Icma.az
close
up
RU
Azərbaycanla Pakistan parlamentlərarası əlaqələrin genişləndirilməsini müzakirə edib

Azərbaycanla Pakistan parlamentlərarası əlaqələrin genişləndirilməsini müzakirə edib

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Daşkənddə Pakistan Senatının sədri Seyid Yusuf Rza Gilani ilə görüşü çərçivəsində parlamentlər arasında əməkdaşlığın daha da genişləndirilməsini müzakirə edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 525.az-a verilən məlumata görə, hər iki ölkənin parlamentləri arasında münasibətlərə dair geniş fikir mübadiləsi aparılıb.

Bildirilib ki, Azərbaycan və Pakistan dövlət başçılarının qarşılıqlı səfərləri münasibətlərin daha da genişlənməsinə stimul verib. Ölkələrin həm ikitərəfli əsasda uğurlu əməkdaşlıq əlaqələrinə malik olduğu, həm də bütün beynəlxalq platformalarda bir-birini daim dəstəklədiyi vurğulanıb.

Qeyd olunub ki, iki ölkənin qanunverici orqanları əlaqələrin daha da inkişafına mühüm töhfə verir. Milli Məclisin sədri Sahibə Qafarova Senatın sədri ilə cari ilin fevralında Bakıda keçirdiyi görüşü məmnunluqla xatırlayaraq qeyd edib ki, sıx təmaslar və müsbət dialoq parlamentlərin əməkdaşlığına xidmət edir.

Görüşdə beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq və qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub. Spiker Sahibə Qafarova qarşı tərəfə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti, təşkilatın institusional inkişafı istiqamətində atılan addımlar barədə məlumat verib. Şəbəkənin Daşkənd şəhərində keçiriləcək dördüncü konfransının da vacib müzakirələrə, təşkilatın gələcək inkişafı baxımından uğurlu nəticələrə gətirib çıxaracağına inam ifadə edilib.

Senatın sədri Seyid Yusuf Rza Gilani Azərbaycanın Parlament Şəbəkəsinə sədrliyi ilə görülən işləri yüksək qiymətləndirib. O, ölkəsinin Azərbaycanla münasibətlərə çox böyük önəm verdiyini qeyd edərək söyləyib ki, Pakistan və Azərbaycan həmişə bir-birini dəstəkləyən qardaş ölkələrdir. Sədr xalqlar arasında da təmasların vacibliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Aprel 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see973

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see265

Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq Dövlət Vergi Xidməti

28 Noyabr 2025 11:32see238

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see205

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see202

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see198

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see196

Gözləmələrin qida dadına necə təsir etdiyi məlum oldu…

26 Noyabr 2025 23:27see178

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see177

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see153

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see152

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see143

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see143

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see139

Oğlunun toyunda geyindiyi açıq saçıq paltardan DANIŞDI

27 Noyabr 2025 17:17see137

Yağlısı infarkta aparır Yağsızı min bir dərdə dərmandır

27 Noyabr 2025 01:02see136

KL: Samsunspor səfərdən 1 xalla dönür

28 Noyabr 2025 02:26see132

Gündə 4 fincan içmək qocalmanı yavaşladır

28 Noyabr 2025 05:05see132

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see131

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri