Icma.az
close
up
RU
Azərbaycanla Özbəkistan din sahəsində əlaqələrin genişləndirilməsi haqqında müzakirələr aparıb

Azərbaycanla Özbəkistan din sahəsində əlaqələrin genişləndirilməsi haqqında müzakirələr aparıb

Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan və Özbəkistanın din sahəsində əlaqələrinin genişləndirilməsi, bu istiqamətdə təcrübə mübadiləsinin vacibliyi barədə müzakirələr aparılıb.

Missiya.Az xəbər verir ki, bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Özbəkistan Prezidentinin müşaviri Ruslanbek Davletov, Dini İşlər Komitəsinin sədri Sodik Toşboyev, Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Şeyx Nuriddin Kholiqnazar ilə keçirdiyi görüşlərdə söhbət açıb.

O, ölkəsindəki dini mühit haqqında danışaraq Azərbaycanın dövlət-din münasibətləri modelinin güclü dövlət, vətəndaş kimliyi, milli-mənəvi dəyərlər və multikulturalizm ənənələrinə əsaslandığını bildirib. Qeyd edib ki, bu modelin formalaşmasının əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub, Prezident İlham Əliyevin siyasəti nəticəsində daha da təkmilləşdirilib.

Azərbaycanın dini sahəyə daim diqqət və qayğı göstərildiyini, heç bir fərq qoyulmadan bütün dini konfessiyaların fəaliyyətinə şərait yaradıldığını deyən komitə sədri, eyni zamanda dövlətin bütün dinlərin mənsublarını birliyə, vəhdətə səsləyən, İslam həmrəyliyinə çağırış edən təşəbbüsləri barədə məlumat verib.

Özbəkistan Prezidentinin müşaviri Ruslanbek Davletov bildirib ki, tolerantlığın qorunması, İslam irsinin yaşadılması, gələcək nəsillərə ötürülməsi Özbəkistanda da dövlət siyasətinin prioritet istiqamətlərdən biridir və ölkələrimiz bu məsələyə eyni prizmadan yanaşır.

Dini İşlər Komitəsinin sədri Sodik Toşboyev Azərbaycan və Özbəkistanın multikultural dəyərləri, tolerant mühiti ilə mədəniyyətlərarası dialoqun təkmilləşməsinə zəmin yaratdığını vurğulayıb. İki ölkə arasında dostluq münasibətlərinin inkişafını bütövlükdə İslam həmrəyliyinin təşviqi və möhkəmləndirilməsinə mühüm töhfə kimi qiymətləndirib.

Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Şeyx Nuriddin Kholiqnazar mənəvi birliyimizin qorunmasının, dini-mənəvi əlaqələrin inkişafının önəmi barədə danışıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://missiya.az
archiveBu xəbər 30 Aprel 2025 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri