prezidenti Şarl Mişelin vasitəçiliyi ilə ABŞ-ın o zamankı rəhbəri Co Baydenin himayəsində Azərbaycanın tərkib hissəsi kimi rəsmən tanıdı. Makron ermənilərin yaşadıqlarına görə şəxsən günahkar olduğunu bilir və özünü təmizə çıxarmaq üçün ölkəmizdəki səfirinə belə sözlər deməsini tapşırıb".

Deputat Tural Gəncəliyev Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Fransa səfirinin "Qarabağ Azərbaycan ərazisi kimi tanınıb" ifadəsi Paşinyanı yox, sırf Fransanın öz siyasətini xilas etmək məqsədi güdür.

Onun sözlərinə görə, Dekotini ən qatı ermənipərəst siyasətçi kimi tanınır:

"O, ermənidən daha çox erməni mövqeyində olan bir diplomatdır. Ermənistan ictimaiyyəti daim öyrənib ki, Dekotini hətta İrəvanın demədiyi, deməyə cürət etmədiyi məsələlərdə anti-Azərbaycan mövqeyini açıq sərgiləyir. Ancaq bu dəfə Dekotinin bəyanatı şok effekti yaradıb və səs-küyə səbəb olub. Fransanın Cənubi Qafqaz siyasəti sırf "erməni məsələsi" üzərindən qurulub. Artıq Fransa bu siyasətin fiaskoya uğradığını görür, heç bir irəliləyiş əldə edə bilmirlər. Azərbaycanla konfrantasiya Fransaya müsbət divident gətirmir. Hətta Avropa İttifaqında Fransanın yaxın müttəfiqləri belə fransızların "erməni məsələsi" üzərində siyasət qurmasından beziblər. Çünki Fransa Avropa İttifaqını da öz siyasətinə alət etməyə çalışır. Bu da Aİ daxilində böyük ixtilafa səbəb olur”.

Müsahibimiz deyib ki, Şərqi Avropa ölkələri artıq Fransanın bu siyasətini bəyənmirlər. Üstəlik, mühüm məqam odur ki, ABŞ-nin yeni administrasiyası ümumiyyətlə "erməni məsələsi"ni gündəmdən çıxarıb. Bütün ermənipərəst siyasətçilər, Konqres elə Elon Maskın özü tərəfindən ifşa olunurlar. Fransa da görür ki, dünyanın tendensiyası hansı istiqamətə gedir. Ona görə də Fransa məhz Ermənistandakı səfirinin dili ilə belə bir bəyanat verir.

Tural Gəncəliyev: İrəvan Azərbaycan çətirinin altına keçməlidir, başqa yolu yoxdur

T.Gəncəliyev əlavə edib ki, Fransa rəsmisi bu açıqlama ilə ilə həm də nəbzləri yoxlayır, görsün ki, hansı reaksiyanı doğuracaq:

"Belə bir bəyanatı Fransanın Azərbaycandakı səfiri versəydi, şok effekti yaratmayacaqdı. Çünki diplomatlar təmsil etdikləri dövlətlərlə fəaliyyət göstərdikləri ölkələrin əlaqələrini yaxınlaşdırmaq missiyası daşıyırlar. Onu da qeyd edim ki, Tramp administrasiyası İsrailin maraqlarını güdən bir hökumətdir. Ona görə də "erməni məsələsi", "erməni soyqırımı" kimi mövzular Tramp administrasiyası üçün yaramır. ABŞ əlavə yük kimi gördüyü "erməni məsələsi"ndən özünü xilas etdi. Fransa da görür ki, "erməni məsələsi" üzərindən oyun qura bilməyəcək. Ermənistan üçün bu, böyük itkidir. İrəvan öz siyasətini dəyişməli, Azərbaycan çətirinin altına keçməlidir, başqa yolu yoxdur".

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Fevral 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see577

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see490

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see443

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see314

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see300

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see293

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see282

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see272

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see255

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see247

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see239

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see226

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see224

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see201

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see196

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see195

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see193

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see178

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see177

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri