Azərbaycanla Mərakeş arasında gənclərlə iş və idman sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 30 iyun, AZƏRTAC
İyunun 30-da Milli Məclisin Gənclər və idman komitəsində ölkəmizdə səfərdə olan Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının Savadsızlığın aradan qaldırılması proqramlarının qiymətləndirilməsi üzrə tematik parlament qrupundan ibarət nümayəndə heyətinin üzvləri ilə görüş keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə komitə sədri Şahin İsmayılov Azərbaycanla Mərakeş arasında bütün sahələrdə münasibətlərin uğurla inkişaf etdiyini söyləyib, parlamentlər səviyyəsində əməkdaşlığın əlaqələrimizin möhkəmlənməsində rolundan söhbət açıb.
Şahin İsmayılov gənclərlə iş və idman sahəsinin dövlətimizin xüsusi diqqət mərkəzində olduğunu vurğulayıb. Ölkəmizdə bu sahədə müvafiq dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının fəaliyyət göstərdiyini qeyd edib. Azərbaycan gənclərinin ictimai-siyasi həyatda, mədəniyyət, sosial, humanitar sahələrdə fəal iştirak etdiklərini deyib.
Söhbət zamanı Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının deputatı, Tematik Qrup Sədrinin müavini Hasan Umribt ölkələrimiz arasında əməkdaşlığın xalqlarımızın rifahına xidmət etdiyini, parlamentlərin dostluq əlaqələrinin daha da möhkəmləndiyini söyləyib. Qonaq Mərakeşdə gənclər siyasəti və idman sahəsində əldə edilən nailiyyətlərdən, təşkil olunan idman yarışlarından geniş söhbət açıb.
Görüşdə iştirak edən deputatlar ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin gücləndirilməsi, gənclər və idman, təhsil sahələrində əməkdaşlıq barədə fikirlərini açıqlayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 30 İyun 2025 18:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















