Azərbaycanla Mərakeş arasında iqtisadi əməkdaşlıq müzakirə olunub KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanın Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov krallığın sənaye və ticarət naziri Ryad Mezzur ilə görüşüb.
KONKRET.az Report-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Mərakeş arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, xüsusilə sənaye və ticarət sahələrində əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.
Bu baxımdan, 2023-cü ildə Rabat şəhərində keçirilmiş Azərbaycan–Mərakeş hökumətlərarası birgə komissiyasının son iclasının əhəmiyyəti xüsusilə qeyd edilib.
Tərəflər həmçinin 2024-cü ilin avqust ayından qüvvəyə minmiş vizasız gediş-gəliş rejiminin iki ölkə arasında turizm sahəsi ilə yanaşı, ümumilikdə iqtisadi əməkdaşlığın inkişafı üçün yaratdığı əlverişli şəraiti yüksək qiymətləndirib, bu istiqamətdə praktiki addımların atılmasını təmin edəcək tədbirlər planı ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə qarşılıqlı investisiya qoyuluşu üçün mövcud geniş potensial vurğulanıb, iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi və hüquqi bazanın daha da təkmilləşdirilməsi imkanları əsas müzakirə mövzularından biri olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 02 Sentyabr 2025 23:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















